Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Pezeşkian Moskvadadır
KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
"Eyni prinsiplər ətrafında uzun müddət danışıqlar aparmaq mümkün deyil" Tanınmış tədqiqatçı, "Qara bağ" kitabının müəllifi Tomas de Vaal indiki siyasi vəziyyətdə Azərbaycanla Ermənistan arasında sülh sazişini imzalamaq üçün bütün imkanların olduğunu bildirib: "Sadəcə belə görünür ki, prezidentlər buna getməkdən ehtiyatlanırlar. Onlar öz ölkələrinin ictimaiyyətini problemin mümkün həllinə hazırlamaq istiqamətində heç nə etmirlər". ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza isə bildirib ki, prezidentlər güclənən danışıqların olduqca həssas bir məqamındadırlar: "Azərbaycanın da, Ermənistanın da milli təhlükəsizlik marağındadır ki, danışıqlar hələlik məxfi aparılsın. Amma hər şey açıqlanacaq. Əhali razılıq verməsə, heç bir razılaşma mümkün deyil. Tezliklə bunlar bəlli olacaq və müzakirələr başlayacaq, ictimaiyyət də öz sözünü deyəcək". Tural Məsələylə bağlı fikirlərini öyrəndiyimiz politoloq Rauf Mirqədirov tezliklə Dağlıq Qarabağ danışıqlarının bütün detalları barədə xalqa məlumat veriləcəyinə inanmadığını bildirdi. Onun sözlərinə görə, yaxın aylarda Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün keçiriləcəyini nəzərə alsaq, detalların bütün çılpaqlığıyla açıqlanması inandırıcı görünmür. Son vaxtlar danışıqlarda irəliləyişlər də hiss olunur. Amma Qərbi təmsil edən həmsədrlərlə Ermənistan demək olar ki, eyni mövqedən çıxış edir. Onların fikrincə, danışıqların elə bir mərhələsi çatıb ki, müəyyən ciddi qərarlar qəbul etmək olar. Azərbaycan xarici işlər naziri də bəyanlayıb ki, Helsinkdə ATƏT xarici işlər nazirlərinin zirvə görüşü zamanı həmsədrlərlə aparılan son danışıqlarda tərəflərə nə isə yeni nüanslar və elementlər təqdim olunub. Həmin danışıqların nəticələri Azərbaycan ciddi analiz edir: "Düşünürəm ki, biz növbəti dəfə elə bir mərhələyə çatmışıq ki, bu mərhələdə ya hansısa baza prinsiplərinin razılaşdırılması olmalıdır, ya da hər şey sıfır nöqtəyə olmasa da, hansısa aralıq mərəhələyə qayıtmalıdır. Yəni tərəflərin iki yolu var- konkret razılaşmanın mümkünlüyü haqda bəyanatla çıxış edərək və həmin razılaşdırılmış baza prinsipini əhaliyə elan etmək və ya indiki mərhələdə hər hansı bir razılaşmanın qeyri-mümkünlüyünü bəyanlayaraq danışıqları müəyyən bir aralıq mərhələsindən başlamaq. Əgər hansısa razılaşma mümkündürsə, bu halda həmin baza prinsipləri xalqlara elan olunmalıdır. Yəqin ki, Tomas de Vaal bu məntiqə söykənərək belə bəyanatla çıxış edib". Rauf Mirqədirov deyir ki, uzun müddət eyni prinsiplər ətrafında sonsuz danışıqlar aparmaq mümkün deyil. İndiki halda isə razılaşdırılmamış iki əsas prinsip var. Bu Dağlıq Qarabağın statusu necə və hansı formatda olması və Laçın koridorunun sərhədləri və statusunun müəyyənləşdirilməsidir. Bu prinsiplər ətrafında sonsuz sayda variantlar ola bilməz. Ortada razılaşdırılmamış məsələlərlə bağlı üç-dörd təklif var və bu variantlardan biri seçilməlidir. Əgər həmin təkliflərdən biri seçiləcəksə, Qərb siyasətçilərinin də dediyi kimi gələn ilin ortaları üçün razılaşma ola bilər. Politoloq 2008-ci ilin Qarabağ danışıqlarında dinamikliyin olmasıyla seçildiyini də vurğuladı. Gələn il isə konfliktin həlli daha da tezləşə bilər. Bu il Qarabağ danışıqlarının gedişinə əsas təsir edən amil Gürcüstanda baş verən avqust hadisələri oldu. Bu olaylar ümumiyyətlə, dondurulmuş münaqişələrə olan münasibəti bir qədər dəyişdi. Qərb ölkələri və eləcə də münaqişə tərəfləri belə dondurulmuş münaqişənin siyasi hakimiyyətlər və regionlar üçün nə qədər böyük təhlükə olduğunun şahidinə çevrildilər. Gürcüstan olaylarından sonra məlum oldu ki, münaqişənin uzun müddət dondurulumuş halda qalmasından hansısa mərhələdə xarici dövlətlər istifadə edə bilər. Rusiyanın Gürcüstana təcavüzündən sonra həm Ermənistan, həm də Azərbaycan prezidentləri konfliktin həllinin zəruriliyini milli dövlətçilik baxımından vacib olduğunu gördülər: "Ümumiyyətlə, qərb dövlətləri fikirləşirdi ki, Qarabağ konflikti kimi dondurulmuş münaqişə onların regiondakı maraqlarının gerçəkləşməsinə mane olmur. Amma məlum oldu ki, Rusiya istənilən vaxt dondurulmuş münaqişələrdən Qərbin bütün maraqlarını zərbə altına qoymaq üçün istifadə edə bilər. Avqust böhranından sonra regiondakı enerji layihələrinin gerçəkləşdirilməsinin səmərələliyi də şübhə altına qoyuldu və bu da ciddi faktordur. Sözsüz ki, belə faktorlar Qərbin mövqeyinə ciddi təsir etdi". Rauf Mirqədirova görə, Rusiyanın Qafqaz "sərgüzəştlərindən" sonra artıq ABŞ və Avropa həll olunmamış münaqişələrin mümkün qədər tez çözülməsində daha çox maraqlıdır. Rusiya isə Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin əleyhinə çıxış etməsə də, onun tam həllini mümkün edən addımların atılmasının qarşısını aldı. Helsink sammitində yekun bəyanatın qəbul edilməsinin qarşısını alan Rusiya oldu. Səbəb isə həmin bəyanatda dövlətlərin ərazi bütövlüyü prinsipi vardı. Əgər əvvəllər şimal qonşumuz bütövlükdə bu prinsipə qarşı çıxış etmirdisə, avqust hadisələri Moskvanın mövqeyinə kifayət qədər ciddi təsir göstərdi: "Düşünürəm ki, ruslar Gürcüstanın başına açdıqları oyundan sonra beynəlxalq aləmdə ərazi bütövlüyü məsələsindən danışa bilməzlər. Əks halda, Kremlin Cənubi Osetiya və Abxaziyanın müstəqilliyinin tanınması çağırışlarıyla, Helsinkdə sərgilədiyi mövqe arasında ciddi bir ziddiyyət yaranar. Gələn il də belə faktorlar Dağlıq Qarabağ münaqişəsinin həllinə ciddi təsir göstərəcək. Siyasi iradə nümayiş etdirilməzsə, münaqişənin həllini gözləmək xeyli çətin olacaq".
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
İranda dollar yenidən bahalaşmağa başladı
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Iranda daha altı məhbus edam edilib
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər