SON XƏBƏRLƏR

Ankarada uluslararası Güney Azərbaycan Türklərinin 1. Forumu keçirililib.

2021.10.20, 07:36
Ankarada uluslararası Güney Azərbaycan Türklərinin 1. Forumu keçirililib.

Gunaz.tv

Ankarada uluslararası  Güney Azərbaycan Türklərinin 1. Forumu keçirililib

GünazTV:uluslararası  Güney Azərbaycan Türklərinin 1. Forumu  12.05.2012 tarixində  Ankarada keçirililib. Ankara valiliyi tədbirin əvvəlcədən elan olunmuş ünvanda keçilməsinə icazə verməyib ,Azərbaycan izmir Kültür Dərnəyinin sədri Camal Məmmədxanoğlu bildirib,  Ankarada keçirilməsi nəzərdə tutulan uluslararası Güney Azərbaycan Türklərinin 1.Forumunun əvvəlcədən elan olunmuş ünvanda keçirilməsinə icazə verilməyib. O bildirib ki, forumun Ankaradakı “Sürməli” oteldə keçirilməsi üçün əvvəlcədən razılıq əldə edilsə də, son gecə Ankara valiliyi tədbirin keçirilməsinə icazə verilməməsini təhlükəsizliyin təşkil olunmasında ortaya çıxa biləcək problemlərlə əlaqələndirib. C. Məmmədxanoğlu deyib ki, bu məktubdan sonra tədbirin oteldə keçirilməsi mümkün olmayıb: “Lakin Dünya Güney Azərbaycan Türklərinin I Forumu təxirə salınmayıb və başqa bir hoteldə keçirilibdir.

Forum iştirakçıları, 12 May səhəri,Atatürkün mezarın ziyarət edərək, rəsmi mərasimlə forum adına çələng qoyulmuş, daha sonra isə, Azərbaycan Respublikasının qurucusu, Memmed Əmin Rezulzadenin qəbiri ziyarət edilmiş və yenə forum adına çələng qoyulmuşdur.Daha sonra Doğan Residans otelində, Forum başlamışdır.

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar