SON XƏBƏRLƏR

Güney Azərbaycanın mübariz qadını - Qürrətüleyn

2021.10.20, 07:36
Güney Azərbaycanın mübariz qadını - Qürrətüleyn

Gunaz.tv
Güney Azərbaycanın mübariz qadını - Qürrətüleyn Mərhum yazıçı-alim Əzizə Cəfərzadənin "Zərrintac-Tahirə" romanı Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur. Romanda 19-cu yüzil İranında məşhur babilər hərəkatının əsas simalarından biri olan "Qürrətüleyn" imzası ilə də tanınan Zərrintac-Tahirə haqqında danışılır. Hələ vaxtilə Əzizə xanım müsahibələrində, söhbətlərində bu cəsarətli xanımın əqidəsi yolunda hər cür əzab-əziyyətlərə dözməsi, məhz bu səbəbdən də sözügedən mövzuda əsər yazması haqqında danışardı... İran almi Mehdi Bamdadın "Tarixi-risali-İran" əsəri əsasında araşdırmalar aparan Tahirə Həsənzadə bildirir ki, Azərbaycan quzeyli-güneyli tarixin yaddaşına neçə-neçə görkəmli şəxsiyyətin adını yazmış, 40 milyondan artıq əhalisi olan və həm mənəvi, həm də maddi zənginliyilə diqqəti cəlb edən bir məkandır: "Öz coğrafi mövqeyilə Şərqlə Qərbi birləşdirən və Böyük İpək yolunun üstündə yerləşən bu ölkə hələ qədim zamanlardan diqqəti cəlb edib. Bu fikri dünyanın bir çox tarixçilərinin və səyyahlarının əsərləri, xatirələri əsasında yaranmış və bugünümüzə gəlib çatmış yazılı abidələrdən aldığımız məlumatlar da təsdiq edir. Tarix boyunca Azərbaycanın Təbriz, Ərdəbil, Naxçıvan, Bərdə, Gəncə, Şamaxı kimi qədim şəhərlərilə dünyanın müxtəlif guşələri arasında ticarət və mədəni əlaqələr yaranıb. Bu şəhərlər eyni zamanda görkəmli şəxsiyyətləri, elm və mədəniyyət adamları ilə də tanınıb". Belə şəxslərdən biri də Qürrətüleyndir. İran tarixində dərin iz qoymuş 20-ci yüzilin 40-cı illərinin Babi hərəkatının qabaqcıl nümayəndələrindən biri, əsl adı Fatimə, künyəsi Ümmü Səlimə olan Qürrətüleyn 1818-1852-ci illərdə yaşayıb. Bəzi mənbələrdə onun adı "Zərrintac" kimi də yazılır. Qürrətüleyn 1818-ci ildə Qəzvində anadan olub, Hacı Molla Məhəmmədsaleh Bərəğaninin böyük qızıdır. Atası nüfuzlu müctəhid olub. "Qürrətüleyn" adının mənası iki cür yozulur: "Deyirlər ki, Fatimə təhsilini atasının və ailə üzvlərinin yanında alıb, çox zəkalı şagird olub. O, ədəbiyyat, üsul, kəlam elmlərini, islam mədəniyyətini yüksək səviyyədə mənimsəyib, ərəb və fars dillərində şeirlər yazıb. Bəlağətli və fəsahətli nitq qabiliyyətinə malik olub. Bu cəhətlərinə görə atası ona çox böyük ehtiram bəsləyib, ona "Qürrətüleyn", yəni "gözün nuru", "əziz övlad" deyə müraciət edib. Qürrətüleyn İrana varid olduğu zaman Qəzvinədək yolüstü olan şəhərlərdə insanlarla yeni məzhəb təbliğ edirdi və ona görə də adı dildə-ağızda dolaşırdı. Qəzvinə çatdıqda onunla ailəsi arasında, xüsusən də, əri və qaynatası arasında kəskin ziddiyyət və mübahisə yarandı. Molla Tağı və oğlu Məhəmməd əvvəllər yalnız Şeyx Ehsaninin və onların ardıcıllarının əleyhinə idilər. İndi onlar Babiliyə qarşı qalxdılar. Sonda Molla Məhəmməd Tağı babiliyin sadiq tərəfdarlarından olan Ağa Hadi vasitəsilə öldürüldü, 1847-ci ildə baş vermiş bu hadisədən sonra vəziyyət daha da gərginləşdi". Qürrətüleyn bu qətldən sonra şübhəli şəxs qismində həbs olunur, bir müddət Qəzvinin hökumət idarəsində saxlanılır: "Burada onun həyatı təhlükə altında olduğundan həmin Ağa Hadi vasitəsilə Tehrana qaçırıldı. O, bir müddət Tehranda qaldıqdan sonra bütün babilərlə və ona sadiq olanlarla birlikdə Xorasan istiqamətində yola düşdü və Şahruxdan 7 km şərqdə yerləşən Bidəşt kəndinə gəldi. Qürrətüleyn burada çadrasız minbərə çıxaraq nitq söylədi. Burada Hacı Məhəmmədəli Qüddus və Mirzə Hüseynəli Bəha daxil olur, 81 nəfər babi arasında müzakirə, mübahisə və mülahizələr on gün davam edir. Bu zaman Qürrətüleynlə Hacı Məhəmmədəli Qüddus arasında hərəkat rəhbəri olmaq üstündə mübahisə yarandı. Babilər üç dəstəyə ayrıldılar. Bir dəstə Qürrətüleynin ətrafında cəmləşdi, digər dəstə Qüddusun tərəfində oldu. Üçüncü dəstə isə bu parçalanmanı görüb babilikdən uzaqlaşdı. İki dəstəyə ayrılmış babilərə ayrı-ayrılıqda Qürrətüleyn və Qüddus rəhbərlik edirdi. Onların arasında yaranmış söz-söhbət sazişə gəlməklə əvəz edildi və tərəfdarları ilə kəcavələrə əyləşərək Mazandarana yola düşdülər. Babilər Niyalaya yetişdikdə həmin yerin əhalisindən 500 nəfəri qarət məqsədilə onlara hücum etdi. Qürrətüleyn öz tərəfdarları ilə Mazandaranın kənd və qəsəbələrinə gedərək babilik ayinlərinin təbliği ilə məşğul oldu. Onun qohumları və düşmən qüvvələr Qürrətüleyni öldürmək üçün axtarırdılar. Ona görə də əlacsız qalıb Şeyx Əbu Turab İştehardi ilə birlikdə Babilə getdi. Burada mollalar istədilər ki, ona əziyyət versinlər, camaatla görüşməyə qoymadılar. O, Nura tərəf yola düşdü və bura çatdıqdan sonra çox keçmədi ki, babilərin Təbərsi qalasında yığışaraq böyük dövlət qüvvələrinə qarşı vuruşduqlarını eşitdi. Qürrətüleyn Nurdan Babilə qayıtdı ki, Təbərsi qalasında babilərlə birləşsin. O, qalanın bütünlüklə dövlət qoşunları tərəfindən mühasirəyə alındığını gördü. Dövlət məmurları Qürrətüleyni tanıdıqları üçün tutub mühafizə dəstəsilə Tehrana göndərdilər. Tehranda onu və bütün babiləri şəhər polisi Mahmud xanın evində həbs etdilər. Burada onları evin yuxarı mərtəbələrində saxlayırdılar ki, xariclə əlaqə yaratmasınlar. Onlar bu vəziyyətdə 5 il (1848-1852) həbsdə qaldılar. 1852-ci ildə Nəsrəddin Şaha uğursuz sui-qəsd edildi və bunun babilər tərəfindən baş verdiyi məlum olduqda, onları zindandan çıxarıb baş nazir Mirzə Ağa xan Nurinin yanına aparmaq bəhanəsilə atlara mindirdilər. İndi İran Milli Bankı yerləşən məhəllədəki məşhur Elxani bağına apararaq, orada boğub bir quyuya atdılar. Quyunu torpaqla doldurdular. Qürrətüleynin öz əmisi oğlu olan ərindən üç övladı var idi. İki oğlu şeyx İbrahim və şeyx İsmayıl molla təhsili görmüş və hər üç övlad analarının əqidəsinə zidd tərbiyə almışdılar. Qürrətüleyn o dövrün tələblərinə zidd olaraq minbərə çadrasız çıxır, atəşin nitqlər söyləyirdi. O, qadın azadlığı, onun hüququ, qadının kişilərlə bərabər hüquqlu olması tələbilə çıxış edirdi. Müsəlmanlar, əvvəllər şeyxiyyə təriqətini qəbul etmiş insanlar babilərin qanunlarını, xüsusilə, insanların hüquq bərabərliyi məsələsini qəbul etmirdi. Xüsusilə üsuliyyə və şeyxiyyə təriqətindən olan mollalar onların qanunlarına mənfi münasibətdə idilər və babilərin fikirlərini qeyri-adi bir hal hesab edirdilər". Eduard Braun "İnqilabi-İran" kitabında "gözəl Qürrətüleynin saysız-hesabsız işgəncələrə dözümlülüyün"dən danışır / Elçin Qaliboğlu, Xalq Cəbhəsi / Sonrakı > [Geri] Müraciət Hörmətli həmvətənlər! 1997 –ci ildə ABŞ-ın Los Angles şəhərində yaradılmış Dünya Azərbaycanlıları Konqressinin tarixini əks etdirən şəkillər və ya materiallara sahibsinizsə, onları bizlə paylaşmanızı xahiş edirik. DAK –ın səhifəsi ilə əlaqədar təklif və iradlarınızı da göndərməyi unutmayın. Öncədən minnətdarlığımızı bildiririk. Materialları və təkliflərinizi [email protected]/* */ ünvanına göndərə bilərsiniz.Azərbaycanın coğrafi yerləşməsi Yazılar Güney Azərbaycanın mübariz qadını - Qürrətüleyn Güney Azərbaycan Milli Hərəkatı və Əmanilərin qətli İranın anlaşılmaz mövqeyi Ən çox oxunan Elçibəy yenə də yüksəkdə durur ABŞ-da Azərbaycan diasporunun inkişaf perspektivləri müzakirə edilib DAK-ın yeni saytı istifadəyə veriləcək Oktyabrın 1-2-də Vaşinqtonda Amerikadakı Azərbaycan diasporunun inkişafı ilə bağlı konfrans keçiriləcək DAK nümayendə heyəti Belçıkanın bərabər hüquqlar naziri Bricit Qrovleslə görüşdü

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar