Hizbullahın əsas bazası hədəfə alındı
Fələstin İranın hücumunu kəskin şəkildə pislədi
İranda xaşxaş əkini rekord həddə çatıb
Ermənistan baş naziri Bakıya gəlmək istəyir
Pezeşkian: “Bütün həqiqətləri demək mümkün deyil”
Tramp: İranla razılaşma əldə olunmadan sanksiyalar ləğv edilməyəcək
“İran rejimi heç vaxt xoş niyyətlə danışıqlar aparmayıb”
İranın görünməyən liderinə Pakistandan məxfi mesaj
Müctəba Xameneinin səhhəti ilə bağlı yeni etiraf
İsrail ABŞ-ın yüksəkvəzifəli rəsmilərini dinləyib
Güneyli məhbuslarla bağlı yeni imza kampaniyası; 81 ildən çox həbs cəzasına etiraz
Güney Azərbaycanlı fəalin hökmü təsdiqlədi; Təbriz etirazlarının dosyesi yenidən gündəmdə
Güneyli fəalın şərti azadlıq tələbi qəbul edilmədi
Abbas Lisani və Yusif Kari ədaltsiz məhkəmədə iştirak etməkdən bir daha imtina ediblər
ABŞ Qüvvələri iki İran dronunu vurub
KİV: ABŞ İran aktivlərini Körfəzdəki müttəfiqlərinə verəcək
İranda qatar biletlərinin də qiyməti artdı
İranın etnik qrupları güc balansını dəyişə bilər – RƏY
ABŞ İran milli komandasının məsullarına viza vermədi
İranda manat bahalaşdı
Küveyt İranın hücumlarını suverenliyin pozulması kimi qiymətləndirib
“Rosneft” rəhbəri: İran müharibəsindən ən çox ABŞ neft şirkətləri faydalanır
ABŞ Küveytə 1,98 milyard dollarlıq antidron sistemlərinin satışını təsdiqləyib
İranda məişət texnikasının qiyməti yenidən artdı
Bəhreyn İranın Bəhreyn və Küveytə raket hücumlarını qınayıb
Elyar 27 günlük hüquqi mübarizədən sonra doğum haqqında şəhadətnamə ala bilib
ABŞ mayda Hörmüz boğazından 100-dən çox gəminin keçməsinə kömək edib
Azərbaycanlı vəkilə qarşı yeni ittiham irəli sürülüb
İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb
KİV: Uitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər
Tramp: İran raket arsenalının təxminən 22 faizini qoruyub saxlayıb
“Fitch”: Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı ildə 93 mlrd. dollara çatacaq
İran, Rusiya və Çin nümayəndələri Qrossi ilə görüşüb
Tramp: ABŞ yaxın vaxtlarda İranla müharibəni saziş və ya sərt üsullarla başa çatdıracaq
ABŞ İranın hərbi hədəflərinə zərbələr endirib
Təbrizdə qadın məhbus edam edilib
ABŞ İranın Bəhreyn və Küveytə atdığı raketləri zərərsizləşdirib
Livan prezidenti İranın müdaxiləsinə sərt reaksiya verdi
ABŞ İranın maye qaz satış şəbəkəsinə qarşı yeni sanksiyalar tətbiq etdi
ABŞ İran milli futbol komandasının oyunçularına viza verdi
Ukrayna pilotsuzu Rumıniyada partladı; NATO narahatdır
Azərbaycan metan emissiyalarının azaldılması üçün geniş proqram həyata keçirir
Millət vəkilləri nazirin impiçmentini tələb edirlər
Rusiyanın siyasi dairələri Qarabağla bağlı imzalanan deklarasiyanı necə dəyərləndirirlər Moskvada Azərbaycan, Ermənistan və Rusiya prezidentləri Dağlıq Qarabağ probleminin müzakirəsi nəticəsində birgə deklarasiya imzalayıblar. Bu sənəd 1994-cü ildən bəri Azərbaycan və Ermənista prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair imzaladıqları ilk sənəddir. Kremlə yaxın sayılan Rusiyalı politoloqlardan olan Sergey Markov imzalanmış sənədin Qarabağ tənzimlənməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini deyir. S. M.: Mən bu əhəmiyyətin bir neçə tərkib hissəsini qeyd etmək istərdim. İlk növbədə onu qeyd etmək lazımdır ki, bu deklarasiya tərəflərin bir-birinə qarşı müharibəyə başlamaq imkanına son qoyur, bunu mümkünsüz edir. Müharibə təhlükəsini artıran amillər isə göz qabağında idi - sürətlə gedən silahlanma, BŞ-ın bölgədə siyasi-diplomatik fəallaşması və Azərbaycanın iqtisadi inkişafı. Digər tərəfdən, Moskvada imzalanmış sənəd avqust ayında Cənubi Ossetiya hadisələrindən sonra Rusiyanın Cənubi Qafqazda fəal oyunçu olduğunu sübut etdirən daha bir məqamdır. Digər bir məsələni qeyd edim - sözügedən Deklarasiya Cənubi Qafqaz məkanında qalan xarici oyunçuların manevr imkanını xeyli daraltmış olur. BBC: İmzalanmış sənəddə o cümlədən "hüquqi baxımdan məcburedici beynəlxalq zəmanətlərdən" də söhbət gedir. Bu necə başa düşülməlidir? S. M.: Əslində bu o deməkdir ki, Qarbağ nizamlanmasına gələcək siyasi saziş təkcə Ermənistan və Azərbaycan tərəfindən imzalanmayacaq. Münaqişə tərəfləriylə yanaşı bu sənədə eləcə də Beynəlxalq Hüququn digər subyektləri də imza atacaqlar. İlk növbədə söhbət Rusiyadan gedir. Yəni Rusiya gələcək sazişin beynəlxalq qarantı rolunu oynaya bilər. Eyni zamanda, bu sazişə Rusiyayla yanaşı eləcə də ola bilsin ki, Türkiyə, bəlkə də İran, yaxud da Avropa İttifaqı, ATƏT, BMT və digərləri də imza ata bilərlər. Bir daha vurğulayım ki, Moskvada imzalanmış deklarasiya çərçivəsində, tərəflər biri-birinə qarşı gücdən istifadə etməmək öhdəliyini üzərlərinə götürmüş oldular. Və bunu nəinki Rusiya, eləcə də hamı alqışlamalıdır, çünki Cənubi Qafqazda yeni müharibə bu bölgə üçün fəlakət olardı. BBC:Rusiyanın Qarabağ münaqişəsində hazırki fəallıq dövrü Rusiya-Türkiyə əlaqələrində canlanma ilə üst-üstə düşüb. Misal üçün Türkiyənin, Qafqaz platforması təşəbbüsü ətrafında başlamış Moskva-Ankara dialoqunu qeyd etmək olar. S. M.:Əlbəttəki bu təsadüfi hal deyil. Türkiyənin hazırda yürütdüyü siyasət bütün regionun gələcəyi üçün müsbət təsirə malik ola bilər. İndiyə qədər Ankaranın xarici siyasətində 2 əsas prioritet var idi. ABŞ və Avropa İttifaqı. Gördüyümüz kimi Avropa İttifaqı Türkiyəni sıralarına qəbul etməyə tələsmir, Amerika isə Türkiyəyə problemlər yaradır. Rusiya yaranmış vəziyyətdən istifadə edib Türkiyəylə əlaqələrini intensivləşdirməlidir. Rusiya və Türkiyə, Ukrayna, Moldova, Qafqaz və Mərkəzi Asiya respublikalarının da qatıla biləcəyi ümumi iqtisadi məkanın yaradılmasında aparıcı rol oynaya bilərlər. -------------------------------------------------------------------------------- Üç ölkə rəhbərləri Oktyabrın 31-dən noyabrın 2-nə kimi Moskvada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların növbəti mərhələsi keçirilir. Rusiya prezidenti Dmitriy Medvedevin təşəbbüsü ilə, Rusiya paytaxtında Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan görüşürlər. BBC Azərbaycan xidmətinin bu səhifəsində siz, hadisələri xronoloji ardıcıllıqla izləyə biləcəksiniz. Eləcə də, Qarabağ münaqişəsilə bağlı BBC Azərbaycan xidmətinin eksklüziv də digər arxiv materialları ilə burada tanış ola bilərsiniz. 31.10.2008 Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü başlayıb. Görüş Bakı vaxtı ilə saat 19-da başlayıb və mətbuat üçün tam bağlıdır. Nazirlər sabah ATƏT-in Minsk Qrupunun həmsədrləri Yuri Merzlyakov, Bernar Fasye, Mətyu Brayza və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə məsləhətləşmələr aparacaqlar. Bazar günü isə İlham Əliyev və Serj Sarkisyan arasında, Dmitriy Medvedevin iştirakı ilə görüş keçiriləcək. Əli Babacan nikbindir Ümumdünya İqtisadi Forumunda çıxış edən Türkiyənin xarici işlər naziri Əli Babacan, Azərbaycan, Ermənistan və Türkiyə arasında bütün problemlərin həlli üçün müsbət şəraitin yarandığını söyləyib. Onun fikrincə, regionda yeni geo-siyasi vəziyyət yarana bilər və siyasi iradə olarsa, problemləri çözmək mümkün olacaq. O deyib ki, ölkəsi Ermənistanla öz arasında, habelə, Ermənistanla Azərbaycan arasında problemlərin həll edilməsi üçün əlindən gələni etməyə hazırdır. Xəzər İbrahim: Masa üzərində ərazi bütövlüyü prinsipidir ANS-ə müsahibədə Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Xəzər İbrahim Moskva danışıqlarında Azərbaycanın ölkənin ərazi bütövlüyü prinsipindən çıxış edəcəyini söyləyib. "Biz dəfələrlə demişik ki, Azərbaycanın bu münaqişənin həllinə dair mövqeyi dəyişməz olaraq qalır." 30.10.2008 Elmar Məmmədyarov Azərbaycanın əvvəlki mövqelərdə qaldığını deyir: Moskvaya yollanmazdan əvvəl, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bir daha ölkəsinin əvvəlki mövqelərdə durduğunu vurğulayıb: Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın ərazi bütövlüyündə güzəşt ola bilməz, Azərbaycan xalqların öz müqəddəratını təyin etmək hüququna hörmət etsə də, bu Dağlıq Qarabağ münaqişəsinə aid deyil. Azərbaycan Dağlıq Qarabağa ən yüksək səviyyədə muxtariyyət verə bilər. "Münaqişə hamı tərəfindən qəbul olunmuş ərazi bütövlüyü prinsipi əsasında həll edilməlidir və burada Azərbaycanın öz mövqeyini dəyişməsi qeyri-mümkündür." Eduard Nalbandyan:"Mühüm mərhələdəyik" Ermənistanın xarici işlər naziri Eduard Nalbandayn Yerevanda keçirdiyi mətbuat konfransında deyib: "Zənnimizcə, danışıqlar çox mühüm bir fazaya daxil olub. Hesab edirik ki, danışıq prosesi gücləndirilə bilər, ələxüsus da, Rusiya prezidentinin təşəbbüsü sayəsində." Rasim Musabəyov:"Rusiyanın Azərbaycan üzərinə təzyiq etmək imkanları məhduddur" BBC-nin Azərbaycan xidmətinə müsahibədə, tanınmış politoloq Rasim Musabəyov deyib: " Bu görüşü belə tələsik keçirməyində, Rusiyanın konkret plana malik olmasının izlərini görmək olar. Rusiya ciddi səy edir və Ermənistan bu təzyiqdən yayınmaqda çətinlik çəkəcək. Azərbaycan üzərinə Rusiyanın ciddi təzyiq etmək imkanları məhduddur.Əksinə, Rusiyanın Azərbaycanla bağlı ciddi gözləntiləri var." Rusiya ekspertləri elə bir irəliləyiş gözləmirlər Moskvadakı MDB ölkələri institutunun müdür müavini Vladimir Jarixin: "Əvvəllər postsovet məkanındakı münaqişələri dondurulmuş vəziyyətdə saxlanılmasına üstünlük verən Moskva indi status-kvoya bir elə toxunulmaz məqam kimi yanaşmır: Ona görə Rusiya rəhbərliyi Qarabağ münaqişəsinin donunu sanki açmağa cəhd göstərir. Amma o bunu elə etmək istəyir ki, bu ərimə vəziyyəti partlatmasın, əksinə pozitiv olsun." Digər şərhçi Sergey Markedonova görə, Moskvanın fəallaşması müəyyən təbliğat effekti etmək cəhdiylə də bağlı ola bilər: "5 günlük Cənubi Osetiya müharibəsindən sonra Qafqazdakı geosiyasi landşaft dəyişib. Bu vəziyyətdə Qarabağ məsələsi də müəyyən yeni yanaşma tələb edir. Özüdə Moskva üçün danışıqların Rusiyada keçməsi bir təbliğat amili kimi çox vacibdir." Bu arada əksər şərhçilər Moskva görüşündə fövqaladə irəliləyiş gözləmədiklərini deyirlər. Ekspertlərin zənnincə, tərəflər prinsipial və ən mühüm məsələlərdə tamamilə bir- birinə zidd mövqelərdədilər. Vladimir Jarixin deyir ki, tərəflərin ciddi güzəştlərə getməsi hələlik ağlabatan görünmür: "Axı real güzəşt variantına mahiyyət etibarıyla baxsaq görərik ki, söhbət Azərbaycanın Dağlıq Qarabağa nəzarətdən imtina etməsindən gedir. Bəli, Azərbaycanın işğal olunmuş ərazilərinin boşaldılmasından danışılır, amma birbaşa Qarabağa gəldikdə söhbət Azərbaycanın nəzarətdən imtinasından gedir. Azərbaycanın bunu qəbul etməsi çox çətindir." Şon Makkormak " ABŞ Rusiya təşəbbüsünü dəstəkləyir" ABŞ Rusiyanın səylərini salamlayır Moskvada keçiriləcək Dağlıq Qarabağ danışıqlarında Rusyanın rolu barədə suala cavab verərkən, ABŞ Dövlət Departamentinin sözçüsü Şon Makkormak, Ağ Evin Moskvanın bu təşəbbüsünü alqışladığını qeyd edib: "Bəli, biz bu təşəbbüsü dəstəkləyirik. Biz bu məsələ üzərində neçə vaxtdır ki işləyirik, Minsk Qrupu və ATƏT çərçivəsində. Sözün qısası, biz Moskvanın bu təşəbbüsündən məmnunuq. Ümid edirik ki, o uğurlu olacaq. Biz vəziyyəti diqqətlə izləməkdəyik." Əvvəllər, Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayza da, hər iki tərəfi qane edən istənilən sazişin ABŞ tərəfindən salamlanacağını demişdi. Bəs həqiqətənmi, Dağlıq Qarabağ münaqişəsinin istənilən tərəfin, bu halda Rusiyanın vasitəçiliyilə həlli Amerikanı razı salır. Axı, ələxüsus da son aylarda, təkcə region deyil, bütün dünya üzrə ABŞ-Rusiya rəqabətinin demək olar ki, bütün sahələr üzrə canlanmasının şahidi oluruq. Vaşinqtonda mənzillənən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən, professor Bülənt Əliriza: "Bir neçə gündən sonra ABŞ-da prezident seçkiləridir. Ona görə, indi bu sözləri deyən rəsmilər, yanvarın 20-də, yeni prezident Ağ Evə daxil olanda, öz vəzifələrində qalmayacaqlar. Bu səbəbdən də, onlar belə bəyanatlar verirlər. Moskva Qarabağ təşəbbüsünü məhz indi irəli sürməklə çox ağıllı addım atıb. Mən buna o qədər də nikbin yanaşmıram, amma əgər Rusiyanın vasitəçiliyi uğurlu olsa, bu onun regiondakı nüfuzunu daha da artıracaq." 29.10.2008 Tom de Val Tom de Val: Rusiya Azərbaycan və Ermənistana çox şey təklif edə bilər Rusiyanın Dağlıq Qarabağ prosesindəki fəallığını necə yozmaq olar: demək olarmı ki, münaqişənin həlli məsələsində ATƏT kimi Avropa qurumları artıq bir növ arxa plana çəkilir və təşəbbüs Rusiyanın əlinə keçir? Rusiyanın Qarabağ sülh prosesinə belə fəal şəkildə cəlb olunmasının arxasında nə kimi amillər dura bilər? Bu suallarla BBC-nin Azərbaycan xidməti Qarabağ münaqişəsi üzrə aparıcı ekspert, Qara Bağ kitabının müəllifi Tom De Vala müraciət etdi: - Tam aydındır ki, Rusiya son aylar, xüsusən də, Gürcüstan münaqişəsindən sonra hər iki ölkə - həm Azərbaycan, həm Ermənistanla dostlaşmağa, onlarla yaxşı münasibətlərdə olduğunu göstərməyə çalışır. Sual: Konkret olaraq, Rusiya, Medvedev tərəflərə nə təklif edə bilər? - Rusiya, Azərbaycanla Ermənistana çox şey təklif edə bilər - iqtisadi baxımdan, məsələn, ucuz qaz təklif edə bilər. Bununla belə, Rusiya onu da başa düşür ki, Qafqazlarda birtərəfli, yəni, tək başına hərəkət edə bilməz. Azərbaycan Rusiyaya qarşı bir qədər şübhə ilə yanaşır, xüsusən də, Rusiyanın Dağlıq Qarabağ ərazisi ətrafında öz qüvvələrini yerləşdirmək planlarına. Sual: Yəni, Rusiya tənzimləmə prosesinə o qədər də güclü təkan verə bilməz? - Biz bilirik ki, ötən ilin noyabrında Madriddə ATƏT sənəd razılaşdırmışdır - bu, işçi sənəddir və hamı razılaşmışdır ki, bu, yeganə çıxış yolu deyil. Elə Azərbaycanın özündə bu sənəd tərəddüdlə qarşılanmışdı. Və indi, iyun ayında Sankt-Peterburq görüşündən sonra, məncə, Ermənistanla Azərbaycan prezidentləri bu sənəd üzərində işləyəcəklərini razılaşdırıblar. Yəni, qarşıdan gələn Moskva danışıqlarında böyük sıcrayış gözlənilmir - yalnız ola bilsin ki, bəzi təfsilatlrara dair əlavə razılıqlar əldə olunsun. " Eduard Nalbandyan BBC-də 28.10.2008 Eduard Nalbandyanın BBC Azərbaycan xidmətinə eksklüziv müsahibəsi Qarabağa dair danışıqlarda Dağlıq Qarabağın statusu məsələsində tərəflərin mövqeləri kifayət qədər yaxınlaşıb. Amma daha bir addım da atmaq lazımdır. Bu sözləri BBC Azərbaycan xidmətinin əməkdaşı Azər Ziya ilə söhbətində Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan deyib. Mən hesab etmirəm ki, bütün məsələlər həll edilib, və bir-iki həll edilməmiş məsələ qalıb. Əslində, bu, heç də belə deyil. Biz indi hər iki prezidentin Sankt-Peterburqda təsdiq etdiyi mərhələdəyik. Sankt-Peterburqda isə Ermənistan və Azərbaycan prezidentləri Minsk Qrupu həmsədrlərinin 2007-ci ilin noyabrında təklif etdikləri Madrid prinsipləri əsasında danışıqları davam etdirmək əzmini təsdiq ediblər. Biz ümidvarıq ki, Azərbaycanda prezident seçkilərindən sonra indi iki prezidentin yeni görüşü üçün imkan yaranacaq və bu görüş danışıqların fəallaşmasına təkan verəcək. Sual: Bir qədər bundan əvvəl hər iki tərəfdən, o cümlədən beynəlxalq vasitəçilər tərəfindən Qarabağ nizamlanmasında tərəqqiyə dair bəyanatlar səslənmişdi. Deyə bilərsinizmi, indi bu prosesdə hansı məsələlər daha çoxdur - həll edilmiş yoxsa həll edilməmiş məsələlər? Ən əsası siyasi iradədir. Siyasi iradə olsa, onda demək olar ki, həll edilmiş məsələlər həll edilməmiş məsələlərdən çoxdur. Siyasi iradə olmasa, onda hətta həll edilmiş məsələlər də həll edilməmiş məsələ bucağından qəbul edilə bilər. Söhbət, münaqişəni doğrudan da həll etmək niyyətindən gedir. Ermənistan məsələyə nikbinliklə baxır və Dağlıq Qarabağ münaqişəsinin dinc, diplomatik və siyasi yollarla nizamlanması məqsədilə danışıqları davam etdirmək əzmindədir. Sual: Sizin dediyiniz o siyasi iradə nəyə söykənməli və hansi həll variantına yönəlməlidir? Bu siyasi iradənin qayəsi nədir? Bu siyasi iradə Minsk Qrupunun təkliflərinə söykənməlidir. Bu təkliflər öz-özünə yaranmayıb. Bunun üçün Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə uzun illər danışıqlar aparılıb. Nəticədə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə təqdim edilən təkliflər ortaya çıxıb. Bu danışıqların əsasını isə Helsinki Yekun Aktının üç prinsipi təşkil edir - bu, zor işlədilməməsi və zor işlədilməsi barədə təhdidlərin edilməməsi; ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə hüququdur. Danışıqlar bu üç prinsip əsasında aparılır. Sual: Tərəflər bu prinsiplər üzərində danışıqlar aparmağa razıdırlarmı, bu prinsipləri qəbul edirlərmi? Ermənistanın xarici işlər naziri deyirsə ki, bu üç prinsip var, deməli Ermənistan bununla razıdır. Amma Azərbaycan deyəndə ki, yalnız ərazi bütövlüyü prinsipi var, onda bu artıq Azərbaycan tərəfinin cavabdehliyinə qalır, - nəyi onlar qəbul edirlər, nəyi isə yox. Sual: İndi mətbuatda danışıqlar masasında hansısa planın olduğu, guya bu plana görə, Azərbaycanın işğal altında olan 7 rayonunun qaytarılması, qaçqınların öz yerlərinə dönməsi, Laçın dəhlizinin eni və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi nəzərdə tutulur. Siz bu planın həqiqətən müzakirə edildiyini təsdiq edirsinizmi? Siz statusu sonda qeyd etdiniz, amma status bu münaqişənin prinsipial məsələlərindən və ilkin səbəblərindən biridir. Dağlıq Qarabağın statusu məsələsi həll ediləndə, bütün qalan məsələlərin həlli də asanlaşar. Sual: Və bu status məsələsində tərəflər hansı mövqedədirlər? Status məsələsində tərəflərin mövqeləri nə qədər yaxınlaşıb? Mənə elə gəlir ki, biz kifayət qədər yaxınlaşmışıq. Amma daha bir addım da atmaq lazımdır ki,... Elə məhz bu da mən dediyim siyasi iradədən asılıdır. Sual: Siz referendumu nəzərdə tutursunuz? Bu barədə çox danışmaq lazım gələ bilər, və mən danışıqların məxfiliyini açmaq istəmirəm, Minsk Qrupunun təklif etdiyi prinsiplər də məxfidir. Amma mətbuata uzun müddətdir ki, məlumat sızır ki, söhbət referendumdan gedir. Və bu referendumda status məsələsi Dağlıq Qarabağ xalqının iradəsinin azad ifadəsi yolu ilə həll edilməlidir. Sual: Cənab nazir, Siz bunu təsdiq edirsiniz, yoxsa bunun sadəcə mətbuatda yazıldığına istinad edirsiniz? Mən mətbuatda dərc edilənləri, mətbuata sızanları deyirəm. Amma hər halda bunu xarici işlər naziri deyir. Sual: Siz Dağlıq Qarabağ xalqının iradəsindən danışanda, təkcə erməni əhalisini nəzərdə tutursunuz, yoxsa burada Qarabağın azərbaycanlı əhalisi də nəzərdə tutulur? Dağlıq Qarabağ xalqı deyəndə orada bundan əvvəl yaşayanlar da, indi yaşayanlar da, yəni ermənilər də nəzərdə tutulur. Hər şey çox sadədir - 1988-ci ilə qədər orada əhalinin siyahıya alınmasının nəticələri bəllidir. Bu nəticələr Dağlıq Qarabağın azərbaycanlı və erməni əhalisinin faiz tərkibinə dair müəyyən rəqəmlər verir. Və ona görə burada heç bir problem yoxdur. Və həmin nisbət də nəzərə alınmalıdır. Sual: Yəni referendumun nəticələri də məhz bu nisbət əsasında çıxarılacaq? Tərəflər buna razıdırmı? Siz artıq məndən təfərrüatları dartıb-çıxarmaq istəyirsiniz... Mən qalan detalları açıqlaya bilmərəm, amma məsələnin məğzini mən artıq dedim. İndi Siz özünüz qalanını, nəyin necə olacağını tapın. Sual. Bu yaxınlarda prezident Serj Sarkisyanın Azərbaycanın Dağlıq Qarabağa investisiya etməsi mümkünlüyü barədə dedikləri hər iki respublikada ciddi ictimai müzakirələrə, guya Dağlıq Qarabağın Azərbaycana külli miqdarda pul əvəzinə verilməsi və digər fərziyyələrin səslənməsinə səbəb oldu. Siz indiki durumda Qarabağa Azərbaycan tərəfindən investisiya qoyulması perspektivlərini necə görürsünüz? Niyə də yox, axı niyə də yox? Biz investisiyalar, əməkdaşlıq üçün açığıq. Amma prezidentin dediklərində söhbət "eventual" mümkünlük barədə gedirdi, yəni əgər məsələ hər hansı şəkildə nizamlansa və sairə, və nəyahət elə bir şərait ola bilər ki, belə investisiyalar üçün imkan yaransın. Niyə də ki, yox? Prezidentin sözləri bəzi mətbuat vasitələrində kontekstdən kənar yozulmuşdu. Amma bu sözlərdə qeyri-adi bir şey yoxdur. Əksinə, prezident nədənsə danışıbsa, çox açıq və bizim bölgədə sabitlik, təhlükəsizlik və sülhü bərqərar etmək niyyəti ilə danışıb. Sual. Cənubi Osetiya hadisələrindən sonra Türkiyə və Rusiya Qafqaz platforması təşəbbüsü çərçivəsində bölgədə fəallığı artırıblar. Siz bu platformaya necə yanaşırsınız? Qafqaz platforması Rusiya-Türkiyə təklifi yox, Türkiyənin təklifidir. Biz bu ideyanı alqışlamışıq, çünki bu ideyanın əsasında bölgədə sabitlik, təhlükəsizlik, etimad və əməkdaşlıq məsələləri durur. Amma bununla yanaşı bu ideyanın formatı, mexanizmi, onun bu gün tətbiq edilə biləcəyi mümkünlüyü ilə bağlı kifayət qədər suallar da var. Bundan başqa bölgədə ayrı-ayrı dövlətlər arasında həllini tapmamış ikitərəfli problemlər də qalmaqdadır. Ancaq bütövlükdə, platform maraqlı bir ideyadır. Türkiyənin xarici işlər naziri Əli Babacan Azərbaycan, Ermənistan və Türkiyə xarici işlər nazirlərinin Nyu-Yorkda 3 tərəfli görüş keçirməsini təklif edti. Bu görüş çox qısa olsa da, baş tutdu. Biz Türkiyənin Qafqaz platformasını müzakirə etdik. Biz mükalimə tərəfdarıyıq. Belə görüşlər nə qədər çox olsa, o qədər də yaxşıdır. Sual. Bəs Qafqaz platforması çərçivəsində mükalimə Minsk Qrupu çərçivəsində gedən mükalimədən nə ilə fərqlənir? Bu, iki tamamilə fərqli dialoqdur. Minsk Qrupu formatı Qarabağ nizamlanmasını müzakirə edir. 3 tərəfli formatda isə biz hələlik başlanğıc vəziyyətində olan Qafqaz platformasının fəlsəfəsini müzakirə edirik. İran da buna bənzər sabitlik və əməkdaşlıq platformasını təklif edib, lakin oraya Türkiyə daxil deyil. Ümumiyyətlə, Cənubi Osetiya ətrafında avqustda baş verən proseslərdən sonra hamı anladı ki, dünyanın mühüm olan bu bölgəsində sülh çox kövrəkdir və burada təkcə təbii sərvətlər, eherji daşıyıcıları deyil, eləcə də mühüm nəqliyyat qovşaqları baxımandan sabitliyin gözlənilməsi həyati məna kəsb edir. Ona görə də təhlükəsizlik sistemləri ortaya çıxmağa başladı. Amma hər hansı təhlükəsizlik sistemindən, başqa ölkələr xaric olunmamalıdır, bütün region dövlətləri ora daxil olmalıdır. Sual. Amma bu Qafqaz platforması çərçivəsində Qarabağ məsələsi də müzakirə edilir... Bu, tamamilə yanlış təsəvvürdür. Bu platforma çərçivəsində Qarabağ məsələsi indiyədək qaldırılmayıb və müzakirə edilmir. Sual. Mən üç nazirin Nyu-York görüşünü nəzərdə tuturam. Üç nazirin Nyu-York görüşündə bu məsələ ümumiyyətlə qaldırılmayıb. Sual. Siz Dağlıq Qarabağ statusunun danışıqlar prosesinin əsas məsələsi olduğunu deyirsiniz. Azərbaycan prezidenti deyib ki, D.Qarabağ heç zaman müstəqil olmayacaq. Biz də öz tərəfimizdən buna bənzər şeylər deyə bilərik ki, filan şey heç zaman olmayacaq, beşməkan şey heç zaman olmayacaq. Amma danışıqlar gedir, özü də ciddi danışıqlar. Və başa düşmək lazımdır ki, "heç vaxt" kimi yanaşma ilə biz goğrudan da heç zaman heç bir nizamlanmaya nail olmayacağıq. Yəni, danışıqlar zamanı heç vaxt "heç vaxt" sözünü işlətmək olmaz. Ona görə, güzəştlər axtarmaq lazımdır, o biri tərəfin mövqeyini başa düşmək lazımdır, və gedə biləcəyin güzəştin, həm də tələb edəcəyinin həddini bilmək lazımdır. Əks halda, həddləri aşanda bütün struktur dağıla bilər, və hər şeyi itirə bilərsən, hətta bundan əvvəl ala biləcəyini də itirə bilərsən. Sual. Bəs erməni tərəfinin güzəştlər həddi nədir? Biz azərbaycanlılarla, mənə elə gəlir ki, yaxşı başa düşürük erməni və azərbaycan tərəfinin qırmızı xətti haradadır. Fikrimcə, biz bu uzun sürən danışıqlarda elə bir mərhələyə çatmışıq ki, orada artıq dayanıb, güzəştə getmək və "bəli, biz məsələni həll edirik" demək lazımdır. Beynəlxalq Böhran Qrupu Beynəlxalq Böhran Qrupu Azərbaycana ordu quruculuğuna dair məsləhət verir Oktyabrın 29-da Beynəlxalq Böhran Qrupu Azərbaycan ordusundakı islahatlarla bağlı, ölkə hökumətinə tövsiyyərlərlə çıxış edib. BBQ yazır ki, Azərbaycan işğal olunmuş ərazilərin geri qaytarılmasına dair danışıqlarda öz mövqelərini gücləndirmək və ya bu məqsədə nail olmaq üçün müharibəyə hazırlıq məqsədilə öz ordusunu möhkəmləndirməkdədir. Hökumət orduda dərin islahatlar aparmaq əzmindədir. İndiyə kimi aparılan islahatların əksəri hissəsi, NATO ilə əməkdaşlıq istəyindən stimullaşıb. Azərbaycanda hərbi sektorun islahatlarına dair çox az təhlil aparıldığını qeyd edərək, BBQ hökumətə bir sıra tövsiyyələr verir. "Əgər hökumət həqiqətən daha səmərəli, NATO standartlarına uyğun hərbiyyə qurmaq istəyirsə, onun üzərində mülki nəzarəti gücləndirlməli, şəffaflıq və məsuliyyəti təmin etməlidir. Bunun üçün, parlamentin, ələxüsus onun ordu və təhlükəsizlik komitəsinin nəzarət mexanizmləri gücləndirilməlidir. İctimaiyyətin təhlükəsizlik sektorunun idarəsi barədə məlumatlandırılmasını artırılmaldır. Müdafiə nazirliyi üzərində mülki nəzarət artırılmalıdır. Hərbi doktrinanın hazırlanmasını yekunlaşdırmaq və strateji müdafiə revyusu aparılmalıdır. Qanunlara və hərbi qaydalara düzəlişlər edilməli, onlar Azərbaycanın insan hüquqlarının müdafiəsi üzrə beynəlxalq öhdəliklərinə uyğunlaşdırılmalıdır. Bu ələxüsus, qulluqçuların məhkəməsiz həbsi, alternativ hərbi xidmət barədə yeni qanun və hərbi ombudsmanın yaradılmasına aiddir. BBQ bu arada NATO-ya məsləhət görür ki, Qafqaz dövlətləri ilə əməkdaşlıq kimi strateji məqsədinə diqqətlə nəzər salsın. Bu xüsusilə, həll edilməmiş münaqişələrə həmin əməkdaşlığın təsiri aspektinə aiddir. 20.09.2008 Moskva müxbirimiz Eldar İsmayılzadə sentyabrın ortalarında bir qrup jurnalistlə birgə Yerevanda səfərdə oldu. O, yüksək rütbəli Ermənistan rəsmilərilə, o cümlədən prezident Serj Sarkisyanla görüşüb və ondan müsahibə alıb. Müxbirimizin Yerevanda aldığı müsahibələri aşağıda oxuya bilərsiniz. Ermənistan Prezidenti Serj Sarkisyan deyib ki, əgər Azərbaycan Dağlıq Qarabağa investisiya qoymağa çalışsa, o zaman bəlkə oranın əhalisi Azərbaycanın tərkibində qalmaq perspektivinə münasibətini dəyişər. Bunları Ermənistan prezidenti bir qrup xarici jurnalistlə Yerevanda keçirdiyi görüşdə bildirib. Bizim Moskva müxbirimiz Eldar İsmayılzadə də həmin səfərdə iştirak edir və görüş zamanı Serj Sarkisyana Dağlıq Qarabağın statusu ilə bağlı sual verib. Serj Sərkisyan Sual: Güzəştlərin hər iki tərəfdən edilməsi barədə çağırışlar edilir. Ermənistanda bu güzəştlərin yuxarı həddi hansıdır? Ermənistan nədə güzəştə gedə bilməz? Ümumiyyətlə, Ermənistan Dağlıq Qarabağın Azərbaycanın tərkibində, hansı formadasa qalması ideyası ilə barışa bilərmi? - Bu istiqamət haqqında biz çoxdan, ən azı 14 il bundan əvvəl, elan etmişdik. O zaman ki, atəşkəs istəyirdik, və daha bir neçə il ondan öncə bu barədə danışmışdıq. Və bu istiqamət odur ki, Dağlıq Qarabağ xalqının öz müqəddarıtını həll etmək hüququ tanınmalıdır. Məsələ ondadır ki, Dağlıq Qarabağ xalqı min illər bu ərazidə yaşayıb və indi elə şərait yaradılmalıdır ki, bu xalqın həmin ərazidə təhlükəsiz yaşayışını davam etdirmək imkanı olsun. Mən Azərbaycan prezidenti İlham Əliyevə təklif etmişəm ki, o, mövcud dövrdə Qarabağın xoş guzaranı, təhlükəsiz yaşayışı və gələcəyində azərbaycanlıların ciddi maraqlı olduqlarını göstərmək üçün Qarabağa investisiyalar qoymağa çalışsın. Bəlkə ondan sonra qarabağlılar referendum zamanı Azərbaycanın tərkibində yaşamaq istədiklərini bildirdilər. Serj Sarkisyan O dövr, Qarabağın Azərbaycanın tərkibində olduğu Sovet dövrü göstərmişdir ki, Azərbaycanın tərkibində Dağlıq Qarabağın təhlükəsiz yaşamsı mümkün deyil. O ki qaldı nəzəri varianta - yəni, Qarabağ hər hansı şəkildə Azərbaycanın tərkibində ola bilər ya yox - əlbəttə, mən cavab verə bilərəm ki, bunu qarabağlıların rəyini referendum vasitəsilə müəyyən etmək olar cə sair. Lakin mən əminəm ki, heç olmasa yaxın vaxtlarda istənilən referendum yalnız və yalnız bir nəticəni göstərəcək - qarabağlılar Azərbaycandan kənarda olmağı istəyəcəklər. Mən Azərbaycan prezidenti İlham Əliyevə təklif etmişəm ki, o, mövcud dövrdə Qarabağın xoş guzaranı, təhlükəsiz yaşayışı və gələcəyində azərbaycanlıların ciddi maraqlı olduqlarını göstərmək üçün Qarabağa investisiyalar qoymağa çalışsın. Bəlkə ondan sonra qarabağlılar referendum zamanı Azərbaycanın tərkibində yaşamaq istədiklərini bildirdilər. Başqa yol yoxdur. Əgər bir gün möcüzə baş versə və Qarabağ Azərbaycanın tərkibinə düşsı, zənnimcə, çox qısa bir zaman ərzində Qarabağda bir nəfər də olsun erməni qalmaz. Sual. Gürcüstan öz seçimini Qərbin xeyrinə edib. Bəs Ermənistan necə? Gürcüstanda son hadisələrə Ermənistanın münasibəti necədir? - Biz öz xarici siyasi kursumuzdan danışarkən, dəfələrlə NATO-ya üzv olmaq fikrində olmadığımızı bəyan etmişik. Biz Avropa İttifaqının Qonşuluq Siyasətinə dair Tədbirlər Planını həyata keçiririk. Bu bizim üçün çox mühüm bir istiqamətdir. Amma sadəcə "üzv olmaq istəyirəm" demək bəs deyil. Belə olsaydı, Gürcüstan çoxdan Aİ-nin üzvü olmuşdu. Biz heç zaman Gürcüstanı bu istiqaməti seçməsinə görə tənqid etməmişik. Bir qonşu kimi, bizim bir-birimiz qarşısında öhdəliklərimiz var. Ermənistanda hiss edəndə ki, artıq başqa yol qalmayıb, onda Dağlıq Qarabağı tanıyacaq. Serj Sarkisyan Gürcüstan GUAM üzvüdür, Ermənistan isə MDB Kollektiv Təhlükəsizlik Sazişinin üzvüdür. Gürcüstan NATO üzvlüyünə can atır, biz yox. Gürcüstan yalnız ərazi bütövlüyü prinsipini tanıyır. Biz isə xalqların öz müqəddəratını müəyyən etmək hüququnu onunla bərabər tuturuq. Digər sözlə, elə sahələr var ki, orada qonşu dövlətlərin maraqları bir-birinə zidd ola bilər. Lakin əsası budur ki, bu bizə bir-birimizə olan qonşuluq öhdəliklərini yerinə yetirməyə mane olmasın. Fikrimcə, bunu etmək mümkündür və biz əlimizdən gələni edəcəyik ki, biz aramızda normal əməkdaşlıq münasibətlərini davam etdirək. Bu sizə təəccüblü gələ bilər ki, Ermənistan həmişə xalqların öz müqəddəratını müəyyən etmək hüququndan danışıb, amma Kosovo, C. Osetiya və Abxaziyanın müstəqilliyini tanımır... Lakin bizim üçün bu seçim aydındır. Nə qədər ki, biz Dağlıq Qarabağın müstəqilliyini tanımamışıq, başqa yerləri də tanıya bilmərik. Bunun isə səbəbi odur ki, biz Azərbaycanla danışıq prosesindəyik və hər iki tərəf üçün məqbul çözüm yolu axtariririq. Yadiniza salmaq istərdim ki, Kosovo və digər hallarda müstəqillik artıq başqa yol qalmayanda élan edilib. Ermənistanda hiss edəndə ki, artıq başqa yol qalmayıb, onda Dağlıq Qarabağı tanıyacaq. -------------------------------------------------------------------------------- Edvard Nalbandyan: "Ermənistan bu dəfə çox güzəştlərə gedib" Ermənistanın xarici işlər nazirinə verilən ilk sullardan biri Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların çərçivəsi və prosesdə Türkiyənin son zamanlar fəallıq göstərmək cəhdləri ilə bağlı olub. E. Nalbandyan: Ümumən əgər Türkiyə Qarabağ münaqişəsinin nizamlanmasına kömək edə bilsə, bunu ancaq alğışlamaq olar. Ancaq nəzərə almaq lazımdır ki, danışıqlar ATƏT-in Minsk qrupu çərçivəsində gedir və Minsk qrupunun həmsədrlərinin vasitəçiliyiylə gedir. Danışıqlar keçən ilin noyabrında həmsədrlərin Madriddə etdikləri təkliflər əsasında gedir. Zənnimcə, danışıqlar məhz Minsk qrupu çərçivəsində aparılmalıdır. İndi guya Gürcüstandakı hadisələrdən sonra bu çərçivənin işlək olmaması haqda söz-söhbətlər, məncə, əsassızdır. Biz Qarabağ danışıqlarını Cəbubi Osetiya ətrafındakı hadisələrlə bağlamamalıyıq. Edvard Nalbandyan Sual: Sizin bu yaxınlarda Türkiyənin xarici işlər naziri Əli Babacanla görüşünüzdə Türkiyə-Ermənistan-Azərbaycan arasında kommunikasiyaların açılması, gələcəkdə neft, qaz, dəmir yol layihələrinə Ermənistanın qoşulması məsələsi müzakirə edilibmi? Özünüz başa düşürsünüz ki, iki nazir təkbətək görüşəndən sonra mətbuata deyə bildikləri şeyləri deyə bilirlər. Ancaq öz tərəfimdən deməliyəm ki, münasibətlərin normallaşdırılması bütün bölgə üçün, o cümlədən daha yaxşı nəqliyyət imkanları yaradacaq. Cənubi Osetiya ətrafındakı hadisələr bölgədə sabitlik və təhlükəsizliyin nə qədər kövrək olduğunu və nəqliyyat, enerji, kommunikasiya işində alternativlərin zəruri olduğunu göstərdi. Bu baxımdan məsuliyyətli siyasətçilər başa düşməlidirlər ki, bu onların öz xalqları, bölgənin maraqlarına cavab verir və bu işi inkişaf etdirməlidirlər. Sual: Aydındır ki, burada hər şey Qarabağ münaqişəsinə ilişib. Son zamanlar tez-tez deyilir ki, işdə irəliləyiş var, siz konkret olaraq deyə bilərsinizmi, yolun hansı hissəsi arxadadır və hansı hissəsi uzlaşdırılmamış qalır? Mən sizin diqqətinizi yaxınlarda prezident Əliyevin etdiyi bəyənatlara yönəltmək istəyirəm. Məncə, Azərbaycan rəhbərliyinin mövqeyində də nə isə dəyişikliklər baş verib, bəlkə buna Cənubi Osetiya ətrafındakı hadisələr təsir edib. Beləki, əgər Azərbaycandan əvvələr münaqişənin hərb yolu ilə həll edilməsi haqda xeyli bəyanatlar səslənirdisə, indi belə bayanatlar eşidilmir və bu müsbət haldır. Hərb yolu ilə həll, həll deyil. Ona görə ki, istənilən müharibədən sonra dipomatlar yenidən danışıqlara başlamalıdırlar. Biz indi danışıqlar aparırıq, ancaq müharibə olsa, biz sonra yenə də danışıqlara qayıdacağıq, ancaq daha pis şəraitdə. Hazırda çox ciddi daqnışıqlar gedir, açıq deməliyəm ki, biz xeyli irəliləmişik və biz nizamlanmaya çıxa bilərik. Sadəcə hər iki ölkənin siyasi rəhbərliyinin siyasi iradəsi lazımdır. Biz nizamlanmaya hələ 2001-ci ildə çox yaxın idik, o zaman Parisdə iki ölkə lideri müəyyən razılığa gəlmişdilər və bu razılaşma Ki-Uestdə kağıza qoyulmuşdu. Sonra isə Azərbaycan tərəfi dedi ki, hələ hazır deyil, ona görə ki, ictimai fikir hazır deyil. Hal hazırda bir xarici işlər naziri kimi deyirəm ki, danışıqlar Helsinki aktının 3 prinsipi əsasında gedir - bu güc işlədilməməsi, ərazi bütövlüyü və xalqların öz müqəddarıtını təyin etməsidir. Minsk qrupunun təkliflərində də bu prinsipləri uyuşdurmaq cəhdi edilir. Sual: Bəs bu prinsipləri necə bir yerdə uyuşdurmaq olar? Axı onlar bir-birini faktiki istisna edir? Xeyr, onlar birini istisna etsəydi, onlar beynəlxalq hüquqün əsas sənədlərinə qoyulmazdı. Hər şeyi danışıqlar yoluyla həll etmək lazımdır. Məhz buna görə də Ermənistan Cənubi Osetiyadakı vəziyyətdən istifadə edib Qarabağı tanımaq yolu ilə getmədi. Biz danışıqların qarşılıqlı güzəştlərə gətirməsinin tərəfdarıyıq. Sual: Yaxşı, bəs Ermənistan konkret olaraq hansı güzəştlərə gedib? Əgər siz Ki-Uestdə olanla indiki müzakirə edilən təklifləri müqayisə etsəniz, böyük fərqi görəcəksiniz. Məhz Ermənistan bir sıra güzəştlərə gedib. İndi o vəziyyətdir ki, tərəflərin birinə dayanmaq lazımıdır. Ona görə ki, həmişə nə isə yenə tələb etməklə itirə də bilərsən. Bu çox məxfi, həssas danışıqlardı, mən onların məğzini aça bilmərəm. Ancaq nizamlanma işində əsas məsələ Qarabağın statusudur. Status həll olunsa, bütün başqa məsələlər həll oluna bilər. Məncə, mən hər şeyi dedim. -------------------------------------------------------------------------------- "Silahlarımızı modernləşdirməyə çalışırıq" Ermənistanın müdafiə naziri Seyran Ohanyana verilən ilk suallardan biri Azərbaycanın silahlanması və bunun müqabilində Ermənistanın necə davranacağı haqda sual olub. Seyran Ohanyan Azərbaycanın surətlə silahlanması haqda məlumatımız var, bunu elə Azərbaycanın öz siyasi rəhbərliyi də bəyan edir. Bizim silah yarışına qoşulmaq niyyətlərimiz yoxdur. Ancaq əlbəttə ki, biz öz ordumuzun yüksək hazırlıq vəziyyətində saxlanılması üçün tədbirlər görürük. Ordumuz dövlətin təyin etdiyi templərlə silahla təhciz edilir, modernləşmə gedir. Elə bir yeni silah növləri yoxdur, biz sadəcə əlimizdə olan silahları modernləşdirməyə çalışırıq. Əgər Qarabağda silahlı qarşıdurma başlasa, Azərbaycan ordusuna qarşı Ermənistan Respublikasının rəsmi silahlı qüvvələri istifadə ediləcəkmi? Hazırda Azərbaycan qüvvələriylə təmas xəttində Qarabağ silahli qüvvələri yerləşir və onlar bu illər ərzində balansı saxlaya bilirlər. Onlar qarşılarına qoyduqları məqsədləri həyata keçirməyə qabildir, ancaq eyni zamanda Ermənistan Respublikası həmişə deyib ki, o, Qarabağın erməni əhalisinin təminatçısı olacaq. Bu, Ermənistanın milli təhlükəsizlik konsepsiyasında əks olunub. Bəs Ermənistanın hərbi doktrinasında Türkiya haqda nə deyilir, o, təhlükə, yaxud potensial düşmən kimi göstərilirmi? Bizim doktrina göstərilir ki, Türkiyə tərəfindən təhlükə var. Ancaq bu kəlmə daşda həkk olunmayıb, biz əgər qarşılıqlı surətdə onu dəyişmək istəsək dəyişə bilərik. Əgər Gürcüstan NATO-nun üzvü olsa, bu Ermənistana necə təsir edə bilər? Aydındır ki, belə vəziyyətdə Qərblə Rusiya arasında qarşıdurma qüclənəcək... Əlbəttə əgər Gürcüstan NATO-ya daxil olsa biz siyasətimizi elə qurmalıyıq ki, həmin vəziyyətdə də erməni dövlətinin təhlükəsizliyini təmin etməyə imkan olsun. Biz həm NATO-la həm Rusiyayla münasibətlərə malik olmalıyıq. Amma bildirməliyəm ki, Gürcüstanın NATO-da üzvlüyü bizə elə bir təhlükə kəsb etmir. Hal hazırda Qafqazlarda vəziyyətin gərginləşməsi üzündən Ermənistanda yerləşən Rusiyanın 102 bazasının qücləndirilməsi nəzərdə tutulurmu? Bizim məlumatlara görə, Rusiya silahlı qüvvələrində müəyyən islahatlar gedir. Ola bilsinki, bu iş çərçivəsində onların məhz 102-ci bazanın optimallaşdırılması haqda müəyyən planları var. -------------------------------------------------------------------------------- 21-ci əsrdə ərazi məfhumu əhəmiyyətsiz olacaq Ermənistanın Baş naziri Tiqran Sarkisyana jurnalistlərin verdiyi ilk sual Türkiyə-Ermənistan münasibətləri ilə bağlı olub. Sual: Ermənistanda Türkiyə ilə sərhədin açılmasının hansı mümkün effekti olacağı hesablanıbmı? Tiqran Sərkisyan Cavab: Sözsüz ki, dənizə çıxış və nəqliyyat kommunikasıyalarının şaxələndirilməsi çox vacibdir. Ona görə ki, bu iqtisadiyyatın daha davamlı inkişafını təmin edir. İqtisadiyyatda risklər azalır, etibarlılıq artır. Ona görə biz problemlərin həll olunması və dəmir yolunun açılmasında maraqlıyıq. Bunun konkret hansı iqtisadi təsiri olması haqda müxtəlif fərziyyələr var. Ümumən sərhəddin bağlı olmasının nəticəsi odur ki, Ermənistan elmyönlü iqtisadiyyata daha çox diqqət verir. Bu bizi iqtisadiyyatın səmərəliliyini qaldırmağa daha çox enerji və güc sərf etməyə məcbur edir. Bu bizim üçün post-industrial iqtisadiyyat, elm və yeni texnologiyalara söykənən iqtisadiyyat qurmağa bir stimuldur. Sual: Ermənistan iqtisadiyyatının strukturunda hərbi xərclər hansı yeri tutur? Cavab: Bu xərclər bizim ümumi daxili məhsulumuzun 3 faizini təşkil edir. Keçən ilə ümumi daxili məhsulumuz 10 milyard dollar olub, deməli hərbi xərclər 300 milyon dollar təşkil edib. Tamamilə açıq və rəsmi məlumatdır. Bu faiz Gürcüstan və Azərbaycandakı rəqəmlərdən bir qədər aşağıdır. Sual: Bəs Dağlıq Qarabağa Ermənistan rəsmi komək edirmi, və hansı həcmlərdə? Ermənistan Qarabağa rəsmi iqtisadi kömək göstərir. Bu birbaşa maliyyə köməyidir və vasitəli köməkdir. Qarabağın iqtisadiyyatı Ermənistan iqtisadiyyatına inteqrasiya olunub, bu vahiq iqtisadi məkan, vahid valyuta, vahid maliyyə sistemidir. Bu baxımdan köməyin konkret həcmlərini hesablamaq çətindir. İqtisadi baxımdan Qarabağ Ermənistanın kiçik rayonlarından biridir. Ermənistanın ümumi daxili məhsulun təxminən 4-5 faizi Qarabağa düşür. Qarabağa xarici investiyilar çox gedir. Xaricdəki qarabağlılar öz vətənlərinə yatırımlar edirlər. Qarabağ Ermənistana nisbətən daha mütəşəkkildir. Orada qayda-qanun daha qüclüdür, orada kölgə iqtisadiyyatı da daha azdır, korrupsiyanın səviyyəsi də daha aşağıdır, bu baxımdan Ermənistanın özü onlardan bir çox şeyi öyrənməlidir. Sual: Ümumən Azərbaycanla iqtisadi münasibətlərin bərpası Ermənistan iqtisadiyyatına hansı təsiri göstərə biləcəyi hesablanıbmı? Cavab: Bizim xarici siyasət doktrinamızda göstərilir ki, biz öz qonşularımız, o cümlədən Azərbaycanla xoş münasibətlərin qurulmasında maraqlıyıq. Ona görə biz tezliklə Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını istəyirik. Bu məsələ cəmiyyətin nə qədər inkişaf etdiyindən asılıdır. Müəyyən iqtisadi, siyasi artım olanda qonşular üçün bir-biri ilə dil tapmaq daha asan olacaq. Avropa 2-ci dünya müharibəsindən sonra bu yolla gedib, birinci iqtisadi inteqrasiya olub, sonra isə siyasi məsələlər həll olunub. Məncə, bizi də eyni şey gözləyir. Və bu Avropadakından xeyli tez baş verəcək, indi sosial vaxt çox sıxılıb, biz 1 ilə o zamankı Avropanın 10 ilə yaşadığını yaşayırıq. Bu baxımdan, zənnimcə, yaxın 5 il ərzində biz münaqişəni həll edə biləcəyik. Sual: Cənab baş nazir, Ermənistan rəhbərliyi Türkiyə və Azərbaycanla xoş münasibətlərdən danışır, burada küçədə adi insanlarla danışanda məlum olur ki, adamlar xoş münasibətlərin tərəfdarıdır, ancaq deyək Azərbaycan və Türkiyə ilə olan ərazi problemlərində güzəştə getmək istəmir? Cavab: Biz işə gələcəkdən baxmalıyıq, keçmişdən yox. Biz dünyanı gələcəkdə necə görürük və Ermənistanın bu dünyada yeri nə olacaq. Dünya dəyişir və biz onun hansı istiqamətdə dəyişməsi, burada hansı dəyərlərin olmasını müəyyənləşdirməliyik. Bu baxımdan milli ərazilər nədir, bu məhfum varmı, yoxsa haradasa yaşayan insanlar məhfumu var. Məncə, məhz bu dəyərlər qalib gələcək. Bu isə ərazinin 21-ci əsrdə heç bir əhəmiyyətə malik olmaması deməkdir. Bu o deməkdir ki, biz insanların rahat yaşaması üçün şərait yaratmalıyıq. İnsanlar onlar üçün rahat yaşayışı verən yeri seçmək hüququna malik olmalıdırlar. Bu azad seçim insanların vətəninin harda olmasını təyin edəcək. Məhz bu rakursdan Ermənistanla Türkiyə və Ermənistanla Azərbaycan arasında olan problemləri həll etmək lazımdır. Sual: Siz intellektual elita nöqteyi nəzərindən danışırsınız, amma adi insanlarla danışanda elə təəssürat yaranır ki, onlar sizinlə razı deyillər. Cavab: Bizim cəmiyyətdə hələ 18-ci əsrdə olan zümrələr var, 20-ci əsrdə olanlar var, artıq 21-ci əsrdə olan insanlar var. Sual ondadır ki, bu cəmiyyəti kim irəli aparacaq. Elita aparmalıdır, elita isə keçmiş əsr yox, 21 əsrin kateqoriyaları ilə fikirləşməlidir. Əgər bizim cəmiyyətdə hələ 18-ci əsrdən qalmışlar varsa, bu, bizim problemimizdir və onu həll etməliyik. Biz onları irəli aparmalıyıq, geri getməməliyik.bbc
Müctəba Xameneinin səhhəti ilə bağlı yeni etiraf
İsrail ABŞ-ın yüksəkvəzifəli rəsmilərini dinləyib
İranın etnik qrupları güc balansını dəyişə bilər – RƏY
ABŞ Küveytə 1,98 milyard dollarlıq antidron sistemlərinin satışını təsdiqləyib
Bəhreyn İranın Bəhreyn və Küveytə raket hücumlarını qınayıb
İran, Rusiya və Çin nümayəndələri Qrossi ilə görüşüb
Təbrizdə qadın məhbus edam edilib
ABŞ İranın maye qaz satış şəbəkəsinə qarşı yeni sanksiyalar tətbiq etdi
Ukrayna pilotsuzu Rumıniyada partladı; NATO narahatdır
Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Baraka hücumundan sonra nüvə riskləri barədə xəbərdarlıq edib
Məhəbbət şairi Müşfiqin doğum günüdür
Urmiya vilayətində yerləşən Quluncu kəndinin bələdiyyəsi kəndin tarixi türkcə yer adlarını bərpa edib
Türkiyə ordusu “İHA-230” hipersəs ballistik raketlərinin ilk partiyasını təhvil alıb
ABŞ blokadasından sonra İraqın Ümm Qəsr limanı İran üçün yeni tranzit mərkəzinə çevrilib
İranda xidmət idxalı rekord həddə çatıb, mal idxalı isə kəskin azalıb
İsrail müsadirə etdiyi silahları İran kürdlərinə ötürüb - Media
İran qonşularına hücumdan təbliğat kimi istifadə edir- Bin-Taleblu
İranda siqaret çəkən qızların sayı kəskin artıb
İranla qarşıdurmada qələbə qaçılmazdır - Tramp
Geosiyasi fürsət: Hörmüz boğazının bağlanması və Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın əhəmiyyəti artır
İran məhkəməsi daha bir etrazçını ölümə məhkum etdi
Milli fəalların məhkəməsi oldu- Lisani, Kari və Xeyrcu qatılmadılar
Məsud Pezeşkian hökumət iclasında çıxış etdi - Davam edəcəyəm
Axios: İran ABŞ-la danışıqlarda üstünlük qazanmaq üçün Hizbullaha müharibəni genişləndirməsi üçün təzyiq göstərir
Əhər-Təbriz yolunda ağır qəza: 3 nəfər həyatını itirdi
İran təhlükəsizlik məmurları iki mülki şəxsi öldürdü
İsrail quru əməliyyatlarını genişləndirir
Hakan Fidan Türkiyə-Yaponiya birgə PUA istehsalını təklif etdi
İran yeraltı raket bazalarının onlarla girişini yenidən açıb
ABŞ-nin İranı blokadaya alması Çini neft ehtiyatlarını istifadə etməyə sövq edir
Tramp Tehrana daha sərt şərtlərlə yeni mətn göndərdi
94 gündür torpağa tapşırılmayan Xamenei üçün yeni plan
Pezeşkian: Dövlət televiziyasının təqdim etdiyi məlumatlar ölkə reallıqlarını əks etdirmir
15 ildən sonra Azərbaycan Sulduz (Nəqədə) bataqlığı daşıb
Qərbi Azərbaycan əyalətində silah-sursat aşkarlanıb
“Binab kababı”nın qlobal qeydiyyatı üçün bəlgə hazırlanır
NATO: Hörmüz boğazına müdaxiləyə hazırıq
FT: İran müharibəsinin inflyasiya təsirinin 2022-ci il səviyyəsinə çatmayacağı gözlənilir