SON XƏBƏRLƏR

NOVRUZ MƏMMƏDOV: SƏNƏDİN İMZALANMASI DAĞLIQ QARABAĞ MÜNAQİŞƏNİN HƏLLİNİ BUNDAN SONRA BAŞQA MÜSTƏVİYƏ KEÇİRİR

2021.10.20, 07:36
NOVRUZ MƏMMƏDOV: SƏNƏDİN İMZALANMASI DAĞLIQ QARABAĞ MÜNAQİŞƏNİN HƏLLİNİ BUNDAN SONRA BAŞQA MÜSTƏVİYƏ KEÇİRİR

Gunaz.tv
"Bəyannamə münaqişənin həlli ilə bağlı ilk müsbət addımdır" novruzmeme300607.jpg NOVRUZ MƏMMƏDOV: "SƏNƏDİN İMZALANMASI DAĞLIQ QARABAĞ MÜNAQİŞƏNİN HƏLLİNİ BUNDAN SONRA BAŞQA MÜSTƏVİYƏ KEÇİRİR" "Moskva bəyannaməsi" nə vəd edir? "İlham Əliyev, Dmitri Medvedyev və Serj Sarkisyasının imzaladığı bəyannamə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı keçirilən 14 illik uzun və mürəkkəb yolda atılan ilk müsbət addımdır". Bu fikirləri Prezident Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ANS-ə müsahibəsində deyib. O əlavə edib ki, bu sənədin imzalanması münaqişənin həllini bundan sonra başqa müstəviyə keçirir. ZƏRDÜŞT ƏLİZADƏ: "MƏSƏLƏ UZANDIQCA RUSİYANIN MÖVQEYİ ZƏİFLƏYİR" ZAHİD ORUC: "RUSİYA BAŞA DÜŞÜR Kİ, MÜNAQİŞƏLƏR UZANDIQCA, QƏRBİN REGİONA GƏLİŞİ SÜRƏTLƏNƏCƏK" XƏZƏR İBRAHİM: "RƏSMİ BAKI DANIŞIQLAR PROSESİNİ DAVAM ETDİRMƏK NİYYƏTİNDƏ QƏTİDİR" Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Moskva görüşündə imzalanan bəyannamənin Dağlıq Qarabağ münaqişəsinin həllində göstərəcəyi təsir imkanları müxtəlif aspektlərdə müzakirə edilir. Münaqişənin həlli prosesində Rusiyanın vasitəçilik missiyasının Qərb və Amerikanın maraqları ilə nə dərəcədə uzlaşacağı birmənalı qarşılanmır. Məsələn, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza öz narazılığını açıq şəkildə bəyan edir: "ATƏT-in Minsk qrupunun həmsədrləri prezidentlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar üzrə görüşünə dəvət olunsa da, onlar görüşə buraxılmayıblar". Bunu "Trend"-ə Metyu Brayza özü bildirib. Onun sözlərinə görə, bu, Minsk qrupunun iş üsullarına müvafiq deyil. Rəsmi Bakı isə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə birgə bəyanatını danışıqların bütün məqamlarını əks etdirən sənəd hesab edir. Azərbaycan XİN-in mətbuat katibi Xəzər İbrahim jurnalistlərə bildirib ki, sənədin imzalanmasında yeni nəsə axtarmaq lazım deyil. İndiyədək danışıqlar aparılır və onların əhəmiyyəti bəyannamədə öz əksini tapıb. Danışıqların növbəti mərhələsinə keçid üçün bünövrə qoyulmalıdır: "Yüksək səviyyədə bəyannamənin imzalanması zərurətdən irəli gəlir. Azərbaycan danışıqlar prosesini davam etdirmək niyyətində qətidir. Danışıqların növbəti mərhələsinin necə olacağı hələ məlum deyil". Məsələyə politoloq Zərduşt Əlizadə və millət vəkil Zahid Orucun münasibətlərini öyrəndik. Zərdüşt Əlizadənin fikrincə, bəyannamənin heç bir əhəmiyyəti yoxdur: "Sənəddə əsas iki məsələ vurğulanır. Birincisi ondan ibarətdir ki, münaqişə siyasi yolla həll ounmalıdır. Artıq bu, bir aksiomadır ki, siyasi üsul müharibə siyasətinin başqa üsulla davamıdır. İkincisi, məsələnin beynəlxalq hüquq çərçivəsində həlli önə çəkilir və beynəlxalq hüququn bir müddəası da millətlərin öz müqəddəratını həlletmə hüququnu önə çəkir. Ermənistan məhz buna istinad edərək, Qarabağı almaq istəyir. Digər müddəada dövlətlərin ərazi bütövlüyü önə çəkilir. Azərbaycan məhz ona istinadən Qarabağın qaytarılmasını tələb edir. Amma yəqin ki, ən mühümü hələ elan edilməyib. Bu, ondan ibarətdir ki, Rusiya hansısa mütləq imic qazanıb, böyük iqtisadi gəlir götürməyə, bölgəni nəzarətdə saxlamağa çalışır. Artıq bunun üçün imkanlar var. Bu da ondan ibarətdir ki, ruslar indiki vəziyyətdə münaqişəni davam edərsə, Azərbaycan və Ermənistanın da Gürcüstan kimi üzünü Qərbə çevirməsindən qorxurlar. Çünki bu formatda münaqişənin həlli ilə bağlı bütün potensialı tükəndirib". Belə olan halda nə baş verə bilər? Bu suala cavabında Z.Əlizadə bildirdi ki, Minsk qrupunun indiyəcən hazırladığı sənədin əsasında müvəqqəti razılaşma əldə olunar, yəni məzmun saxlanmaqla, münaqişənin şəkli dəyişə bilər. Rusiya bunu özünün diplomatik qələbəsi kimi təqdim edə bilər. Məsələn, Dağlıq Qarabağdan əlavə işğal olunmuş torpaqlar azad olunar, sonra Dağlıq Qarabağda beynəlxalq sülhməramlılar yerləşə bilər və onların əsasını da rus qoşunları təşkil edər. O zaman da Azərbaycanın hüquqi baxımdan Dağlıq Qarabağa qayıtmaq hüququ olacaq. Üçüncü variantda isə məsələ bütövlükdə həll oluna bilər. Yəni, Dağlıq Qarabağa dövlət içində dövlət statusu verilə bilər və yenə də həmin sülhməramlılar qalmaqla münaqişə birdəfəlik həll oluna bilər. Bunun üçün zəka cəsarəti lazımdır. Hələlik danışıqların gedişindən görünür ki, Rusiya rəhbərliyi zəka cəsarəti nümayiş etdirmir, məsələ uzanır, uzandıqca da Rusiyanın mövqeyi zəifləyir". Politoloq əminliklə bildirir ki, bu razılaşmada İrandan başqa, Türkiyə, Fransa, Amerika və Avropa Birliyi də iştirak edirlər. Amma bu barədə məlumat verilmir. Zərdüşt Əlizadənin fikrincə, hələlik etiraf etmək lazımdır ki, Cənubi Qafqazda Rusiyanın təsir imkanları Qərbinkindən xeyli üstündür: "Bu da təsadüfi deyil, çünki onun dərin kökləri var. Üstəlik, Rusiyanın özünün yaratdığı və tənzimlədiyi münaqişələr də var. Rusiya Abxaziya və Cənubi Osetiyada göstərdi ki, münaqişə onun əlində bir alətdir". Politoloqun qənaətinə görə, Rusiya hansısa bir addım atmaq istəsə, nə Ermənistanın, nə Azərbaycanın Qərbə ümid bəsləməsi əbəsdir: "Digər tərəfdən qeyd etməliyəm ki, Minsk qrupunun hər üç həmsədri orada idi. Amma görüşü Medvedyev aparırdı. Əgər onlar da iştirak etmək istəyirdilərsə, zəhmət çəkib Buşla Sarkozi də gəlməliydi. Axı görüş Moskvada keçirilirdi və görüşdə prezidentlər işitirak edirdi. Təbii ki, həmin görüşə yalnız prezidentlər qatıla bilərdi. Rusiya Amerikaya, Fransaya nümayiş etdirdi ki, Cənubi Qafqazda münaqişələrin sükanı onların əlindədir. Hesab edirəm ki, bu görüşlə bağlı Qərbin, Amerikanın narahatlığına əsas var. Çünki onlar istəyirlər ki, münaqişə həll edilməsin, özləri bulanıq suda balıq tutsunlar, necə ki, Yaxın Şərqdə tuturlar". Millət vəkili Zahid Oruc düşünür ki, Rusiya prezidentinin təşəbbüsü ilə keçirilən danışıqlar heç bir halda ərazi bütövlüyü üçün təhlükəli ssenarilər ortaya qoymadı: "Bəlli oldu ki, danışıqar bütövlükdə Azərbaycanın milli maraqlarını zərbə altında qoymur və bəzi hallarda onun maraqlarına cavab verir. Bəyannamə öhdəlik yaradan və sülhə məcburetmə sənədi sayılmasa da, burada qarşıdakı dövr üçün ümumi baza prinsipləri ifadə olunur. Problemin çözümündə beynəlxalq hüquq prinsiplərinə və normalarına istnad olunması belə düşüncələr yarada bilərdi ki, ermənilər öz müqəddəratını təyinetimə hüququndan yararlanacaq. Amma ifadələrdə vurğulandığı kimi, bu dövrə qədər qəbul olunmuş sənədlər əsas götürülür". Deputat hesab edir ki, "Danışıqların Madrid prinsipləri əsasında aparılmasının ifadə olunması, həmçinin qarşıdakı dövrdə benəlxalq zəmanətlərin vacibliyindən danışılması, eyni zamanda, "razılaşmanın bütün spektlərini qarşıdakı dövrdə beynəlxalq zəmanətlə müdafiə etməkdir" fikri yenə də mərhələlərdən söhbət açlıdığını göstərir. Bu müddəadan çıxan nəticə odur ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi müzakirə predmeti deyil. Bütövlükdə mən bu danışıqları mühüm addım hesab edirəm. Yaxın bir ay ərzində Qarabağ danışıqlarında çox ciddi dəyişikliklər gözlənilir". Zahid Oruc bildirir ki, Amerikanın və Qərbin ayrı-ayrı təmsilçiləri indiyə qədərki dönəmdə Rusiyanın təşəbbüsü ələ almasına qarışı çıxmayıb: "Ümumiyyətlə, Rusiyanın 8 avqustdan sonra fəallaşması sual yaradır. Önəmlisi odur ki, Rusiya siyasi elitası başa düşməyə başlayıb ki, nə qədər münaqişələr olacaq, Qərbin regiona gəlişi sürətlənəcək. Rusiyanın bir yolu qalır, o da özünün maraqlarını qorumaq üçün bölgədə münbit şərait hazırlamaq. Rusiya nəyin müqabilində həll modelini seçə bilər? Baxın, bu gün erməni dairələri 58-ci ordunun Qarabağda yerləşməsinin təhlükəli olmasından, Ermənisanın satılmağından danışırlar. Ortada olan sənədlərdə Ermənistanın layiq olduğu yeri göstərən və Rusiyanın mövqeyini, maraqlarını təmin edən model var. Ola bilsin ki, burada Qərbin maraqlarının əleyhinə də müddəalar əksini tapsın". Minsk qrupunun amerikalı həmsədri Metyu Brayzanın bəyanatına da münasibət bildirən Zahid Oruc dedi ki, bu istiqamətdə müəyyən bəyanatların verilməsi başadüşüləndir. Kimin nə deməsindən asılı olmayaraq, Rusiya mövcud olan reallıqları dəyişməyə çalışır. Qərb dairələri isə münaqişəni başqa formada həll edəndən sonra Qafqazda Avropanın strateji maraqlarına zərbə dəyəcəyini nəzərə alaraq ,artıq öz mövqelərini qorumaq uğrunda mübarzəyə girişiblər və buna yönəlik diplomatik savaşdadırlar". Tahirə QAFARLI ucnoqta

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar