Türkiyənin Milli Təhlükəsizlik Şurası müharibənin davam etməsi ilə bağlı xəbərdarlıq edib
İraq qeyri-iraqlı silahlı qrupları tərksilah edəcək
Husilər Mədinəyə hücum etdilər
Neftin qiyməti düşdü
ABŞ Yaxın Şərqə üçüncü təyyarədaşıyan gəmi və ikinci dəniz piyada diviziyası göndərir
Türkiyə Suriya və İranın proksi qüvvələri arasında gizli görüşə ev sahibliyi edib
Dolların nəzarətsiz bahalaşması; hökumətin gecikmiş tədbirləri
Ukrayna və Avropa İttifaqı Kiyevin maliyyə və müdafiə ehtiyaclarının qarşılanması barədə razılaşıb
İran hərbçiləri daha bir gənci güllələdi
Mərənddə bir ailənin dörd üzvü öldürüldü
Bəluclara qarşı qanlı repressiyanın ildönümü yad edilib
Ermənistan İrana qarşı sanksiyalara qoşula bilər
Xocavənddə Azərbaycan-Türkiyə-Özbəkistan birgə hərbi təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilir
Sistan və Bəlucistanda silahlı qarşıdrma- 6 nəfər həlak oldu
Qazaxıstan Rusiyaya nota verib
Abbas Lisaninin müalicəsinə icazə verilmir
Həmədanda iş qəzaları- 147 nəfər...
Bakıda TDT müdafiə sənayesi qurumlarının rəhbərlərinin ikinci iclası keçirilir
Britaniya səfiri: Etibarlı tərəfdaşlıq hər zamankından daha önəmlidir
ABŞ İranın dəniz blokadasının bərpasından sonra 125 ticarət gəmisinin istiqamətini dəyişib
Türkiyə kəşfiyyatı Reyhanlı terror aktını törədən suriyalını saxlayıb
Azərbaycan–Qazaxıstan Transxəzər fiber-optik xətti bir aydan az müddətə istifadəyə veriləcək
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
İrana zərbələrin bərpası ilə bağlı tezliklə qərar veriləcək- Tramp
Üç şəhərdə 9 məhbus edam edildi
İran nümayəndə heyəti ABŞ-dan qovulub
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
BƏƏ BMT-də: Bizim üç ərəb adamız İranın işğalı altındadır (Video)
İran lüks avtomobillərin idxalını dayandırdı
Rusiyanın Ukraynaya yeni hücumlarında azı üç nəfər ölüb
Azərbaycanın Baş Qərargah rəisi Türkmənistan hərbi nümayəndə heyəti ilə görüşüb
Rusiya NATO-nu nüvə silahı ilə hədələdi
ASELSAN Naxçıvanda zavod açacaq
Türkiyəli nazir: Azərbaycanla müdafiə sənayesi sahəsində 500 milyon dollarlıq müqavilələr imzalanıb
İranda yaşlı əhalinin artımı ümumi əhali artımından dörd dəfədən çoxdur
Hörmüz boğazında üç gəmiyə hücum edilib
ABŞ-in təklifləri İrana çatıb- Mühacirani
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib
İranda təkdırnaqlıların ətinin satışı artıb
Ərdəbildə tarixi körpü baxımsız qalıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
BAYKAR şirkətinin Azərbaycanda hazırlanan KASIRGA PUA-sı ilk dəfə görüntüləndi
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, Azərbaycanın keçmiş təhsil naziri, professor Firudin Cəlilovdur.
- Firudin müəllim, sizi bir necə gün öncə qeyd etdiyiniz 65 yaşınızı ürəkdən təbrik edir və can sağlığı arzulayırıq. 65 yaş sizin üçün nə deməkdir?
- Diqqətiniz üçün təşəkkür edirəm! Deyərdim ki, bu 65 il 65 gün kimi gəldi, keçdi. İllər necə keçir, insanın heç xəbəri də olmur. Əsas odur ki, bu ömrü mənalı yaşamağa və millətinə xidmət etməyə çalışasan. ümumiyyətlə, xalqa sərf olunan ömür "mənalı ömür" olur. 14-15 yaşımdan əmək fəaliyyətinə başlamışam. Bu gün təqaüddə olsam da, yenə də elmi araşdırmalarımı davam etdirirəm. özünüz də görürsünüz ki, masamın üstündə kitablar var və yeni araşdırmaların üzərində işləyirəm.
- Ad gününüz ərəfəsində "Qarabağın sehirli bir basırıq xalısı" adlı kitabçanızın çapdan çıxmasını ad gününüzə gözəl bir hədiyyə kimi qiymətləndirərdim...
- Elədir. Deyim ki, bu elə də böyük əsər deyil. Amma bu, böyük bir əsərin yığcam formasıdır. Dünyanın ən qədim Pazırıq xalısının 2500 il yaşı var, Ermitajda saxlanılır. Qarabağın oğuz-türkmən boyu tərəfindən toxunub. Ermənilər bundan istifadə etməyə çalışılar ki, bu xalı onlara məxsusdur. Almaniyada bir neçə xalçaşünas alimi də buna cəlb ediblər və o alimlər də bu xalının ermənilərə məxsus olduğunu iddia edirlər. Əsas bəhanə olaraq onu gətirirlər ki, o zaman Qarabağda türk olmayıb, onlar Altayda yaşayıblar. Bu kitabça vasitəsilə onların yalanlarını üzə çıxartmışam, o vaxtlar ermənilərin nəinki Qarabağda, heç Qafqazda belə izi-tozu yox idi. Hesab edirəm ki, bu əsər onlara yaxşı elmi cavabdır.
- İkinci kitabınız "Lidiya çarı Kirez Azərbaycanda" adlanır. ümumiyyətlə, Lidiyanın türklərlə hansısa bir bağlılığı varmı?
- Lidiya türk dövləti olmayıb. Anadolunun batı ərazisində bir dövlət olub. Sadəcə olaraq, Lidiya Pers imperiyası ilə sərhəd olduğu üçün daim mübarizədə olublar və sonrada o Pers hökmdarı Kuruşa əsir düşüb və onun müşaviri olub. Məhz Krezin taktikası ilə massagetlərə hücum edən Kuruşu Tomris məğlub edir və onun başını kəsir. Onu da bildirim ki, bu kitabça ilk dəfə olaraq Yusif Bağırzadənin kolleksiyası (məcmuə) əsasında yazılıb, buradakı şəkillər ilk dəfə çap olunur. Tomrisin Kuruşu məğlub etməsi də dəqiqləşdirilib və tarixçilərin bu savaşın Orta Asiyada baş verdiyini yazmasının yanlışlığı göstərilir. Biz Tomrisin Kuruşu Azərbaycanda məğlub etdiyini tarixi-coğrafi bəlgələrlə veririk.
- Buradan aydın görünür ki, yüz ildən sonra da Firudin Cəlilov imzası hər zaman diqqət mərkəzində olacaq və türk dünyasını öyrənmək, kəşf etmək istəyən insanlar Firudin Cəlilov dünyasına baş vuracaqlar...
- Təbii ki, hamı kimi mən də əbədi deyiləm, amma mənim əsərlərim yaşayacaq və Azərbaycanın və türk dünyasının tarixini öyrənmək istəyən insanlar bu əsərlərə baş vuracaqlar. 30 ildən çoxdur ki, Azərbaycan türklərinin Güney Azərbaycanda və İki çay arasının (Mesopatomiya) doğu bölgələrində yaşadıqlarını yazıram. Urmu nəzəriyyəsinə söykənən fikirlərimi bu gün də müdafiə edərək demək istəyirəm ki, Azərbaycan türkləri bu yerlərin ən qədim insanlarıdır.
- Bildiyimiz qədər Azərbaycan türklərinin islama qədərki tarixi ilə bağlı yazdığınız IX cildlik əsəriniz çap edilməyib. Belə önəmli əsər nə üçün çap edilmir?
- çox təəssüflər olsun ki, 20 il bundan öncə tamamladığım kitablar maliyyə imkansızlığından hələ də çap edilməyib. Amma artıq "Millətçilik" qəzeti çap etməyə başlayıb. Pərviz bəy sağ olsun ki, əsərləri insanlarımıza tanış edir. İndi nə qədər çap edəcəklər, onu bilmirəm, əsas odur ki, çapa başlanılıb.
- Sizin də iştirakınızla keçirilməsi gözlənilən, Ankarada Güney Azərbaycan Forumu ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı...
- Ankara forumuna qatılacağam. Oradakı məruzələrdən, alınan qərarlardan bəkləntim çoxdur, çünki Güneyin müstəqilliyi uğrunda aparılan mübarizənin artıq o mərhələsidir ki, mütləq sağlam və hamının qəbul etdiyi bir təşkilat yaranmalıdır. Məncə, Camal bəyin təklif etdiyi Konseyin (şura) yaranması bu bəkləntimin gerçəkləşməsi üçün son fürsətdir. Bu məsələdə artıq gecikmək olmaz, bölgədə gedən geosiyasi hadisələr İrana yaxınlaşır, biz isə hələ təşkilatlana bilmir, yaranan təşkilatlar da bir-birini qəbul etmirlər.
Yaranan konseydə üzvlər, şura və idarə heyəti əsasən güneylilər olmalıdır, Avropa, Rusiya, Türkiyə, Quzey Azərbaycan təmsilçiləri isə konseyin sözçüləri ola bilər. Mən bir daha forumun uğurlu olmasını arzu edir, başarılar diləyirəm.
- Bildiyiniz kimi, bu yaxınlarda Dünya Azərbaycanlıları Konqresinin qurultayları keçirildi. Bu haqda nə deyə bilərsiniz?
- DAK 1997-ci ildə Amerikada yarananda mən də orada iştirak edirdim və çıxışımda bu təşkilatın düzgün qurulmadığını qeyd etdim.
Hesab edirəm ki, DAK-ın rəhbərliyində olan insanlar daha çox Güney Azərbaycandan olmalıdırlar. DAK-ın həmsədri Azərbaycanda olmamalıdır. Əgər onun həmsədri Azərbaycanda olarsa, o, müstəqil qurum olaraq fəaliyyət göstərə bilməyəcək və asılı bir təşkilata çevriləcək.
- Millət vəkili Sabir Rüstəmxanlı ANS-də çıxışında GünAz TV-ni İranın "Səhər" kanalı ilə eyniləşdirib. Siz özünüz də GünAz TV-də tarix, ideoloji və elmi mövzularda verilişlər aparırsınız. Bu, məsələyə münasibətinizi bilmək istərdik?
- Bu, yaxşı hadisə deyil. GünAz TV-ni İranın "Səhər" kanalına bənzətmək isə bu TV-nin 8 il İran rejiminə qarşı apardığı mübarizəni gözdən salmaqdır. Belə çıxır ki, mən də, Nəsib bəy də orada veriliş apardığımız üçün İrana işləyirik? GünAz TV-ni "Səhər" kanalı ilə eyniləşdirmək ayıb bir şeydir. İran rejimi onsuzda GünAz TV-nin fəaliyyətinə kölgə salmaq üçün gecə-gündüz işləyir. Mən bir ağsaqqal olaraq hər iki tərəfi səbrli və təmkinli olmağa dəvət edirəm, buna ərkim çatır.
Söhbətləşdi: ELnur Eltürk
N.S
Qazaxıstan Rusiyaya nota verib
Həmədanda iş qəzaları- 147 nəfər...
İranın hərbi gücünün əhəmiyyətli hissəsini məhv etmişik- Heqset
Üç şəhərdə 9 məhbus edam edildi
Sistan və Bəluçistanda polis postuna hücum edilib- Ölən var
İranda təkdırnaqlıların ətinin satışı artıb
İranda dolların bu günə olan məzənnəsi açıqlandı
"Traktor" Mazandaran komandası ilə qarşılaşıb
BƏƏ: İranın üç adanı işğalını davam etdirməsini qəbul etmirik
Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub - Ölən var
ABŞ İranı dəstəkləyən şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq etdi
İranın 24 həbsxanasında 79 məhbus edam edilib
İran həbsxanalarında məhbuslar yenidən aclıq aksiyası keçirirlər
İran NPT-dən çıxmağa hazırlaşır
Həmədan-Savə yolunda ağır qəza- 11 nəfər həlak oldu
Süngün mis mədənində iş qəzası- Ölən və yaralanan var
İki şəhərə dörd məhbus edam edildi
İranın Ferforddakı partlayış planı ilə əlaqəsi araşdırılır
Bu, İranın çarəsizliyinin təzahürüdür!- ABŞ
İran hicabdan siyasi məqsədlər üçün istifadə edir
Azərbaycanlı qadın fəalın edam hökmü təsdiq edildi
Əhvazda 9 qadın fəal mühakimə olundu
Milli Məclisin komissiyası Azərbaycana qarşı Türkiyədə aparılan informasiya kampaniyasını araşdırıb
Urmiye adı Şanlıurfada; qardaş şəhərlər arasında yeni əlaqələr
WSJ: Səudiyyə Ərəbistanı və BƏƏ Trampa İrana təzyiqi davam etdirməyi tövsiyə edir
Sünni din xadimi məhkəməyə çağırıldı
Güney Azərbaycanda fermerlərin zəhmətinin qazancını vasitəçilər götürür
İranda qadın müğənniyə 74 şallaq cəzası
Daha bir siyasi məhbus edama məhkum edildi
80 ölkə Hörmüzlə bağlı çağırış etdi
Amerika ilə razılaşmağa hazırıq - Pezeşkian
Fidanla Əraqçı görüşüb
Təbrizdə hüquqşünas və qadın hüquqları fəalından 16 gündür xəbər yoxdur
Bölgə ölkələrinin hava limanlarının fəaliyyəti pozulsun- İran mediası
Tehranda ziddiyyətli mesajlar: Trampla diplomatiya, yoxsa Trampdan “qisas”?
Tarımda üç işçi həyatını itirib
Qaşqay qadın fəal həbs edilib