SON XƏBƏRLƏR

Suriyada daha bir partlayış

2021.10.20, 07:36
Suriyada daha bir partlayış

Gunaz.tv

GünAz TV: Hələbdə hakim partiyanın ofisi hədəf alındı.

Suriyada gərginlik davam edir. Ölkənin ikinci ən böyük şəhəri Hələbdə şiddətli partlayış baş verdiyinə dair xəbərlər yayılıb.

Müxalif fəalların bildiriyinə görə, partlyışın hədəfi hakim Bəəs partiyası olub. Partiyanın ofisi qarşısında törədilmiş partlayış nəticəsində bir gözətçi ölüb. Partlayışın səbəbi məlum deyil.

Partlayışdan sonra atışma olduğu da bildirilir. Rəsmi dairələrin məlumatına görə, partlayışdan əvvəl təhlükəsizlik qüvvələri digər terror aktının qarışısını alıb. Partlayış törətməyə hazırlaşan terrorçu-kamikadzenin (intihari) öldürüldüyü deyilir. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar