SON XƏBƏRLƏR

Öcalan Türk bayrağını öpüb

2021.10.20, 07:36
Öcalan Türk bayrağını öpüb

Gunaz.tv

GünAz TV: Türkiyədə PKK-nın əlavəsi olan KCK ilə bağlı məhkəmədə Abdullah Öcalanla bağlı maraqlı ifadələr verilib.

gizli şahid qismində ifadə verən Bahar PKK lideri həbs olunanda Türkiyə bayrağını öpüb. Bu barədə “Qafqazinfo” saytı “Milliyet”ə istinadən xəbər yayıb.

 Bahar ifadəsində qeyd edib ki, Öcalan ələ keçiriləndə “Mən türkəm, türkləri sevirəm. Anam da türkdür. Əgər millətə xidmət imkanım olarsa, edərəm”, deyib.

 Bahar bildirib ki, “dərin dövlət” adamına sahib çıxıb və onu kürdlərin gözündə sıfıra endirəcək görüntüləri əlində “kozır” olaraq saxlayıb.

 “Öcalan İmralıda görüşdüyü dərin dövlətin nümayəndələrinə terror təşkilatını hərəkətə gətirmək barədə söz verib”, - deyə şahid ifadəsində bildirilib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar