SON XƏBƏRLƏR

“Eurovision” ifaçıları ölkəmizə gəlməyə başladılar

2021.10.20, 07:36
“Eurovision” ifaçıları ölkəmizə gəlməyə başladılar

Gunaz.tv

GünAz TV: Latviya (Letoni) təmsilçisi Anmari tamaşaçıları Azərbaycan dilində salamlayaraq, "Sarı gəlin" xalq mahnısını canlı ifa edib.

 “Eurovision” Mahnı Müsabiqəsi 2012-də iştirak edəcək nümayəndə heyətləri artıq Bakıya gəlməyə başlayıblar. Mayın 12-də gecə Monteneqro, Latviya və Belçikanın nümayəndə heyətləri Bakıya gəlib. Latviya təmsilçisi Anmari tamaşaçıları Azərbaycan dilində salamlayaraq, "Sarı gəlin" xalq mahnısını canlı ifa edib.

 "Elə bil ikinci vətənimdəyəm" deyən Anmari hamını Bakıya gecə gəlməyə səsləyib. O, Bakının gecələrinə vurulduğunu bildirib.

Monteneqro nümayəndə heyətinin rəhbəri Lidija Backoviç Bakıya ikinci səfərindən məmnunluğunu dilə gətirib.

 "İlk səfərimdə şəhəri gəzmək fürsətim olmadı. Ümid edirəm ki, bu dəfə mədəniyyətinizdən və şəhərinizin gözəlliyindən doyunca zövq almaq imkanım olacaq”.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar