SON XƏBƏRLƏR

Ankarada keçirilməsi planlaşdırılan Güney forumu təxirə salındı

2021.10.20, 07:36
Ankarada keçirilməsi planlaşdırılan Güney forumu təxirə salındı

Gunaz.tv

GünAz TV: Bu gün və sabah Türkiyənin paytaxtı Ankarada Güney Azərbaycanın I Forumunun keçirilməsi planlaşdırılırdı.

Toplantının təşkilatçısı Canaz TV-nin yaradıcısı və İzmir Kültür Dərnəyinin başqanı Camal Mehmethanoğlu idi.

Toplantıya 700-dən çox nümayəndə dəvətli idi. Bu sırada dünyanın müxtəlif ölkələrində yaşayan, fərqli qurumlarda təmsil olunan Azərbaycan türkləri ilə yanaşı Azərbaycan və Türkiyədən rəsmi şəxslərin qatılacağı gözlənilirdi.

 

Toplantının Azərbaycan üzrə təşkilatçısı Aynur İmranovanın "Yeni Müsavat"a verdiyi açıqlamaya görə, Ankaranın "Sürməli" otelində keçirilməli olan Forumun başlanmasına bir gün qalmış, Türkiyə dövlətinin səlahiyyətli qurumları tərəfindən Forumu keçirilməsinin mümkünsüzlüyü ilə bağlı xəbərdarlıq ediblər: "Mümkünsüzlüyün nədən ibarət olduğu və ya Forumun keçirilməsinin hansı səbələrdən əngəllənməsinin detalları barədə ətraflı məlumatımız yoxdur. Məhz bu səbəbdən müvəqqəti olaraq Cənubi Azərbaycan I Beynəlxalq Forumunun keçirilməsi təxirə salınmışdır. Bazar ertəsi, yəni 14.05.2012-ci il tarixində bu detallar araşdırılacaq və mətbuata geniş məlumat veriləcək".

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar