SON XƏBƏRLƏR

“Traxtur” tərəfdarlarına hücum oldu, tutulanlar var

2021.10.20, 07:36
“Traxtur” tərəfdarlarına hücum oldu, tutulanlar var

Gunaz.tv

GünAz TV: Dünən “Traxtur” futbol takımı ilə Ənzəlinin “Mələvan”  takımı arasında keçirilən müsabiqədən sonra qarşıdurmalar olub.

 

(2 – 0) hesabı ilə “Traxtur”un xeyirinə yekunlaşan Müsabiqənin nəticəsi bilindikdən sonra, “Traxtur”un superliqa müsabiqələrində ikinci yeri tutduğu xəbəri yayılıb. Bu qələbədən sonra Təbriz əhalisi şənlik etmək üçün xiyabanlara toplaşıblar. Şənlik mərasimi Təbrizin mərkəzi xiyabanlarının bir neçəsində olub.

 

Məlumata görə, Təhlükəsizlik qüvvələri dinc şəkildə şənlik edən “Traxtur” tərəfdarlarına hücum edib və nəticədə bir neçə soydaşımız xəsarət alıbdır. Həmçinin Elgölü parkında şənlik edən soydaşlarımızın bir neçəsi təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb. Lakin, tutulan soydaşlarımızın kimliyi haqda hələlik heç bir məlumat yoxdur.

Son məlumata görə, İsfahanda da “Sepahan” takımı tərəfdarlarına qarşı  anoloji vəziyyət yaşanıb. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar