SON XƏBƏRLƏR

İran əl çəkmir: “Azərbaycan əleyhinə növbəti etiraz aksiyasi keçiriləcək”

2021.10.20, 07:36
İran əl çəkmir: “Azərbaycan əleyhinə növbəti etiraz aksiyasi keçiriləcək”

Gunaz.tv

GünAz TV: İran hakimiyyəti mayın 18-də Təbrizdə Azərbaycan Respublikası (Cümhuriyyət) əleyhinə böyük etiraz aksiyası keçirməyi planlaşdırır.

Belə bir aksiya keçirmək planının olduğu İranın dini lideri Əli Xamneyinin Təbrizdəki nümayəndəsi, Təbriz cümə namazının rəhbəri Möhsün Müctəhid Şəbüstərinin çıxışı zamanı aydınlaşıb.

GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə, Mayın 11-də Təbrizin cümə namazında çıxış edən Müctəhid Şəbüstəri deyib: “Dünya zülmkarları gündən-günə zəiflədiyi bir halda çox təəccüblüdür ki, bəzi müsəlman ölkələri, o cümlədən Azərbaycan Respublikası və Əfqanıstan özlərini dünya zülmkarlarının tələsinə salır, islama zidd fəaliyyət göstərir, onlarla təslimçi müqavilələr bağlayaraq islam dünyasının nifrətini qazanırlar.

 Təbriz əhalisi gələn həftə cümə namazını qıldıqdan sonra misli görünməmiş yürüşlər keçirərək Azərbaycan Respublikasının bu kimi islama zidd əməllərini kəskin pisləyəcək”.

Qüyd edək ki, Azərbaycan respublikasının müstəqilliyini heç cür həzm edə bilməyən İran, indi də onun inkişafından vahiməyə düşüb. O üzdən yaxın günlərdə Bakıda keçiriləcək “Eurovision” müsabiqəsi ilə bağlı  dünyanın gözü Azərbaycanda olduğu bir dönəmdə, İranın təxribatçı mövqeyi heç də təəccüb doğurmur.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar