SON XƏBƏRLƏR

İranlı repçinin başına 100 min dollar mükafat təyin edildi

2021.10.20, 07:36
İranlı repçinin başına 100 min dollar mükafat təyin edildi

Gunaz.tv

GünAz TV: İnternet səhifəsi son mahnısına görə mürtəd elan olunmuş müsiqiçinin başına 100 min dollar məbləğində mükafat qoyub.

İranın Fars informasiya agentliyi fitvanın ayətullah Səfi-Qolpaygani tərəfindən verildiyini bidirir.

Almaniyada yaşayan Şahin Nəcəfiyə Youtube saytında yerləşdirilmiş mahnısına görə irad tutulur.

Satirik (tənz) mahnıda İranın sosial problemlərinin lağa qoyulduğu deyilir.

Müsiqıçinin albomunun üz səhifəsindəki məqbərə kümbəzi qadın döşü şəklində təsvir olunub.

İranın Gənc Jurnalistlər Klubunun saytında deyilir ki, 2009-cu ildə keçən seçkilərdən sonra müğənni müxalifəti dəstəkləyib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar