SON XƏBƏRLƏR

Azərbaycan gəncləri İranın cavabını verdi – FOTOLAR

2021.10.20, 07:36
Azərbaycan gəncləri İranın cavabını verdi – FOTOLAR

Gunaz.tv

İranın Azərbaycandakı səfirliyinin qarşısında mayın 11-də saat 17:00-da bir neçə ictimai təşkilat tərəfindən etiraz aksiyası keçirilib.xəbərlərə görə, 200-ə yaxın gəncin iştirak etdiyi aksiya son zamanlar İranda Azərbaycan əleyhinə aparılan aktiv təbliğata aksiyaya cavab xarakteri daşıyıb.

Nümayişçilər həmçinin İrandan işğalçı Ermənistana verdiyi dəstəyi dayandırmağı tələb ediblər.

Səfirlik qarşısına toplaşan şəxslər İran dövlətinin apardığı siyasət əleyhinə şüarlar səsləndiriblər.

Aksiyada “İrəli” İctimai Birliyinin, “Avropa” Azərbaycan Hərəkatının, bir sıra digər gənclər təşkilatlarının, QHT-lərin nümayəndələri qatılıblar.

“İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev ANN.Az portalına açıqlamasında  bildirib: “Aksiya son dövrlər İran hakimiyyətinin məqsədyönlü şəkildə Azərbaycana qarşı irəli sürdüyü əsassız ittihamlara etiraz idi. Bu gün Azərbaycan gəncliyi bu ittihamalara qarşı öz mövqeyini ortaya qoydu. Sevindirici haldır var ki, bu aksiyanı müxtəlif fikirli gənclər təşkilatları bir yerdə təşkil etdilər. Bunun da səbəbi Azərbaycanın müstəqilliyi, suverenliyinə olan təhdidlər qarşısında hamının birləşməsidir. Burada müxtəlif səpgili çıxışlar oldu. Amma onların əsasında bu dayandı ki, İran, Azərbaycanın artıq müstəqil, azad bir ölkə olduğunu həzm etməlidir. Azərbaycanın daxili işlərinə qarışmağı dayandırmalıdır. Qonşuluq münasibətlərimizi sülh, ədalət əsasında qurmalıyıq”.

R.Mərdiyev İran səfirliyinin nümayəndələrinin aksiyaçıların önünə çıxmamasına təəssüflənib: “Amma mən əminəm ki, burda səsləndirilən fikirlər, çağrışlarla bağlı səfir məlumatlandırılacaq. Biz bu günki aksiyada səsləndirdiyimiz fikirlərə cavab verilməsini istəyirik”.

“İrəli”nin sədri onu da vurğulayıb ki, İran Azərbaycana yönəlik siyasətində dəyişiklik etməsə, adekvat addımlar davam edəcək.

“Bu aksiya konkret hansısa bir gənclər təşkilat tərəfindən düşünülməyib. Yəni burada müxtəlif gənclər təşkilatları var. Əgər lazım gələcəksə, Azərbaycan gəncliyi yenidən öz sözünü deyəcək. Oxşar neqativ hallar davam edəcəksə, Azərbaycan gəncləri də adekvat tədbirlər həyata keçirəcək. Hətta bundan da radikal tədbirlərə əl ata bilərik” – deyə o bildirib.

Elkin Xəlilov ANN.Az Fotolar Arzu Azeri Ademindir

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar