Azərbaycanlı vəkilə qarşı yeni ittiham irəli sürülüb
İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb
KİV: Uitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər
Tramp: İran raket arsenalının təxminən 22 faizini qoruyub saxlayıb
“Fitch”: Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı ildə 93 mlrd. dollara çatacaq
İran, Rusiya və Çin nümayəndələri Qrossi ilə görüşüb
Tramp: ABŞ yaxın vaxtlarda İranla müharibəni saziş və ya sərt üsullarla başa çatdıracaq
ABŞ İranın hərbi hədəflərinə zərbələr endirib
Təbrizdə qadın məhbus edam edilib
ABŞ İranın Bəhreyn və Küveytə atdığı raketləri zərərsizləşdirib
Livan prezidenti İranın müdaxiləsinə sərt reaksiya verdi
ABŞ İranın maye qaz satış şəbəkəsinə qarşı yeni sanksiyalar tətbiq etdi
ABŞ İran milli futbol komandasının oyunçularına viza verdi
Ukrayna pilotsuzu Rumıniyada partladı; NATO narahatdır
Azərbaycan metan emissiyalarının azaldılması üçün geniş proqram həyata keçirir
Millət vəkilləri nazirin impiçmentini tələb edirlər
İran məhkəməsi daha bir etirazçı barədə ölüm hökmü çıxardı
Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Baraka hücumundan sonra nüvə riskləri barədə xəbərdarlıq edib
XİN "İsrail ordusunun Azərbaycanda yerləşdirilməsinə" münasibət bildirdi
Məhəbbət şairi Müşfiqin doğum günüdür
Keçmiş baş nazir xəstəxanaya köçürülüb
Rumıniyanın Konstansa limanında PUA partlayıb
XİN: Azov dənizində 25 Azərbaycan vətəndaşının olduğu iki xarici yük gəmisinə dron hücumu edilib, 5 vətəndaşımız həlak olub
Urmiya vilayətində yerləşən Quluncu kəndinin bələdiyyəsi kəndin tarixi türkcə yer adlarını bərpa edib
Maku sakini Naci Şərifi Zindəşti ilə Maku Azad Ticarət Zonasının baş direktoru arasında baş tutan görüşü ifşa etdiyinə görə saxlanılıb
Türkiyə ordusu “İHA-230” hipersəs ballistik raketlərinin ilk partiyasını təhvil alıb
Araz Əmani Nadarli Təbriz Mərkəzi Həbsxanasına köçürülüb
ABŞ blokadasından sonra İraqın Ümm Qəsr limanı İran üçün yeni tranzit mərkəzinə çevrilib
İran parlamenti sədrinin müavini Bab əl-Məndəb boğazını bağlamaqla hədələyib
İranda xidmət idxalı rekord həddə çatıb, mal idxalı isə kəskin azalıb
İsrail müsadirə etdiyi silahları İran kürdlərinə ötürüb - Media
ABŞ blokadasından sonra İranın neft ixracı kəskin azalıb
Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
ABŞ Hörmüz boğazında mina təmizləmə əməliyyatının əksər hissəsini başa çatdırıb
İran qonşularına hücumdan təbliğat kimi istifadə edir- Bin-Taleblu
İranda ekiz qardaşlar edam ediləcək
İranda siqaret çəkən qızların sayı kəskin artıb
İranla qarşıdurmada qələbə qaçılmazdır - Tramp
Zelenski Putinə məktub göndərdi
Geosiyasi fürsət: Hörmüz boğazının bağlanması və Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın əhəmiyyəti artır
Apple Rusiyanın “Max” tətbiqini App Store-dan çıxardı
Atəşkəs razılaşmasından sonra İsrailin Livanın cənubuna hücumları davam etdi
İranın 440 kiloqram zənginləşdirilmiş uranı haradadır? Agentlik Tehrandan təcili cavab istəyib
Burada “orta” coğrafi deyil, mənəvi anlayışdır Mollanın məhşur lətifəsindəki kimi deyəsən son Qafqaz davası bizim yorğanın, yəni Qarabağın başında tamam olacaq. Sovet İttifaqının dağılması ilə avrasiya məkanında yeni global situasiya yarandı və NATO Ukrayna, Moldova, Cənubi Qafqaz və Türküstanı (Orta Asiya) əhatə edən qonşuluq konsepsiyasını irəli sürdü. Adı çəkilən regionların yeni müstəqil dövlətlərinin NATO tərəfindən müxtəlif əməkdaşlıq proqramlarına cəlb olunmaları avroatlantik məkanın Çinin sərhədlərinə gədər uzanacağının göstəricisi idi. Lakin bəzi NATO ölkələrinin bu genişlənməyə ehtiyatlı yanaşması, postsovet dövlətlərinin kommunist məfkurəsindən uzaqlaşa bilməməsi bu prosesi ləngitdi. 11 sentyabr hadisəsindən sonra ABŞ birtərəfli olaraq, Özbəkistanda, Qırğızıstanda hərbi bazalar yaratsa da, bu, NATO-nun genişlənmə proqramından kənara çıxan lokal və müvəqqəti addımlar idi. Bu zaman ərzində Rusiyanın gündən-günə aktivləşən, aqressivləşən siyasətinin şahidi olduq. Yavaş-yavaş özünə gələn Rusiya postsovet respublikalarında itirilmiş mövqelərini addım-addım bərpa etməyə başladı. Rusiyanın bugünkü aqressiv, işğalçı siyasətinin işartıları Putinin ilk hərəkətlərindən görünürdü. Amma o, Çeçenistana qoşun yeritməyə bəhanə olsun deyə, Rusiyanın müxtəlif şəhərlərində partlayışlar törədib, minlərlə günahsız vətəndaşının ölümünə səbəb olanda və bu vəhşiliyi Çeçenistan rəhbərliyinin adına yazanda hamı susdu, o, Çeçenistanı, paytaxt Qroznını yerlə bir edəndə hamı susdu, Çeçenistanın seçilmiş 3 prezidentini qətlə yetirəndə hamı susdu, adını “sülhməramlı” qoyub, Abxaziyaya, Cənubi Osetiyaya ordu yeridəndə hamı susdu… Bugünkü kobud işğal bu sadaladıqlarımızın məntiqi davamıdır. Yeni heç nə baş verməyib. İndi niyə təcüblənirik? Zənnimcə Dostoyevski deyib ki, Allah Rusiyanı ibrət üçün yaradıb. Yəni bütün dünya “pisin” necə olduğunu görsün və çalışsın belə olmasın. I Pyotrdan bu yana bu “pis”, dünyaya meydan oxuya-oxuya yoluna davam edir və qarşısına nə çıxırsa məhv edir. Az-çox kitab, qəzet oxuyan hər kəs bunları bilir. Əsrlərdir çarlar dəyişir, rejimlər dəyişir, dövlətin adı dəyişir, amma rus imperializminin xarakteri və mahiyyəti dəyişməz olaraq qalır. Heç bir vicdanlı politoloq Çar Rusiyası, SSRİ və RF-nın velikorus işğalçı siyasətində mahiyyət fərqinin olduğunu söyləyə bilməz. 08 avqust 2008-ci il Rusiyanın əsrlərdən gələn işğalçı siyasətinə “dur!” deyilən gündür. Bu “dur!”u qonşu gürcü xalqı dedi. Uzun illərdən bəri Qafqaz uğrunda gedən gizli savaş bu tarixdən açıq müstəviyə keçdi. Yeni Qafqaz savaşı başlamış oldu. Biz, Azərbaycan Respublikası olaraq, bu savaşa hazırıqmı? Savaşda iştirak edən tərəflər bir yana dursun, biz özümüz bu savaşdakı yerimizi və mövqeyimizi bilirikmi? Dəhşətli, böyük güclərin savaşında tərəf, iştirakçı olmaq deyil, ən dəhşətlisi bu savaşda tərəfdə yox, ortada qalmaqdır. Bu gün Azərbaycan ortadadır. Ortada qalanın aqibətini də bilirsiniz, adətən bütün zərbələr ona dəyir. Bizim “müdrik” iqtidar tərəf saxlamağa, tərəf olmağa cürət etmədiyinə görə bu şərəfsizliyi “balanslaşdırılmış” siyasət adı altında tərəfsizlik kimi qələmə verməyə çalışdığı bir zamanda, o “balans”lardan biri olan Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyır və prezidentinin diliylə Azərbaycanı nəzərdə tutaraq, “qoy başqaları özləri üçün nəticə çıxarsınlar” deyir. Rusiyanın açıq təhdidini bir az da açsaq bu, belə səslənər - “Azərbaycan sabah Qarabağı azad etmək fikrinə düşsə, onun da bütün şəhərlərini bombalayıb DQR-nın müstəqilliyini tanıyacağıq”. Beləliklə, Rusiya artıq diplomatiyadan ultimatuma keçib, qonşuları ilə ultimativ tonda danışır. Gürcüstan bu zorakılığa ABŞ başda olmaqla NATO ölkələrini, AB-ni yanına alaraq qarşılıq verməyə çalışır. Bəs biz Rus imperiyasının önünə nə ilə çıxacağıq - dövlət adlanan feodal tayfa rejimi, korrupsiyanın yeyib-tükətdiyi silahlı qüvvələr, yoxsa avtoşlar və manıslar ordusu ilə? Müsavat Partiyası da yaydığı bəyənatda tənbəllik etməyərək bu rejimdən “…daha dəqiq siyasət yeritməyi, xarici siyasətdə Avro-Atlantik məkana, ilk növbədə NATO-ya inteqrasiya istiqamətində birmənalı və aydın addımlar atmağı tələb edir”… İnanaq ki, bu bəyənatdan sonra iqtidarımız öz siyasətini kökündən dəyişəcək, Ramiz Mehdiyev isə Abbasqulu Ağa Bakıxanov kimi rusun orden-medallarından imtina edəcək? Etməyəcək axı! “Qırmızı” bütü “yaşıl” bütə dəyişmiş Azərbaycan iqtidarı səltənətini qoruyub-saxlamaq naminə öz dövlətini də, xalqını da Rusiyaya qurban verməyə hazırdır. Təki onların tayfa maraqlarına toxunulmasın. Hadisələrin bu yöndə inkişaf etməməsi isə artıq xalqın öz taleyinə sahib çıxmasından asılıdır. Azərbaycanda və Ermənistanda rejimlərin dəyişməsi, NATO standartlarına uyğun gələn siyasi qüvvələrin iqtidara gəlməsi zərurətdir. Avroatlantik məkanın müəyyən siyasi-hüquqi-mənəvi minimum normaları var ki, bu iki dövlətin indiki iqtidarları heç cür bu normalara uyğun gəlmirlər. Orta əsr məfkurəli, təpədən-dırnağa qədər korrupsioner tayfa rejimi NATO-nun tərəf-müqabili ola bilməz. Olmayacaq. Mən Qərb ölkələrinin , qərb insanının mələk olduğunu demək istəmirəm. Bu ölkələrdə də, yaşadığım İsveçdə də korrupsiya halları da var, kral da. Amma bu ölkələrdə korrupsiya dövlət siyasətinə çevrilməmişdir, kral isə öz vətəndaşları ilə eyni hüquqlara malikdir. Onlar bizi öz təşkilatlarına, birliklərinə qəbul etməyə də həvəsli deyillər. Sadəcə, bizə, daha doğrusu bizim resurslara ehtiyacları var. Onların bu ehtiyacından nə dərəcədə səmərəli istifadə edə biləcəyimiz isə artıq bizdən asılıdır. Avroatlantik məkana yaxınlaşmaq Cənubi Qafqaz üçün avtomatik işıqlı gələcək demək deyil. Bu, sadəcə, nisbi azadlıq, nisbi sabitlik, nisbi demokratiya, nisbi firavanlıq deməkdir. Tam azadlığı, tam sabitliyi, tam demokratiyanı və tam firavanlığı isə heç kimə ümid olmadan illər uzunu addım-addım qurub-yaratmaq lazımdır. Avroatlantik məkan bu yolu üzümüzə açmış olacaq. Bu yolu getmək isə bizim vəzifəmizdir. Şanxay Əməkdaşlıq Təşkilatının Düşənbədə keçirilən son toplantısı Türküstan respublikalarının hələ bir müddət rusun ətəyindən yapışacaqlarını bir daha nümayiş etdirdi. Amma NATO Ukrayna və Cənubi Qafqaza ən yaxın zamanda gələcək. Və bu gəlişin forması heç də alışdığımız NATO prinsipləri əsasında olmayacaq. Rusiyanın son hərəkətləri, ərazisində milli münaqişələr olan, başqa dövlətlərin hərbi bazaları yerləşən dövlətləri öz sıralarına qəbul etməmək kimi NATO prinsiplərinin artıq köhnəldiyini, məhz bu prinsiplərin Rusiyaya bu dövlətlərdə münaqişə ocaqları yaratmaq, bu dövlətlərdəki hərbi bazalarını mümkün qədər qoruyub saxlamaq üçün stimul verdiyini göstərdi. Belə çıxır ki, NATO Rusiyanın öz qonşularının başına gətirdiyi oyunlara görə məsuliyyət daşıyır. İnanmaq istəyirəm ki, bunu artıq NATO rəhbərliyi də anlayır. NATO öz siyasətinə yenidən baxmasa Moldova, Ukrayna və Cənubi Qafqaz dövlətləri Rusiyanın yaratdığı süni problemlərdən heç vaxt qurtula bilməyəcəklər. Mübariz S. Əzimli Stokholm, İsveç 30.08.2008 [email protected]/* */ www.musavatisvec.com اورتادا قالان آذربایجانجان بورادا “اورتا” جوغرافی دئییل، منوی آنلاییشدیر موللانین مهشور لتیفهسیندکی کیمی دئیهسن سون قافقاز داواسی بیزیم یورغانین، یعنی قاراباغین باشیندا تامام اولاجاق. سووئت اتفاقینین داغیلماسی ایله آوراسیا مکانیندا یئنی گلوبال سیتواسیا یاراندی و ناتو اوکراینا، مولدووا، جنوبی قافقاز و تورکوستانی (اورتا آسیا) اهاته ائدن قونشولوق کونسئپسیاسینی ایرهلی سوردو. آدی چکیلن رئگیونلارین یئنی موستقیل دؤولتلرینین ناتو طرفیندن موختلیف امکداشلیق پروقراملارینا جلب اولونمالاری آورواتلانتیک مکانین چینین سرحدلرینه گدر اوزاناجاغینین گؤستریجیسی ایدی. لاکین بعضی ناتو اؤلکهلرینین بو گئنیشلنمهیه احتیاطلی یاناشماسی، پوستسووئت دؤولتلرینین کوممونیست مفکورهسیندن اوزاقلاشا بیلممهسی بو پروسئسی لنگیتدی. 11 سئنتیابر حادثهسیندن سونرا آبش بیرترفلی اولاراق، اؤزبکیستاندا، قیرغیزیستاندا حربی بازالار یاراتسا دا، بو، ناتو-نون گئنیشلنمه پروقرامیندان کنارا چیخان لوکال و مووققتی آددیملار ایدی. بو زامان عرضینده روسیانین گوندن-گونه آکتیولشن، آقرئسسیولشن سیاستینین شاهیدی اولدوق. یاواش-یاواش اؤزونه گلن روسیا پوستسووئت رئسپوبلیکالاریندا ایتیریلمیش مؤوقئلرینی آددیم-آددیم برپا ائتمهیه باشلادی. روسیانین بوگونکو آقرئسسیو، ایشغالچی سیاستینین ایشارتیلاری پوتینین ایلک حرکتلریندن گؤرونوردو. اما او، چئچئنیستانا قوشون یئریتمهیه بهانه اولسون دئیه، روسیانین موختلیف شهرلرینده پارتلاییشلار تؤردیب، مینلرله گوناهسیز وطنداشینین اؤلومونه سبب اولاندا و بو وحشیلیگی چئچئنیستان رهبرلیگینین آدینا یازاندا هامی سوسدو، او، چئچئنیستانی، پایتاخت قروزنینی یئرله بیر ائدنده هامی سوسدو، چئچئنیستانین سئچیلمیش 3 پرئزیدئنتینی قتله یئتیرنده هامی سوسدو، آدینی “سولهمراملی” قویوب، آبخازیایا، جنوبی اوسئتیایا اوردو یئریدنده هامی سوسدو… بوگونکو کوبود ایشغال بو سادالادیقلاریمیزین منتیقی داوامیدیر. یئنی هئچ نه باش وئرمهییب. ایندی نیه تجوبلنیریک؟ زننیمجه دوستویئوسکی دئییب کی، الله روسیانی ایبرت اوچون یارادیب. یعنی بوتون دونیا “پیسین” نئجه اولدوغونو گؤرسون و چالیشسین بئله اولماسین. I پیوتردان بو یانا بو “پیس”، دونیایا میدان اوخویا-اوخویا یولونا داوام ائدیر و قارشیسینا نه چیخیرسا مهو ائدیر. آز-چوخ کیتاب، قزئت اوخویان هر کس بونلاری بیلیر. عصرلردیر چارلار دییشیر، رئژیملر دییشیر، دؤولتین آدی دییشیر، اما روس ایمپئریالیزمینین کاراکتئری و ماهیتی دییشمز اولاراق قالیر. هئچ بیر ویجدانلی پولیتولوق چار روسیاسی، سسری و رف-نین وئلیکوروس ایشغالچی سیاستینده ماهیت فرقینین اولدوغونو سؤیلهیه بیلمز. 08 آوقوست 2008-جی ایل روسیانین عصرلردن گلن ایشغالچی سیاستینه “دور!” دئییلن گوندور. بو “دور!”او قونشو گورجو خالقی دئدی. اوزون ایللردن بری قافقاز اوغروندا گئدن گیزلی ساواش بو تاریخدن آچیق موستوییه کئچدی. یئنی قافقاز ساواشی باشلامیش اولدو. بیز، آذربایجان رئسپوبلیکاسی اولاراق، بو ساواشا هازیریقمی؟ ساواشدا ایشتیراک ائدن طرفلر بیر یانا دورسون، بیز اؤزوموز بو ساواشداکی یئریمیزی و مؤوقئییمیزی بیلیریکمی؟ دهشتلی، بؤیوک گوجلرین ساواشیندا طرف، ایشتیراکچی اولماق دئییل، ان دهشتلیسی بو ساواشدا طرفده یوخ، اورتادا قالماقدیر. بو گون آذربایجان اورتادادیر. اورتادا قالانین آقیبتینی ده بیلیرسینیز، عادتن بوتون زربهلر اونا دییر. بیزیم “مودریک” اقتدار طرف ساخلاماغا، طرف اولماغا جورت ائتمدیگینه گؤره بو شرفسیزلیگی “بالانسلاشدیریلمیش” سیاست آدی آلتیندا طرفسیزلیک کیمی قلمه وئرمهیه چالیشدیغی بیر زاماندا، او “بالانس”لاردان بیری اولان روسیا آبخازیا و جنوبی اوسئتیانین موستقیللیگینی تانیییر و پرئزیدئنتینین دیلیله آذربایجانی نظرده توتاراق، “قوی باشقالاری اؤزلری اوچون نتیجه چیخارسینلار” دئییر. روسیانین آچیق تهدیدینی بیر آز دا آچساق بو، بئله سسلنر - “آذربایجان ساباه قاراباغی آزاد ائتمک فیکرینه دوشسه، اونون دا بوتون شهرلرینی بومبالاییب دقر-نین موستقیللیگینی تانییاجاغیق”. بئلهلیکله، روسیا آرتیق دیپلوماتیادان اولتیماتوما کئچیب، قونشولاری ایله اولتیماتیو توندا دانیشیر. گورجوستان بو زوراکیلیغا آبش باشدا اولماقلا ناتو اؤلکهلرینی، آب-نی یعنینا آلاراق قارشیلیق وئرمهیه چالیشیر. بس بیز روس ایمپئریاسینین اؤنونه نه ایله چیخاجاغیق - دؤولت آدلانان فئودال طایفه رئژیمی، کورروپسیانین یئییب-توکتدیگی سلاحلی قوهلر، یوخسا آوتوشلار و مانیسلار اوردوسو ایله؟ موساوات پارتیاسی دا یایدیغی بیناتدا تنبللیک ائتمهیهرک بو رئژیمدن “…داها دقیق سیاست یئریتمیی، خاریجی سیاستده آورو-آتلانتیک مکانا، ایلک نؤوبهده ناتو-یا اینتئقراسیا ایستیقامتینده بیرمنالی و آیدین آددیملار آتماغی طلب ائدیر”… ایناناق کی، بو بیناتدان سونرا اقتداریمیز اؤز سیاستینی کؤکوندن دییشهجک، رامیز مئهدیئو ایسه آبباسقولو آغا باکیخانوو کیمی روسون اوردئن-مئداللاریندان ایمتینا ائدهجک؟ ائتمهیهجک آخی! “قیرمیزی” بوتو “یاشیل” بوته دییشمیش آذربایجان اقتداری سلطنتینی قورویوب-ساخلاماق نامینه اؤز دؤولتینی ده، خالقینی دا روسیایا قوربان وئرمهیه حاضردیر. تکی اونلارین طایفه ماراقلارینا توخونولماسین. حادثهلرین بو یؤنده اینکیشاف ائتممهسی ایسه آرتیق خالقین اؤز تالئیینه صاحب چیخماسیندان آسیلیدیر. آذربایجاندا و ائرمنیستاندا رئژیملرین دییشمهسی، ناتو ایستاندارتلارینا اویغون گلن سیاسی قوهلرین اقتدارا گلمهسی صرورتدیر. آورواتلانتیک مکانین مویین سیاسی-حقوقی-منوی مینیموم نورمالاری وار کی، بو ایکی دؤولتین ایندیکی اقتدارلاری هئچ جور بو نورمالارا اویغون گلمیرلر. اورتا عصر مفکورهلی، تپهدن-دیرناغا قدر کورروپسیونئر طایفه رئژیمی ناتو-نون طرف-موقابیلی اولا بیلمز. اولمایاجاق. من قرب اؤلکهلرینین ، قرب اینسانینین ملک اولدوغونو دئمک ایستمیرم. بو اؤلکهلرده ده، یاشادیغیم ایسوئچده ده کورروپسیا حاللاری دا وار، کرال دا. اما بو اؤلکهلرده کورروپسیا دؤولت سیاستینه چئوریلممیشدیر، کرال ایسه اؤز وطنداشلاری ایله عینی حقوقلارا مالیکدیر. اونلار بیزی اؤز تشکیلاتلارینا، بیرلیکلرینه قبول ائتمهیه ده هوسلی دئییللر. سادهجه، بیزه، داها دوغروسو بیزیم رئسورسلارا احتیاجلاری وار. اونلارین بو احتیاجیندان نه درجهده سمرهلی ایستیفاده ائده بیلجییمیز ایسه آرتیق بیزدن آسیلیدیر. آورواتلانتیک مکانا یاخینلاشماق جنوبی قافقاز اوچون آوتوماتیک ایشیقلی گلهجک دئمک دئییل. بو، سادهجه، نیسبی آزادلیق، نیسبی ثابتلیک، نیسبی دئموکراتیا، نیسبی فیراوانلیق دئمکدیر. تام آزادلیغی، تام ثابتلیگی، تام دئموکراتیانی و تام فیراوانلیغی ایسه هئچ کیمه اومید اولمادان ایللر اوزونو آددیم-آددیم قوروب-یاراتماق لازیمدیر. آورواتلانتیک مکان بو یولو اوزوموزه آچمیش اولاجاق. بو یولو گئتمک ایسه بیزیم وظیفهمیزدیر. شانخای امکداشلیق تشکیلاتینین دوشنبهده کئچیریلن سون توپلانتیسی تورکوستان رئسپوبلیکالارینین هله بیر مدت روسون اتییندن یاپیشاجاقلارینی بیر داها نوماییش ائتدیردی. اما ناتو اوکراینا و جنوبی قافقازا ان یاخین زاماندا گلهجک. و بو گلیشین فورماسی هئچ ده آلیشدیغیمیز ناتو پرینسیپلری اساسیندا اولمایاجاق. روسیانین سون حرکتلری، اراضیسینده میللی موناقیشهلر اولان، باشقا دؤولتلرین حربی بازالاری یئرلشن دؤولتلری اؤز سیرالارینا قبول ائتممک کیمی ناتو پرینسیپلرینین آرتیق کؤهنلدیگینی، محض بو پرینسیپلرین روسیایا بو دؤولتلرده موناقیشه اوجاقلاری یاراتماق، بو دؤولتلردکی حربی بازالارینی مومکون قدر قورویوب ساخلاماق اوچون ایستیمول وئردیگینی گؤستردی. بئله چیخیر کی، ناتو روسیانین اؤز قونشولارینین باشینا گتیردیگی اویونلارا گؤره مسولیت داشیییر. اینانماق ایستییرم کی، بونو آرتیق ناتو رهبرلیگی ده آنلاییر. ناتو اؤز سیاستینه یئنیدن باخماسا مولدووا، اوکراینا و جنوبی قافقاز دؤولتلری روسیانین یاراتدیغی سونی پروبلئملردن هئچ واخت قورتولا بیلمهیهجکلر. موباریز س. ازیملی ایستوکهولم، ایسوئچ 30.08.2008 azadtribun
İran, Rusiya və Çin nümayəndələri Qrossi ilə görüşüb
Təbrizdə qadın məhbus edam edilib
ABŞ İranın Bəhreyn və Küveytə atdığı raketləri zərərsizləşdirib
ABŞ İranın maye qaz satış şəbəkəsinə qarşı yeni sanksiyalar tətbiq etdi
Ukrayna pilotsuzu Rumıniyada partladı; NATO narahatdır
Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Baraka hücumundan sonra nüvə riskləri barədə xəbərdarlıq edib
Məhəbbət şairi Müşfiqin doğum günüdür
Urmiya vilayətində yerləşən Quluncu kəndinin bələdiyyəsi kəndin tarixi türkcə yer adlarını bərpa edib
Türkiyə ordusu “İHA-230” hipersəs ballistik raketlərinin ilk partiyasını təhvil alıb
ABŞ blokadasından sonra İraqın Ümm Qəsr limanı İran üçün yeni tranzit mərkəzinə çevrilib
İranda xidmət idxalı rekord həddə çatıb, mal idxalı isə kəskin azalıb
İsrail müsadirə etdiyi silahları İran kürdlərinə ötürüb - Media
İran qonşularına hücumdan təbliğat kimi istifadə edir- Bin-Taleblu
İranda siqaret çəkən qızların sayı kəskin artıb
İranla qarşıdurmada qələbə qaçılmazdır - Tramp
Geosiyasi fürsət: Hörmüz boğazının bağlanması və Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın əhəmiyyəti artır
Xaməneinin dəfn mərasimi ilə bağlı xəbər təkzib edildi
Qərbi Azərbaycan əyalətində silah-sursat aşkarlanıb
Qəzvindən olan azərbaycanlı fəal Suri Babayi Çəqini 3 il həbs cəzasına məhkum edilib
Əhvazda 3 siyasi məhbus edam ediləcək
Güneyli tədqiqatçı dünyasını dəyişib
NYT: İranın mühafizəkar qanadı ABŞ ilə mümkün razılaşmanı pozmağa çalışırlar
İranda neft oğurluğu- 7 nəfər saxlanılıb
İsrail yenidən İranla müharibəyə hazırlaşır- "Haaretz"
Müharibə naziri: İranla razılaşma əldə olunmasa, ABŞ hərbi əməliyyatları yenidən başlatmağa hazırdır
Bloomberg: İranın Küveytə zərbəsi nəticəsində bir neçə amerikalı yüngül xəsarət alıb
İran məhkəməsi daha bir etrazçını ölümə məhkum etdi
Milli fəalların məhkəməsi oldu- Lisani, Kari və Xeyrcu qatılmadılar
Meksika da İran millisinə viza verməyib
İran rəsmilərinin villaları müsadirə olunacaq - Bessent
Məsud Pezeşkian hökumət iclasında çıxış etdi - Davam edəcəyəm
AP: ABŞ blokadanı yarmağa çalışan ticarət gəmisini sıradan çıxarıb
Tanınmış Qaşqay şair və tədqiqatçı İlyas Bəhrampur Laçın vəfat edib
Dəniz minaları Oman sularında da müşahidə olunub
Axios: İran ABŞ-la danışıqlarda üstünlük qazanmaq üçün Hizbullaha müharibəni genişləndirməsi üçün təzyiq göstərir
Əhər-Təbriz yolunda ağır qəza: 3 nəfər həyatını itirdi
Səudiyyə KİV: İranın Hörmüz rüsum sistemi Səudiyyə-Çin neft ticarətini hədəfə alır
İsrail qüvvələri Livanın cənubuna irəliləyib