SON XƏBƏRLƏR

QARS-GÜMRÜ DƏMİR YOLU AÇILMAQ ÜZRƏDİR?

2021.10.20, 07:36
QARS-GÜMRÜ DƏMİR YOLU AÇILMAQ ÜZRƏDİR?

Gunaz.tv
35560_1 QARS-GÜMRÜ DƏMİR YOLU AÇILMAQ ÜZRƏDİR? Yolu konsessiyaya götürən rus şirkəti bərpa işlərinə başlayıb İ.BALIOĞLU Bütün əlamətlərindən göründüyü kimi, Bakı - İrəvan - Ankara üçbucağındakı münasibətlər yeni bir mərhələ qarşısındadır. Türkiyə prezidenti Abdulla Gülün İrəvana gəlişi qətiləşmiş kimidir. Prezident İrəvana gələcəksə, Ermənistanla Türkiyə arasında rəsmi diplomatik münasibətlərin qurulacağı özlüyündə gözləniləndir. Bu olacaqsa, Qars - Gümrü dəmir yolu açılacaq. Ən yuxarı səviyyələrdə hansısa razılaşmaların əldə edildiyinin bir neçə əlamətinə göz yetirək. Ermənistan prezidenti Serj Sarqsyan deyir ki, Ankara və İrəvan qərar qəbul etmək mərhələsinə gəlib. Bundan başqa, Türkiyə və Ermənistan diplomatları qapalı danışıqlar aparırlar və bunun təfsilatı açıqlanmır. Orada söhbət nədən gedir? Son zamanlar Ankara və İrəvan bir-birlərinə mesajlar göndərməyə başlayıb. Ermənistan cəmiyyətinin böyük əksəriyyəti mənən Türkiyə ilə münasibətlərə hazırdır. Ermənilər artıq Antalyada dincəlməyə gedirlər, İrəvan - İstanbul reysinə əlavə olaraq İrəvan - Antalya aviareysi də fəaliyyətə başlayıb. Ermənilər Türkiyə şəhərlərinə köçüb işləyə, özlərinə güzəran qura bilirlər və onlar bütün baş verənlərə rəğmən düşmən münasibətlə üzləşmirlər. Ermənistanda bu münasibətlərə qarşı çıxan yeganə qüvvə hazırda Daşnaksütyun və onun elektoratıdır. Amma Avropa diasporlarındakına rəğmən onların təsiri Ermənistanda o qədər güclü deyil. Bəlli olduğu kimi, daşnaklar Abdulla Gülün İrəvana gəlişinə qarşı çıxmışdılar. Ermənistanın ağası olan və vəziyyətə tam nəzarət edən Serj Sarqsyan ciddi xəbərdarlıq edib ki, Abdulla Gülün gəlişinə qarşı çıxanlar ona qarşı çıxmış olacaqlar. Bir sözlə, daxili etirazçılara yerləri göstərilir. Başqa bir əlamət: Ermənistan rəsmilərinin açıqlamalarından belə nəticə çıxarmaq olur ki, onlar İran və Türkiyə istiqamətində dəmir yol xəttinin funksionallığına, nəyin bahasına olursa-olsun, nail olmağı qarşılarına məqsəd qoyublar və nələrsə artıq razılaşdırılıb. Sadəcə, bu barədə, vaxtın tam yetişmədiyi üçün hələ çox şey açıq deyilmir. Bunun bir sübutu: Ermənistan dəmir yollarını 30 il müddətinə konsessiyaya götürən OAO "RJD" rus şirkəti Qars - Gümrü xəttində təcili bərpa işlərinə başlayıb. Rusiyadan göndərilmiş inşaat briqadası artıq "Axuryan-2" dəmiryol stansiyasına gəlib orada yerləşiblər. Üçbucaqda baş verənlərin daxili dinamikası bütün bunların Rusiyanın indiki maraqları ilə üst-üstə düşdüyünü göstərir. Rus kapitalının, rus mallarının Azərbaycana və Ermənistana, buradan onların dəmir yolları ilə İran, İraq və Türkiyəyə, oradan Suriyaya (Rusiyanın bütün iri şirkətləri orada təmsil olunub) nüfuz etməsində Gürcüstan maneə rolunu oynayırdı. Belə ki, Tbilisi Abxaziyadan keçən dəmir yolunun açılışını rusların bu bölgədən çıxması ilə şərtləndirirdi. Qara dənizin şərq akvatoriyasında möhkəmlənmək niyyətindən vaz keçməyən Rusiya üçün bu şərt məqbul deyildi. Qars - Gümrü yolunun açılışı Qars - Axalkalaki dəmiryol bağlantısı layihəsini dəfn etməklə rusların nəzərində Gürcüstana ağır bir iqtisadi-siyasi zərbə olacaq. O da maraqlıdır ki, Gürcüstan ətrafında cərəyan edən son hadisələrin fonunda Qars - Axalkalaki - Tbilisi - Bakı dəmiryol layihəsinin taleyi barədə bir "susqunluq" var. Təsəvvür edək: Qars - Gümrü yolu açılarsa, türk qatarları İrəvandan keçib Naxçıvana gələ biləcək, Ermənistan qatarları isə Naxçıvandan keçib İran ərazisinə çıxış əldə edir. Azərbaycanın cavab şərti Naxçıvanın dəmiryolu ilə Bakıya bağlantısının bərpası ola bilər. Bu isə dəmir yol xətti boyunca yerləşən Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının erməni hərbi bölmələri tərəfindən dincliklə tərk edilməsi şərti ilə mümkündür (heç olmasa, minimum!). Şərtlərimiz daha geniş də ola bilər. Başqa bir xüsusat da var və ona diqqət yetirməmək olmaz. Dünənə qədər Ermənistan Güney Qafqazda faktik olaraq arxa künc vəziyyətində idisə və bütün kommunikasiyalardan kənarda qalmışdısa, Rusiya indi öz münasibətini köklü surətdə dəyişməklə Gürcüstanı belə bir vəziyyətə sala bilər. Buna onun təsir vasitələri var və bir deyil, çoxdur. Bunlardan biri kimi Moskva Gürcüstanın Ermənistanı asılı vəziyyətdə saxlayan kommunikasiya siyasətini heçə endirmək istəyə bilər. Bəlli olduğu kimi, bu gün Ermənistana yüklər əsasən Gürcüstan vasitəsilə daxil olur və Gürcüstan tranzitdən fayda götürür, Ermənistanın biznes çevrələri isə bu vəziyyətdən bərk narazıdır. Digər tərəfdən, Ermənistanda Rusiyanın hərbi bazaları var və onların birbaşa təhlükəsiz şəkildə təminatının zəruriliyi, özəlliklə də son hadisələrdən sonra Rusiya üçün aktuallaşır. Bu məsələdə də Rusiya rəhbərliyi Ermənistan və Azərbaycan arasında dəmir yol əlaqələrinin bərpasında maraqlıdır. Serj Sarqsyan komandasının şəxsində rəsmi İrəvan gözəlcə anlayır ki, Dağlıq Qarabağı özünə birləşdirə bilməyəcək. Onun ətrafındakı rayonları uzun zaman üçün əlində saxlamaq da mümkün deyil, bu, Ermənistan üçün hər il çox böyük pullara başa gəlir və onun büdcəsinin bu ağırlığı daşıya bilməsi ildən-ilə çətinləşir. Diasporun səxavəti və Qərb ölkələrinin yardımları isə ildən-ilə azalır. İrəvanda bunun fərqindədirlər ki, Qarabağ məsələsi Abxaziya və Cənubi Osetiya "paket"indən kənarda qaldı - Rusiya XİN başçısı Sergey Lavrov da açıqca dedi ki, bu məsələ başqa şəkildə həllini tapacaq və Rusiya tərəfindən Azərbaycanın ərazi bütövlüyü dəstəklənir. Ermənistan Abxaziya və Cənubi Osetiyanı tanıya bilməyəcək. Çünki bu halda ABŞ və Fransanın qəzəbinə düçar ola bilər və bunu heç istəməzdi. Erməni politoloqlarının son proqnozlarından belə anlaşılır ki, onlar bölgədə tamamilə yeni siyasi münasibətlərin qərarlaşmaqda olduğunu duyurlar və bu yeni münasibətlərin Qarabağ məsələsinin onların xeyrinə həllinə "əlyeri" qoymur. Daha böyük iqtisadi və geosiyasi maraqların fonunda Qarabağ mübahisəsi indi çox kiçik görünür və o hansı bir formadasa həll edilməyə yetişmişdir. Son gəlişmələrdən hər halda belə bir nəticə çıxarmaq mümkündür... 35560_2 ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar