SON XƏBƏRLƏR

Azərbaycan Yazıçılar Birliyi İranda tutulan şairlərdən danışdı

2021.10.20, 07:36
Azərbaycan Yazıçılar Birliyi İranda tutulan şairlərdən danışdı

Gunaz.tv

GünAz TV: İranda həbs olunmuş iki azərbaycanlı gənclərin azad olunması ilə bağlı XİN (xarici işlər nazirliyi) səviyyəsində ciddi işlər görülür.

GünAz TV: "Düşünmürəm ki, bu gənclərin həbs olunması üçün hər hansı bir siyasi səbəb olsun"

 İranda həbs olunmuş iki azərbaycanlı gənclərin azad olunması ilə bağlı XİN səviyyəsində ciddi işlər görülür. Bu barədə Publika.Az-a Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri, şair Ədalət Əsgəroğlu məlumat verib.

Şəhriyar Del Gerani və Fərid Hüseynovun tutulmasında hər hansı şübhəli bir faktın olmadığını deyən Əsgəroğlunun sözlərinə görə, sözügedən gənclər İrandan bir şair tərəfindən poeziya (şeir) ilə bağlı tədbirə dəvət olunublar.

“Onların hər ikisi çox ağıllı və savadlıdır. Düşünmürəm ki, bu gənclərin həbs olunması üçün hər hansı bir siyasi səbəb olsun” - AYB sözçüsü dedi.

Ə.Əsgəroğlu onu da qeyd etdi ki, Şəhriyarla Fəridin həbsinin səbəbləri növbəti həftənin ilk günü daha dəqiq bilinəcək. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar