SON XƏBƏRLƏR

Misir tarixində ilk dəfə

2021.10.20, 07:36
Misir tarixində ilk dəfə

Gunaz.tv

GünAz TV: İki prezidentliyə namizəd canlı yayımda debata (münazirə, bəhs) çıxıb.

Misirdə prezident seçkiləri kampaniyasında ölkə tarixində bir ilk yaşanıb.

 İki güclü prezidentliyə namizəd - Abdümunim Əbu Əl Fütuh və Amr Musa iki ayrı televiziya kanalının canlı yayımladığı debatda qarşı-qarşıya gəlib.

 İki namizəd debatda onlara verilən 24 suala (hər bir suala 2 dəqiqə olmaqla) cavab verib, daha sonra isə bir-birilərinə suallar ünvanlayıblar.

 Əbu Əl Fütuh Amr Musaya "Köhnə sistem 30 ildən çoxdur xalqa zülm edirdi. Sən də o sistemdə nazirdin, niyə heç bir şey etmədin? Xalqın səni seçəcəyinə inanırsanmı" deyə sual verib. Amr Musa isə "Köhnə sistem çökdüyü zaman o sistemin insanları da çökdü. Mən 10 ildir o sistemdən kənardayam. Onlara qarşı çıxdığım üçün məni o sistemdən çıxardılar. Vətən üçün onlara qarşı çıxdım. Sən isə "Müsəlman Qardaşlar" üçün onlardan ayrıldın" deyə cavab verib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar