SON XƏBƏRLƏR

Ter-Petrosyan millət vəkili mandatından imtina etdi

2021.10.20, 07:36
Ter-Petrosyan millət vəkili mandatından imtina etdi

Gunaz.tv

GünAz TV: Ermənistanınn ilk prezidenti, Erməni Milli Konqresinin rəhbəri Levon Ter-Petrosyan millət vəkili mandatından imtina ediib.

 

O bu barədə qərarını İrəvanda parlament seçkilərindən sonra keçirilmiş mitinqdə bəyan edib. “Mən millət vəkili mandatından imtina edirəm. Hesab edirəm ki, bunu xüsusi izah etməyə ehtiyac yoxdur. Əgər Erməni Milli Konqresi parlamentdə çoxluq təşkil etsəydi, o zaman mənim parlamentdə təmsilçilyimin bir mənası olardı. Bundan başqa sivil dünyada keçmiş prezidentlərə parlamentdə təmsil olunmaq məqbul sayılmır”.

 

Ter-Petrosyanın sözlərinə görə, mandatdan imtina etməsi onun siyasətdən getməsi anlamına gəlmir.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar