SON XƏBƏRLƏR

Tiflisdə Ermənilər Şuşanın işğalının 20 illiyi münasibətilə konsert təşkil ediblər

2021.10.20, 07:36
Tiflisdə Ermənilər Şuşanın işğalının 20 illiyi münasibətilə konsert təşkil ediblər

Gunaz.tv

GünAz TV: “Qruzinform” agentliyinin rəhbərliyi tədbir təşkilatçılarının cəzalandırılmasını tələb edir.

Mayın 9-da erməni təşkilatları tərəfindən Şuşanın işğalının 20 illiyi münasibətilə konsert təşkil edilib. APA-nın məlumatına görə, konsert Nodar Dumbadze adına Gənc Tamaşaçılar Teatrında baş tutub.

Dünən “Tiflis Ermənilərinin Birliyi” təşkilatı “Qruzinform” saytına keçirilmiş konsertlə bağlı bəyanat göndərib. Buna etiraz olaraq “Qruzinform” saytı etiraz məktubu dərc edib. “Qruzinform”un baş redaktoru Arno Xidirneqişvili saytda “Gürcüstanda heç vaxt Şuşanın, Sxinvalinin və yaxud Suxuminin işğalı qeyd olunmayacaq” sözlərini yayımlayaraq konsertin təşkilatçılarına və təşəbbüsçülərinə, eyni zamanda dəstəkləyənlərə analitik-informasiya agentliyi adından etirazını bildirib. Onun sözlərinə görə, tədbirin təşkilatçıları təxribat xarakterli (mahiyyətli) bir konsert keçiriblər: “Təxribatçılar bilməlidirlər ki, Gürcüstanda yaşayan azərbaycanlılar da ermənilər kimi eynihüquqlu Gürcüstan vətəndaşlarıdır. Gürcüstanda heç vaxt Ermənistan-Azərbaycan münaqişəsi zəminində etnik azlıqların münaqişəsi olmayacaq”.

 “Qruzinform” saytı Gürcüstanın baş prokuroruna (dadistan-i koll) və Ombudsmanına (bazrəs-i koll) da müraciət edib. Müraciətlərdə qeyd olunub ki, faktla əlaqədar Gürcüstan Baş Prokurorluğu tezliklə araşdırma aparmalı və bu tədbirlə bağlı fəaliyyət göstərənlər ciddi cəzalandırılmalıdır. Etiraz məktubunda Mədəniyyət Nazirliyindən və Tiflis meriyasından tələb olunub ki, teatr rəhbərliyi vəzifəsindən azad edilsin: “Nə dərəcədə düzgündür ki, çoxmillətli ölkə olan Gürcüstanda 9 may - Faşizm üzərində qələbənin qeyd edildiyi bir gündə Dağlıq Qarabağın, Şuşanın alınmasının 20 illiyi də qeyd edilib? “Yaraya duz basmaq”, iki xalq arasındakı münaqişəni, faciəni xatırlatmaq kimin marağındadır? Fikrimizcə, bu elə insanların işidir ki, onlar qardaş abxaz və osetin xalqları vasitəsilə Ermənistan-Azərbaycan münaqişəsini qonşu ölkənin xeyrinə Gürcüstan torpağında qızışdırmaqla Gürcüstanın tamamilə məhvinə çalışırlar”.

 “Qruzinform” Vahid Milli Hərəkat Partiyasının rəhbərliyindən də aprelin 24-də parlamentdə millət vəkili Condi Baqaturiyanın “erməni soyqırımı”nın tanınması məsələsini qaldırmasına öz münasibətini bildirməsi tələbi ilə müraciət edib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar