SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Abbas Nəzəri məhkəməyə çağırılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Abbas Nəzəri məhkəməyə çağırılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni  fəal, Əhərli müəllim Abbas Nəzəri Təbrizin inqilab məhkəməsinə çağırılıb.

 

Nəzəri 2012-ci il iyunun 13-ü (1391-ci il xordadın 24-ü) məhkəmədə olmalıdır.

 

Qeyd edək ki, azərbaycanlı fəal 2007-ci ildə Milli Qiyamın birinci ildönümü ərəfəsində tutuqlanıb və 1 ay sorğu-suala tutulduqdan sonra mülki vəsiqə qarşılığında azadlığa buraxılmışdır. Lakin naməlum səbəbdən onun məhkəmə işinə bu  günə qədər baxılmamışdır.

 

Adını çəkdiyimiz azərbaycanlı fəalın məhkəməyə çağırılması 2007-ci ildəki yaxalanması ilə bağlıdır.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar