SON XƏBƏRLƏR

Çinin qüdrətinə həsəd aparırıq_Halbuki o qüdrətin içində kim bilir neçə uyğurun nakam həyatının naləsi var...

2021.10.20, 07:36
Çinin qüdrətinə həsəd aparırıq_Halbuki o qüdrətin içində kim bilir neçə uyğurun nakam həyatının naləsi var...

Gunaz.tv
Çinin qüdrətinə həsəd aparırıq Bu yazını Çindəki uyğurların oxuya biləcəyini düşünmürəm. Urumçu və Kaşğardakı uyğurlar elektron poçtla yolladıqları məktublarında Azərbaycandan gileylənir, dünya dövlətlərinin tam əksəriyyəti kimi, bizim də onları unutduğumuzu deyirlər. Unutmamışıq. Amma uyğurlar özləri barədə həqiqətləri danışmaqda, ən başlıcası isə bu gerçəklərin Çindən kənarda kimlər tərəfindən və necə danışıldığını bilmək imkanlarından məhrumdur. Çindəki İnternet istifadəçiləri nə qədər çalışsalar da, "uyğur" kəlməsi olan heç bir (!) sayta baxa bilməzlər. Rəsmi Pekinin yürütdüyü "xanlaşdırma" siyasətinin bir tərkib hissəsidir bu. Çinlilər özlərinə "xan", çinli olmayanlara isə "qeyri-xan" deyirlər. Əlifbasında "r" hərfi olmayan çinlilər uyğurların lüğətindən "hürriyyət" kəlməsini də bilmərrə silib atmağa çalışır. 10-cu əsrdə dünyanın ilk türk dövlətini quran, möhtəşəm mədəniyyət və tarixə malik olan, bəşəriyyətə "Divanü lüğət it Türk" kimi şedevri verən Mahmud Kaşğarini verən uyğurlar indi Çində əzilir, asılır, güllələnir, assimilyasiyaya mrəuz qalırlar. 20 milyondan artıq uyğur əraziləri əsrlər əvvəl Sin xanədanı tərəfindən işğal edilərək dövlətləri taru-mar ediləndən bəri Pekinin tapdağı altında inləyir. Çin Xalq Respublikasının ən böyük vilayəti olan Sinzyan-Uyğur muxtar rayonunda yaşayan uyğurlar öz doğma dillərində oxumaq, yazmaq və hətta danışmaq imkanlarından məhrumdur. Haşqq səsini qaldıranı da Pekin "terrorçu" sayır, Qərbə "islamçı terrorizmin nümayəndəsi" kimi təqdim edir. Qərb də qəbul edir. Uyğurlarla tibetlilər Çinin inləyən millətləridir. Amma tibetlilərin dərdindən dünya halidir. Çünki tibetlilərdən fərqli olaraq, uyğurların Dalay Lama kimi dünyaca məşhur, xarizmatik, populyar lideri yoxdur. Riçard Gir və ya Şeron Stoun kimi Hollivud ulduzları da uyğurların hüquqlarından danışmırlar. Kaşğar və ya Urumçi isə fələstinlilərin Qüdsü kimi dünyanın daimi diqqət mərkəzində olduğu, gözlərin zilləndiyi şəhər deyil. Dünyanı indi Çinlə bağlı xəbərlərdə nəsli kəsilməkdə olan pandalarla bağlı problemin həlli daha çox maraqlandırır, nəinki "xan" tapdağına qarşı çıxan minlər, on minlərlə uyğurun məhv edilməsi, yüz minlərlə uyğurun asta ölümə məhkum olunması. Kaşğarlı və ya turfanlı uyğurlar indi çinlilərin dilində oxuyur, yazır və danışırlar. Başqa cür olmaz. Əksini etdinmi, səfil ediləcək, işsiz qalacaq, bütün şirkətlərin qapılarını üzünə bağlı görəcək, mənəvi sındırılma presinin altına düşəcəksən. Uyğur analarının göz yaşları isə Turfan gölünün sularına bərabər olub artıq. Bunu Azərbaycan bilirmi? Anlayırıqmı ki, uyğurlar ən qədim türk xalqlarından biri olmaqla bahəm, bizim dil, din, ruh və qan qardaşlarımızdır? Çində "xan"ın uyğur qızı alması və ya uyğur oğlana ərə getməsi ayıb iş, tabu, əxlaqsızlıq sayılır. "İtlə evlən, amma uyğuru evə gətirmə" deyir çinlilər. Və uyğurları adam saymırlar: məişət səviyyəsindən tutmuş, dövlət ərkanına qədər. Bu hissin arxasında türklərin qan ağlatdığı, atlarının dırnaqlarını öpməyə məcbur etdikləri sayları qarışqa timsalı, amma özləri qorxaq çinlilərin qan yaddaşı durur. O yaddaş ki, türk süvarilərinin sel axınlarının qarşısını almaq üçün Böyük Çin Səddini tikən babalarının iliklərinə hopmuş türk xofunun candan çıxmayan təzahürüdür. Sinzyan-Uyğur vilayəti təbii ehtiyatlarla fantastik dərəcədə zəngin olsa da, buranın sərvəti vəhşicəsinə istismar olunaraq Çinin iç, şərq əyalətlərinə daşınır. Vilayətdə ən önəmli dövlət postlarından tutmuş, ən xırda rəsmi vəzifəyədək hər yerdə "xan"lar, yəni çinlilərdir. Uyğur isə süpürgəçi işləsə belə, məscidə getdimi - dərhal qovulasıdır. Dövlət idarələrində və xanların şirkətlərində - əslində uyğurlara şirkət qurmaq qeyri-rəsmi yasaqdır - uyğur dilində danışan da işsiz qalır. Sinyzandan kənarda, Pekin və ya Tyanjindəki universitetlərdə oxuyan uyğur gəncləri az qala barmaqla saymaq olar. Onların da oxumaları təhsil yox, gündəlik məşəqqət, təhqirlərə dözməkdir. Uyğurların tam əksəriyyəti öz dillərində oxuyub-yazmağı bilmirlər - nə ərəb, də də latın əlifbası ilə. Bunları Azərbaycan bilmir. Uğurlu iş adamı, siyasətçi və uyğur millətinin hüquqlarının müdafiəçisi Radi Qədirin 2006-cı ildə Nobel Sülh Mükafatına namizəd olduğunu, bu il yenidən onun namizədliyinin irəli sürüldüyündən də Bakı bixəbərdir. ... Qarşıdan Ramazan ayı gəlir. Və hər il olduğu kimi, bu dəfə də Sinyzyan-Uyğur mahalında rəsmi hakimiyyət dairələri işləyən azsaylı uyğurlara "hədiyyə" qismində "baiju" şüşələri verəcək. Çin dilində tərcüməsi "ağ ruh" olan bu "baiju" kəsif qoxusu olan düyü arağıdır. Hər ilin Ramazan bayramında olduğu kimi, bu dəfə də Urumçu və Kaşğar şəhərlərindəki məscidlərin qarşısında donuz şaqqaları asılacaq, səyyar Çin sirkindəki qısaətək, gözüqıyıq akrobatlar mayallaq aşacaqlar. Uyğurlar gözgörəsi tarix, mədəniyyət və dillərini itirirlər. Qarşımızda ulusumuzun qanı içilir. Bizsə Çinin qüdrətinə həsəd aparırıq. Halbuki o qüdrətin içində kim bilir neçə uyğurun nakam həyatının naləsi var... Həsən AĞACAN [email protected]/* */ express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar