SON XƏBƏRLƏR

İran və Ermənistanın xarici işlər nazirləri arasında görüş keçirilib

2021.10.20, 07:36
İran və Ermənistanın xarici işlər nazirləri arasında görüş keçirilib

Gunaz.tv

İran və Ermənistanın xarici işlər nazirləri arasında görüş keçirilibGünazTV: Misirin Şərm əş-Şeyx şəhərində keçirilən Neytrallar Hərəkatı xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün bu ölkədə səfərdə olan İranın xarici işlər naziri Əli Əkbər Salehi Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ilə görüşüb.Mehr xəbər agentliyinin yaydığı məlumatına görə, görüşdə iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi, regionda baş verən proseslər və digər məsələlər əsas müzakirə mövzusu olub. Ə. Salehi Əfqanıstanın xarici işlər nazir Zalmay Rəsul və Finlandiya xarici işlər nazirinin müşaviri ilə də görüşüb. Qeyd edək ki, bu toplantıda Neytrallar Hərəkatında sədrliyi üç illiyinə İran təhvil alacaq. Hazırda 120 üzvü olan Neytrallar Hərəkatı dünyanın ən böyük beynəlxalq təşkilatlarından biri sayılır.

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar