SON XƏBƏRLƏR

Türk Dünyasının tarixi geniş tədris olunmalıdır_Vaqif Abışov: "Bizim dərsliklərdə özbək, qırğız, qazax və türkmənlərin tarixinə rast gəlmirik"

2021.10.20, 07:36
Türk Dünyasının tarixi geniş tədris olunmalıdır_Vaqif Abışov: "Bizim dərsliklərdə özbək, qırğız, qazax və türkmənlərin tarixinə rast gəlmirik"

Gunaz.tv
"Türk Dünyasının tarixi geniş tədris olunmalıdır" Vaqif Abışov: "Bizim dərsliklərdə özbək, qırğız, qazax və türkmənlərin tarixinə rast gəlmirik" Elçin Qaliboğlu (Əvvəli ötən sayımızda) Hər bir millətin tarixi onun keçib gəldiyi yaşam, mübarizə, var olma tarixidir. Çağdaş dünyanın siyasi gedişatından fərqli olaraq gedişat milli tariximizin - Azərbaycan tarixinin daha geniş, əhatəli səviyyədə öyrənilməsinin qaçılmaz edir. Bu mövzuda AMEA Tarix İnstitutunun əməkdaşı Vaqif Abışovla söhbətimizi davam etdiririk. O, deyir: "Dünya 4tarixindən bu qədər materialla uşağın beynini yükləmək olmaz. Həftədə 2-3 saat milli tariximizi tədris etməklə çox şey əldə edə bilərik. Amma uşaq xeyli məlumatlarla yüklənir ki, qəbul imtahanlarına gedəndə bilik onun üçün həzm olunmur, milli tarixi ilə bağlı bilgilər qanına-canına keçmir". "Azərbaycan tarixi" həftədə cəmi 1 saat keçirilir. Dünya tarixinə ayrılan saatlar isə bunu xeyli qabaqlayır. Əgər inteqrasiyadan danışılırsa, qoy o zaman dünya ölkələrinin Azərbaycan tarixinə münasibətinə diqqət yetirək. Müstəqilliyin əsas şərtlərindən biri budur ki, biz dünyanı öyrəndiyimiz dərəcədə onlar da bizi öyrənməlidirlər. V.Abışov deyir: "Amma dünya bu gün erməni tarixini öyrənir. Bu mənada özümüzdən başlamalıyıq ki, Azərbaycanımızın tarixinin tədrisinə münasibətimiz hansı səviyyədədir? Bu gün rusdilli məktəblərin məzunları Azərbaycan dilindən imtahan verirlər. Onlar orta məktəbdə Azərbaycan tarixi keçirlər. Amma məndən olsa, onlar Azərbaycan tarixindən də ana dilimizdə imtahan verməlidilər. Ümumiyyətlə, test imtahanlarında Azərbaycan tarixindən olan suallara üstünlük verilməlidir". Bütün bunlar ona gərə gərəklidir ki, soydaşarımızın, ümumiyyətlə, Azərbaycan vətəndaşlarının torpağında gəzdikləri, çörəyindən yeyib suyundan içdikləri Vətənə ciddi münasibətləri formalaşsın: "Bu mənada "Azərbaycan tarixi" dərsliklərinə akademik yanaşma mütləq olmalıdır. Hələ bu dərsliklərdəki korrektə xarakterli səhvləri demirəm. Bu, xüsusi bir söhbətin mövzusudur". AMEA Tarix İnstitutu tərəfindən bir neçə il əvvəl buraxılmış çoxcildlik "Azərbaycan tarixi"nə gəldikdə V.Abışov deyir ki, çoxcildlikdə düzəlişlərə ehtiyac var. Akademik düzəlişlər Azərbaycan tarixi ilə bağlı məlumatların düzgün və xəlqi yöndən təhrifsiz təqdimini təmin edərdi: "Məsələn, məlumdur ki, ermənilər qanunsuz olaraq artıq bir müddətdir ki, xarici ölkələrin mütəxəssisləriylə birgə Azıx mağarasında qazıntı işləri aparırlar. İlk dəfə bu qədim tarixi insan məskənini kəşf edən Azərbaycan alimi Məmmədəli Hüseynov olub. Azərbaycan abidəsi olan Azıx mağarası dünyada 4-cü belə abidədir. Məmmədəli Hüseynov Moskvada ermənilərə sübut etdi ki, bu abidə Azərbaycan ərazisindədir, abidə də Azərbaycanındır. Ancaq təəssüf ki, 6-cı siniflər üçün "Azərbaycan tarixi"ndə yazılmayıb ki, abidə nə vaxt qeydə alınıb. Qeyd edək ki, abidə 1960-cı ildə qeydə alınıb. Halbuki əvvəlki dərsliklərdə bu qeyd vardı". Bu gün Türk Dünyasının biriyi ideyasından tez-tez danışılır. Amma bu yöndə addımlar daha gerçək, ilk növbədə dərsliklərdə atılmallıdır: ""Qədim dünya tarixi"nin içərisində Türk dünyasının tarixinə geniş yer verilib. Qədim Hun imperiyası, Göytürk dövlətləri, Qaraxanilər dövləti, xüsusən də Osmanlı imperiyasına geniş yer ayrılması əlamətdar cəhətdir. Hesab edirəm ki, bu mənada "Dünya tarixi" dərsliyində Türk dünyası tarixinə geniş yer verilməlidir. Məsələn, bizim dərsliklərdə özbək xalqının, qırğızların, qazaxların, türkmənlərin tarixinə rast gəlmirik". Türk dünyasının tarixi ilə Azərbaycan tarixi rabitəli şəkildə tədris olunmalıdır: "Məqsəd şagirddə Türk Dünyasının tarixinə maraq oyatmaqdır. Məsələn, şagirdlərdən soruşsaq, təəssüf ki, tədrisin nəticəsi olaraq Roma, yunan tarixinə sevgi ilə yanaşacaq, ancaq qədim türk Dünyasının tarixinə epizodik yanaşacaq. Türklər tarixən dünya xalqlarının formalaşmasına xeyli təsir göstəriblər. Belə bir zəngin türk Dünyası tarixinə ilk növbədə hər birimizin sayğılı münasibət bəsləməsi son dərəcə gərəklidir. Belə təsəvvürlər hazırda daha davamlı səslənir ki, dünya Avropadan başlayır. Belə təsəvvürlərlə Türk Dünyasının mənəvi birliyini yarada bilmərik. Elə Şərqi də öyrənək. Türk Dünyasının ümumdünya tarixi ilə ilgili tərəflərini genişləndirmək, bu yöndə tədrisə əhəmiyyət vermək gərəkdir. Rusiya Federasiyası tərkibində yaşayan türkdilli xalqları da hərtərəfli öyrənməliyik". Tarix elmi ilk növbədə ondan dərs almaq üçündür. V.Abışov deyir: "Şagirdlərimizə təəssüf ki, türklərin böyük tarixinin olması məsələsi aşılanmır. Amma düşmənimiz olan ermənilərdə belə deyil. Rusiya tarixində də belə məqamlara kifayət qədər rast gəlmək mümkündür. Rusiya tarixinin Azərbaycanı işğal edənə qədərki dövrü orta məktəblərə geniş keçilir. Bunların belə hərtərəfli tədrisi bizim şagirdlərə lazımdırmı? Təsəvvür eləmək olar ki, rusdilli məktəblərdə rusların tarixi necə tədris olunur. Onların dərslikləri Rusiyadan göndərilir. Həmçinin də Amerika tarixi çox geniş keçilir. Bunları ixtisar etmək olar. Amma Amerika bizim tariximizi ümumiyyətlə, keçmir. Orada bizim tarixi dövlətçiliyimiz ümumiyyətlə, tədris edilmir. Amma onların mütəxəsisləri Azərbaycanı hər mənada diqqətlə öyrənirlər. 1981-ci ildə Arxangelskdə tələbə-inşaat dəstəsində olarkən oradakı rus gəncləri bilmirdilər ki, bizim respublika haradadır. Bircə "Arşın mal alan" filmini tanıyırdılar. Əgər dünya tarixi bütün ölkələrdə tədris edilirsə, niyə orada Azərbaycan Türk tarixi tədris olunmasın? Rusiya tarix dərsliklərini təbii olaraq ürəyi istəyən kimi yazıb". Bu gün Türk Dünasının birliyi - ortaq dil, əlifba, mədəniyyət və s. məsələlərinin qoyulduğu bir dönəmdə Türk Dünyası ölkələrinin tarixini öyrənən ortaq bir dərsliyin meydana çıxmasına gərək var. Hər halda bunu Türk Dünyası ölkələrinin ləngimədən həyata keçirməsi mümkündür. Sadəcə, burada materialların necə, hansı səviyyədə, tarixi-xəlqi prinsiplərin türk xalqlarının durumuna ziyan verə bilməyəcək bir ölçüdə yerləşdirilməsi gərəklidir. Vaqif Abışov bu ideyanı bəyəndiyini bildirir: "Bu, çoxdan vaxtı çatmış və həyata keçirilməsi ləngiyən bir ideyadır. Bu gərəkli ideyanın həyata keçirilməsi üçün materiallar çoxdur. Əgər bu sahədə hər mənada birlikdən danışırıqsa, o zaman ilk növbədə dərslik məsələsindən yapışmalıyıq. Dərsiklər sabahkı nəsillərin milli-mənəvi yaddaşının türk xalqlarının birliyi yönündə qurulmasına ciddi yardımçı olacaq. Türk Dünyası xalqlarının tarixinin fundamental bir dərslik səviyyəsində türkdilli dövlətlərin hər birində yüksək tədris olunması üçün geniş imkanlar var". Vaqif Abışov "Türk Dünyası tarixi"ndən ayrıca imtahanın da olmasını məqbul sayır: "Hazırda "Azərbaycan tarixi"nin öyrənilməsi, tariximizin ayrı-ayrı aspektlərinin araşdırılması sarıdan irəliləyişlər var. Amma Azərbaycan tarix elmində təəssüf ki, etnogenez məsələsində vahid konsepsiya xətti yoxdur. İnanmıram ki, ermənilərdə, gürcülərdə, ruslarda, farslarda etnogenez məsələsində bu qədər anlaşılmazlıqlar, ikitirəliklər olsun. Vaxtilə tariximizi özümüz yazmamağımız səbəbindən çox məsələlər, xüsusən də etnogenez məsələləri dolaşdırılıb, mənbələr oğurlanıb, başqaları tərəfindən özününküləşdirilib. Elə qarışıq konsepsiya işlənib ki, indiyə kimi tarixçilərimiz o xətdən çıxa bilmirlər. Etnogenez məsələsində vahid xətt yoxdur ki, ta qədimdən Azərbaycan ərazisində türklər yaşayıb. Halbuki bununla bağlı kifayət qədər faktlar var. Amma yaxşı haldır, 6-cı sinif dərsliyində yazılır ki, Manna prortotürk dilində danışan dövlət olub. Midiyaya yenə də loyal münasibət qalır. Azərbaycan Türk dövlətləri sırasında Midiyanı bəzən o sırada vermirlər. Yəni bu baxımdan ortaya bir sanballı dərsliyin qoyulmasına gərək var. Bu da dediyimiz kimi vahid xəttdə düşünən Azərbaycan tarixçilərinin olmasını gərəkli edir. Təəsüf ki, hələ də bu məsələ işlənilməyib. Məsələn, Azərbaycan Səfəvilər dövlətinə münasibət hələ tarixçilər arasında yekdillik məqamına çatmayıb. Təəssüf ki, Türkiyə tarixçiləri Səfəviləri fars dövləti sayırlar. Türkiyə dərsliklərində həmçinin bu qənaətin nəticəsi olaraq Azərbaycan Səfəvilər dövləti fars dövləti kimi təqdim olunur. Amma artıq ümumən Türk Dünyasında sözügedən məsələlərə münasibətin dəqiqləşməsi son dərəcə gərəklidir. Deməli, özümüzlə bağlı məsələnin ilk növbədə özümüz tərəfindən elmi şəkildə həll olunması gərəklidir. Əgər özümüzlə bağlı bu dərslikləri yaradıb ortaya qoya bilsək, o zaman Türk Dünyasının müxtəlif dövlətlərinə göndərər, beləliklə də sözügedən sahədə köklü təsəvvürlərin yaradılmasına xidmət edə bilərik. Qoy bu dərsliklər Qazaxıstanda, Qırğızıstanda, Türkmənistanda, Özbəkistanda, Türkiyədə, Kiprdə və başqa ölkələrdə mütəxəssislər tərəfindən müzakirə olunsun, habelə onların da dərslikləri bizə göndərilsin, nəticədə müəyyən dövrdən sonra "Türk Dünyası tarixi"nin meydana çıxmasının şahidi ola bilərik. "Türk Dünyasının tarixi" dərsliyi Türk Dünyasının bilim adamlarının bir araya gəlməsinə, bu yöndə əməkdaşlığın daim güclənməsinə səbəb olacaq. İndi ki, müstəqillikdir nəyi gözləyirik? Qoy Türk Dünyasının tarixçiləri səsimizə səs versinlər". Azərbaycanın ikiyə parçalanması məsələsinə münasibət də birtərəflidir. Çar Rusiyası qınanır, amma İrana bu münasibət açıq şəkildə ifadə olunmur. Vaqif Abışov deyir: "Xüsusən farslar və ruslar həmişə istəyiblər ki, türklərin tarixi kölgə altında qalsın, nəinki dünya ictimaiyyətinə, hətta türklərin özünə də çatmasın, çatsa da dolaşdırılsın. Bu gün vəziyyət o cürdür. Xüsusən etnogenez məsələsinə münasibətdə vəziyyət daha da mürəkkəbləşdirilir və qəsdən dolaşığa salınır. Türk Dünyasının tarixçiləri bu məsələlərdə ortaq məxrəcə gəlib Türk Dünyasının sabahı, birliyi naminə sözügedən məsələlərdə həmrəyliyə yetməsinin zamanı çoxdan çatıb. Məqsəd türklük, Türk xalqlarının hər biri ilə bağlı qəsdən ortalığa atılan dolaşıqların açılmasıdır. Bu "hörümçək torunun" artıq yox edilməsinin məqamıdır. Türk ruhunun indi daha aydın, gərəkli halda təqdim olunması gərəkdir. Türk ruhunun, mədəniyyətinin dünyaya xilas kimi təqdimində gecikməməliyik. Dünyanın indiki zahirən həşəmətli halından çəkindikcə dünya daha çox üstümüzə gələcək: "Rusiya və İran zaman-zaman istəyiblər ki, Azərbaycanı ümumiyyətlə, dünyanın siyasi xəritəsindən silib atsınlar. Ermənistan dünyanın supergüclərinin yardımıyla Azərbaycanla Türkiyə arasında yaradılıb. İndi dünya çalışır ki, Türk Dünyası ölkələrini daha da ayırsın, bunların birliyi baş tutmasın. Tarixi şanslarımızı əldən verməməliyik". Vaqif Abışov orta məktəblərdə çalışan kadrların hərtərəfli qabiliyyətə malik yetişdirilməsi üçün daha çox çalışmağın gərəkliyini vurğulayır: "Yaxşı cəhətdir ki, indiki tarix dərsliklərinin içərisində və dəsliyin sonunda xəritələr verilib. İlk dəfə ayrıca Azərbaycan tarixi ilə bağlı xəritə AMEA Tarix İnstitutu tərəfindən buraxılıb". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar