SON XƏBƏRLƏR

Ankarada Güney Azərbaycan forumu

2021.10.20, 07:36
Ankarada Güney Azərbaycan forumu

Gunaz.tv

Ankarada Güney Azərbaycan forumu

 GünazTV: 12-13 May 2012 tarixlərində Ankarada Güney Azərbaycan mövzulu bir forum təşkil ediləcək. Aylardır üzərində çalışılan forumun Türkiyənin paytaxtı Ankarada keçirilməsi böyük bir əhəmiyyət daşıyır.

Foruma Türkiyədə olan Türk Dünyasının dəyişik bölgələrinin dərnəkləri də qatılacaqlar. Güney Azərbaycanın problemlərinin görüşüləcəyi yığıncaq Ankara Sürməli Otelində ediləcək.Forumun təşkilatçılarından Camal Mehmethanoğlu etdiyi açıqlamada, Azərbaycan və Türklük sevdalılarının bu foruma qatılmalarını və fikirlərini ifadə etmələrini istədi.

Forumda müxalif, iqtidar və fərqli görüş ayrı-seçkiliyi edilmədən dostanə bir şəkildə ortaq zəmin tapma işləri görüləcəyini ifadə edən Mehmethanoğlu artıq Azərbaycan Türklərinin daha güclü olması lazım olduğunu söylədi.

S.B 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar