SON XƏBƏRLƏR

Narkotika Mafyası Nazir Oldu

2021.10.20, 07:36
Narkotika Mafyası Nazir Oldu

Gunaz.tv

 

Narkotika Mafyası Nazir Oldu 

Çaves ABŞ-ın qara siyahısında olan Rengelin vəzifəsini artırdı,Venesuela prezidenti Uqo Çaves ABŞ-ın narkotik maddə ticarətinin kilid ismi olmaqda ittiham etdiyi general Henri Rengel Silvanı yenidən müdafiə naziri təyin edib.Çaves Venesuela ordusunda strateji əməliyyat komandanı olan Rengelin müdafiə naziri Karlos Mata Fiqueroanın yerinə müdafiə naziri olacağını bildirib.

Keçmiş kəşfiyyat rəisi olan Rengel 2012-ci ildə keçiriləcək prezident seçkilərində müxalifətin qazanacağı zəfəri Venesuela ordusunun qəbul etməyəcəyinə dair açıqlama vermişdi.Rengel ABŞ-ın 2008-ci ildə xarici narkotik maddə ticarəti patronları siyahısında olan 4 Venesuela rəsmisindən biridir. ABŞ bu şəxsləri narkotik maddə çetelərinə yardım etmək və Kolumbiyada silahlı aksiyalar keçirən İnqilabçı Silahlı Qüvvələr adlı təşkilata yardım etməkdə suçlayır. Çaves isə "inqilabçı əsgər" adlandırdığı Rengel və digər şəxslərlə bağlı ittihamları rədd edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar