SON XƏBƏRLƏR

Amerika və İsrail birgə geniş təlimlərə başlayırlar

2021.10.20, 07:36
Amerika və İsrail birgə geniş təlimlərə başlayırlar

Gunaz.tv

GünAz TV: Yaxın günlərdə İsrail ilə Amerikanın Hərbi Hava Qüvvələri və Raketdən Müdafiə Sistemləri birgə geniş təlimlərə başlayacaqlar.

“Austere Challenge-12”(Çətin sınaq-12) adı altında keçirilən təlimlər iki ölkənin regiondakı (bölgə) qüvvələrinin koordinasiyasını (həmahəngi) gücləndirmək məqsədi daşıyır.

 Bu manevrlər hər iki ölkənin hərbi əməkdaşlığının tarixində təşkil edilmiş ən irimiqyaslı təlim olacaq. Təlimlərin dəqiq vaxtı, hələ ki, bildirilməyib.

 Ekspertlər (karşünaslar) bu fikirdədirlər ki, bu manevrlərin əsas məqsədi İrana hücum ərəfəsində son hazırlıq işlərini tamamlamaq ola bilər. Bunu təsdiqləyən məqamlardan biri odur ki, tərəflər raketdən müdafiə sistemlərinin necə işləməsini xüsusi yoxlayacaqlar. Aydındır ki, məqsəd İran raketlərinin qarşısının nə dərəcədə alına biləcəyini müəyyənləşdirməkdir.

 Təlimlər zamanı ən yeni “Hets-3”Raketdən Müdafiə Sistemləri sınaqdan çıxarılacaq. Bu, İsrailin raketdən çoxpilləli müdafiə sisteminin ən yüksək həlqəsi sayılır. Yayılan bilgilərə görə, “Hets-3”düşmən raketlərini daha tez və ilkin mərhələdə yaxalayaraq, zərərsizləşdirməyə qadirdir. Əslində bu sistem 2013-cü ildə işə salınmalı idi, amma son vaxtlar layihənin üzərində çalışmalar xeyli sürətləndirilib. Yenə də görünür, İranla müharibəyə hazır olmaq üçün.

 Buna cavab olaraq, İran tərəfi Hörmüz boğazında təkrar təlimlər keçirməyə hazırlaşır. Yada salaq ki, 2011-ci ilin son günlərində İranın hərbi dəniz qüvvələri boğazda “Vilayət-90” adı altında 10 günlük geniş təlimlər düzənləmişdilər. İslam İnqilabının Keşikçiləri Korpusunun (Sepah) rəhbəri, admiral Əli Fədavinin dediyinə görə, “Böyük Peyğəmbər” adı altında keçirilən yeni, təkrar təlimlər əvvəlkilərdən fərqlənəcək.

 Hazırda ABŞ-ın (Amerika Birləşmiş Ştatları) “Con Stennis” aviadaşıyıcısı (uçaq daşıyan) Hörmüz boğazının yaxınlığındadır. Böyük Britaniya artıq bəyan edib ki, əgər İran boğazı kəsərsə, hərbi əməliyyatlara başlamağa hazırdır. “Mərkəz informasiya agentliyi”

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar