SON XƏBƏRLƏR

Türkiyənin Bülbülünü itirdi

2021.10.20, 07:36
Türkiyənin Bülbülünü itirdi

Gunaz.tv

GünAz TV: Türkiyənin tanınmış müğənnisi Azər Bülbül Antalyada bir hotel otağında ölü tapılıb. Azər Bülbülün ölüm səbəbi məlum deyil.

Əldə edilən məlumata görə, cəsədi Şarampol prospektindəki (xiyaban)  bir hoteldə qalan sənətçinin mobil telefonuna zəng edən, cavab almayınca qaldığı hotelə gələn meneceri tapıb.

Azər Bülbülün 20 gündür Antalyadakı bir barda səhnəyə çıxdığı məlum olub.

Xatırlladaq ki, Azər Bülbül 1969-cu ildə Türkiyə Qars vilayətinin Akyaka (Arpaçay) rayonunda dünyaya gəlib. Öz adı Sübutay Kesgin olan müğənni daha sonra ailəsi ilə birlikdə Almaniyaya köçüb. Sənət karyerasına “Qərib Yolçu” albomu ilə addım atan müğənni daha sonra “Yalan Olar”, “Mən Sənə Vurğunam”, “Fərat” kasetləri ilə yoluna davam edib. 1996-cı ildə çıxardığı “Mən Babayam” kaseti isə ona şöhrətin qapılarını açıb. Əsasən də bu albomda olan “Yaralandınmı ey can”, “Toxunmayın çox fənayam” və “Hər an hər şey ola bilər” mahnıları müğənninin pərəştişkarları tərəfindən çox sevilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar