SON XƏBƏRLƏR

Vaşinqton İranla bağlı dünya dövlətlərinə çağırış etdi

2021.10.20, 07:36
Vaşinqton İranla bağlı dünya dövlətlərinə çağırış etdi

Gunaz.tv

GünAz TV: ABŞ Dövlət Departamentinin (Amerika Birləşmiş Ştatlarının xarici işlər nazirliyi) rəsmisi Viktoriya Nuland bütün dünya ölkələrini İranla bağlı mövqelərini açıq-aşkar ortaya qoymağa çağırıb.

Məlumata görə, o deyib ki, artıq bunun tam zamanı yetişib: “Dünya dövlətləri İranın təcrid vəziyyətdə saxlanılması üçün beynəlxalq qaydalara hörmət etməlidirlər”.

 İran prezidenti Mahmud Əhmədinejadın Latın Amerikası ölkələrinə səfərinə də toxunan V. Nuland bildirib ki, hazırda beynəlxalq ictimaiyyətin təzyiqləri altında olan rəsmi Tehran özünə yeni müttəfiqlər axtarır və əlaqələrini genişləndirməyə çalışır: “Bizim Kuba və Venesuela ilə diplomatik əlaqələrimiz yoxdur. Ancaq Nikaraqua və Ekvadorla bununla bağlı müzakirələr aparacağıq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar