SON XƏBƏRLƏR

Suriyada daha bir qanlı cümə

2021.10.20, 07:36
Suriyada daha bir qanlı cümə

Gunaz.tv

GünAz TV: Suriyada cümə yenə qanlı keçib.

ölkənin müxtəlif şəhərlərində cümə namazından sonra keçirilən etiraz aksiyalarına (yürüş) təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində 22 nəfər ölüb. Bu barədə Lent.az “Hürriyet” qəzetinə istinadən xəbər yayıb.

 Suriya Ümumi İnqilab Şurası Xama, Hums, Dera və paytaxt Dəməşqdə cümə namazından sonra keçirilən aksiyalarda onlarla insanın da yaralandığını açıqlayıb. Çox sayda nümayişçinin də həbs olunduğunu bəyan edən Şura axşam saatlarında ölkənin bəzi şəhərlərində yenidən etiraz aksiyalarının başladığını bildirib. Rəsmi xəbər agentliyi SANA isə silahlı qruplar tərəfindən öldürülən 6 təhlükəsizlik xidməti əməkdaşının cənazələrinin paytaxt Dəməşqin Tişrin və Hums hərbi hospitallarında keçirilən mərasimlərdən sonra doğulduqları bölgələrə göndərildiyini xəbər verib.

 Bu gün isə Qətərdə Ərəb Dövlətləri Liqasının (birliyi) Xüsusi Komitəsinin toplantısı keçiriləcək. Toplantıda Ərəb Dövlətləri Liqasının Suriyadakı müşahidəçi qrupunun rəhbəri Məhəmməd Əhməd Mustafa ad-Dabinin hesabatı müzakirə ediləcək. Məhəmməd Əhməd Mustafa ad-Dabi bəyan edib ki, hələ missiya üzvləri Suriyadakı proseslərlə bağlı müəyyən qənaətə gəlməyiblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar