SON XƏBƏRLƏR

Yunis Süleymani Ərdəbil zindanına aparılıb

2021.10.20, 07:36
Yunis Süleymani Ərdəbil zindanına aparılıb

Gunaz.tv

GünAz TV: Tanınmış öyrənci fəal Yunis Süleymani həbs müddətinin qalan hissəsini keçirmək üçün Ərdəbil zindanına aparıllıb.

 

Süleymani 2 həftə öncə tutuqlanıb və zindana intiqal edilib.

 

5 ay müvəqqəti həbsdə saxlanılan azərbaycanlı fəal ağır mülki vəsiqə qarşılığında azadlığa buraxılsada, nəhayət Təbrizin inqilab məhkəməsi tərəfindən 6 ay həbsə məhkum edilib.

 

Xatırladaq ki, adını çəkdiyimiz azərbaycanlı öyrənci fəal Həmədan universitetindən uzaqlaşdırılaraq, təhsilin davamından məhrum edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar