SON XƏBƏRLƏR

Mühəndis Meysəm Azadi barəsində həbs qərarı verilib

2021.10.20, 07:36
Mühəndis Meysəm Azadi barəsində həbs qərarı verilib

Gunaz.tv

GünAz TV: Urmu şəhərinin hərbi məhkəməsi azərbaycanlı milli-mədəni fəal mühəndis Meysəm Azadi barəsində həbs qərarı çıxarıb.

 

Məhkəmə qərarına əsasən azərbaycanlı fəal 3 il təliqə (asılı) salınmış 91 gün həbsə məhkum edilib.

 

Muğanlı milli-mədəni fəal Meysəm Azadi Tehran polisinin mərkəzi qərargahında əsgərlik xidmətini yerinə yetirərkən, sentyabrın 2-də (şəhrivərin11-də) polisin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və işgəncələr altında bir neçə gün sorğu-suala tutulduqdan sonra Urmu şəhərinin ETTELAAT idarəsinə intiqal edilmişdir.

 

Meysəm Azadi bütün ittihamlardan bəraət qazansada, ona qarşı irəli sürülən “sistemin əleyhinə qrup təşkil etmək”  ittihamı qalmaqdadır.

 

Azadi, 1 ay saxlanıldıqdan sonra Oktyabrın 2-də (mehrin 10-da) Urmu şəhərinin ETTELAAT (İran Kəşiyyat Nazirliyi) təcridxanasından mülki vəsiqə qarşılığında azadlığa buraxılıb.

 

Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəalın tutuqlanması avqustun 27-də (şəhrivərin 5-də) Urmu Gölü ilə bağlı keçirilən yürüşdən sonraya təsadüf edir. O, Urmu Gölünün böhranı ilə Bağlı “Urmu” dərgisində dərc olmuş bir çox məqalənin müəllifi olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar