SON XƏBƏRLƏR

Mehrdad Kərəminin azadlığı üçün İmzatoplama Kampaniyası başladılıb

2021.10.20, 07:36
Mehrdad Kərəminin azadlığı üçün İmzatoplama Kampaniyası başladılıb

Gunaz.tv

GünAz TV: Tanınmış azərbaycanlı fəal Mehrdad Kərəminin azadlığa buraxılması üçün çalışmalar davam edir. Bu barədə İmzatoplama Kampaniyası başladılıb.  

 

Saxlanıldığı müddətdə barəsində heç bir xəbər olmayan milli-mədəni fəala maraqlı bir Afişa (puster) da həsr olunub. Afişa Milli Hərəkat fəllarının biri tərəfindən rəsm olunub.

 

Qeyd edək ki, Zəncanlı fəal Mehrdad Kərəmi Təbriz universitetinin öyrəncisi və insan haqları fəalıdır. O, 2011-ci il dekabrın 24-ü (1390-cı il deyin 3-ü) Təbrizdə ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən tutuqlanıb.

 

Kərəmi hazırda Zəncan ETTELAATının təcridxanasında saxlanılır.

 

İmzalamaq üçün aşağıdakı LİNKi tıklayın:

http://www.gopetition.com/petitions/free-mehrdad-karami-azerbaijani-activist.html

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar