SON XƏBƏRLƏR

İsrail ilə Fələstin arasındakı görüşmələr, 9 Yanvar/ocaqda başlayır

2021.10.20, 07:36
İsrail ilə Fələstin arasındakı görüşmələr, 9 Yanvar/ocaqda başlayır

Gunaz.tv

İsrail ilə Fələstin arasındakı görüşmələr, 9 Yanvar/ocaqda başlayır.

Günaz TV: Amerikan Xarici işlər nazirliyi Spikeri Victoria Nuland, İsrail və Fələstinli müzakirəçilərin, 9 Yanvar/ocaqda görüşmə edəcəklərini açıqladı. Nuland, ölkəsinin, tərəfləri, ön şərt qoymadan görüşmələr üçün təşviq etdiyini ifadə etdi. İsrail və Fələstin arasında, 1 ildən çox müddətdir reallaşan ilk üst səviyyə təmas, beynəlxalq nümayəndələrin huzurunda, əvvəlki gün Ordaniyanın paytaxtı Ammanda edildi.

İsrailli başmüzakereci İzak Molko ilə Fələstinli başmüzakereci Saib Erekat arasındakı görüşmədə, qeydə dəyər irəliləmə təmin edilə bilmədi. Ancaq üz-üzə edilən görüşmə, diplomatik buzların qırılması baxımından əhəmiyyətli idi. İsrail ilə Fələstin arasındakı barış müzakirələri, 2010 Sentyabrında, İsrailin Qərb Şəriyə və Şərq Qüdsdə, Yəhudi məskunlaşma yerləri tikməyi davam etdirməsi səbəbiylə, Fələstin tərəfinin görüşmələrdən çəkilməsinin ardından durmuşdu.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar