SON XƏBƏRLƏR

Şamı qarışdıran intihar hücumu: 25 ölü

2021.10.20, 07:36
Şamı qarışdıran intihar hücumu: 25 ölü

Gunaz.tv

Şamı qarışdıran intihar hücumu: 25 ölü

Suriyanın paytaxtı Şamda intihar hücumu təşkil edildi. Hücumda ilk təyin etmələrə görə 25 nəfərin öldüyü, 46 nəfərin də yaralandığı ifadə edilir.Suriya dövlət televiziyası paytaxt Şamın Maidan bölgəsində təşkil edilən intihar hücumunda onlarca ölü olduğunu açıqladı. Yerli televiziya kanalı Addounia 25 nəfərin öldüyünü və 46 nəfərin yaralandığını beyan edib.Televiziya görünüşləri və bir səlahiyyətlinin açıqlamasına görə hədəf bir polis avtobusuymuş.

Reutersə danışan hadisə şahidləri də, şiddətli bir partlama səsi eşitdiklərini və bölgəyə çox sayda təcili yardım göndərildiyini ifadə etdilər.Paytaxt Şamda keçdiyimiz aralıq/dekabr ayında əsgəri bir binaya təşkil edilən iki intihar hücumunda 44 nəfər həyatını itirmişdi. Suriya rəhbərliyi, hücumun Əl Qaidə tərəfindən reallaşdırıldığını soyləmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar