SON XƏBƏRLƏR

Rəfsəncani parlament seçkilərində susacaq

2021.10.20, 07:36
Rəfsəncani parlament seçkilərində susacaq

Gunaz.tv

GünAz TV: İranın sabiq prezidenti Əliəkbər Haşimi Rəfsəncani 2012-ci ilin mart (March) ayında keçiriləcək parlament seçkilərində heç bir siyasi partiya və siyasətçini dəstəkləməyəcək.

 

GünAz TV mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, bu barədə sabiq prezidentin rəsmi ofisi bəyanat yayıb. Bəyanatda bildirilib ki, sabiq prezident, həmçinin parlament seçkiləri ilə bağlı da heç bir münasibət bildirməyəcək.

 

Qeyd edək ki, 2011-ci ilin dekabr (December) ayında Əliəkbər Haşimi Rəfsəncaninin rəsmi internet səhifəsinə blok qoyulub. Onun dövlətə qarşı çıxmaqda və hakimiyyətin əleyhinə təbliğat aparmaqda təqsirləndirilən qızı Faizə Haşimi isə Tehran Məhkəməsinin qərarı ilə 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmçinin ona 5 il müddətində mediaya müsahibə vermək qadağan olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar