SON XƏBƏRLƏR

Keçmiş prezident Hüsni Mübarəkin asılması tələb olundu

2021.10.20, 07:36
Keçmiş prezident Hüsni Mübarəkin asılması tələb olundu

Gunaz.tv

GünAz TV: Misirin baş prokurorluğu (dadistan-i koll) keçmiş prezident Hüsni Mübarək, sabiq daxili işlər naziri Həbib əl-Ədli və onun 6 müavininə asılaraq ölüm hökmünün verilməsini tələb edib.

Hüsni Mübarəkin məhkəmə prosesində (sürəc) əsas ittihamçı bəyan edib ki, müttəhim ötən ilin yanvarında (January) 18 günlük iğtişaşlar zamanı etirazçıların ölümünə görə siyasi və hüquqi məsuliyyət daşıyır. Prokuror Mustafa Süleyman təsdiq edir ki, Hüsni Mübarək etirazçılara atəş açılmasından xəbərdar olub və onun qarşısını almaq üçün heç nə etməyib.

İttihama əsasən, Hüsni Mübarəklə birlikdə müttəhimlər kürsüsündə olan keçmiş daxili işlər naziri Həbib əl-Ədli də etirazçılara qarşı öldürücü silahdan istifadəyə icazə verib.

Xatırladaq ki, 83 yaşlı Hüsni Mübarəkin ilk məhkəməsi avqustun (August) 3-də başlayıb. 6 aydır davam edən məhkəmə prosesində hər iki müttəhim günahkar hesab olunacağı halda, onları ölüm cəzası gözləyir. Anspress

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar