SON XƏBƏRLƏR

İngiltərədən İrana xəbərdarlıq

2021.10.20, 07:36
İngiltərədən İrana xəbərdarlıq

Gunaz.tv

GünAz TV: İngiltərə müdafiə naziri Filip Hammond İrana xəbərdarlıq edib.

 

müdafiə naziri bildirib ki, İranın Hörmüz boğazını bağlaması qeyri-qanuni və uğursuz olacaq. Bu barədə “Mərkəz” xarici mətbuata istinadən xəbər verib.

 

Onun sözlərinə görə, Hörmüz boğazının bağlanması neft tankerlərinin keçməsinə maneçilik törədir və bu da qlobal (kürəsəl) ticarətə mənfi təsir göstərəcək: “Biz qlobal ticarətin ana yollarının açıq saxlanılmasına və işləməsinə əhəmiyyət veririk. İranın Hörmüz boğazını bağlama cəhdi qeyri-qanuni və uğursuz olacaq”.

 

 Xatırladaq ki, Böyük Britaniya ilə İran arasındakı əlaqələr ötən ilin noyabr (November) ayında İngiltərənin Tehran səfirliyinə edilən hücumla pozulub. İki ölkə qarşılıqlı olaraq səfirliklərini bağlayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar