SON XƏBƏRLƏR

İran körfəzdə yenidən təlimlərə başlayacaq

2021.10.20, 07:36
İran körfəzdə yenidən təlimlərə başlayacaq

Gunaz.tv

GünAz TV: İran rəsmisinin öz bəyanatında bildirib ki, İran ordusu Hörmüz boğazı və körfəzdə yenidən hərbi təlimlər keçirəcək.

 

GünAz TV: “İslam İnqilabı Keşikçiləri” Korpusunun (İİKK-Sepah) dəniz qüvvələrinin komandanı (fərmandeh) admiral (dəryasalar) Əli Fədəvi bəyan edib ki, onun bölmələri fevralda (February) Hörmüz boğazı və körfəzdə hərbi təlimlər keçirəcək.

 

Bu barədə cümə günü İranın yerli kütləvi informasiya vasitələri xəbər yayıb. 

 

“Böyük peyğəmbər” adlı hərbi təlimlər son yeddi il ərzində hər il keçirilsə də, İİKK-nın builki təlimləri əvvəlki manevrlərdən fərqlənəcək”, - deyə, admiral vurğulayıb.

 

 Qeyd edək ki, bir müddət əvvəl İranın Hərbi-Dəniz Qüvvələri (HDQ) “Vilayət-90” adlı təlimlər keçiriblər. Bu təlimlər uzaq mənzilli raketin sınaqdan keçirilməsi və xarici siyasi arenada (siyasi ərsə) vəziyyətin kəskinləşməsi ilə başa çatıb. Təlimlər dekabrın (December) 24-dən yanvarın (January) 2-dək keçirilib və təxminən beynəlxalq sularda – Hörmüz boğazından körfəzədək zonada (məntəqə) 2 min kvadrat kilometrədək (kilometr-i murəbbə) ərazini əhatə edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar