SON XƏBƏRLƏR

Nazir zəlzələnin vurduğu xəsarətdən danışıb

2021.10.20, 07:36
Nazir zəlzələnin vurduğu xəsarətdən danışıb

Gunaz.tv

GünAz TV: “Mayın 7-də Zaqatalada baş verən ilk zəlzələnin gücü episentrdə (mərkəz) 7 bal (rişter) olmuşdu.

Lakin ilk zəlzələ zamanı binalar tam dağılmamışdı. Həmin gün axşam baş verən 5,7 bal gücündə təkanlar isə tikililərin bir hissəsini dağıtdı. Komissiyanın dünən axşama olan məlumatına görə, zəlzələ nəticəsində 3000 minə yaxın ev, həmçinin 123 sosial obyekt (əmakin) uçub və ya zədələnib. Bunlar son məlumatlardır. Lakin dəqiqləşmələr davam edir. Təxmini yekun (nəhayi) siyahı yaxın üç-dörd gün ərzində hazır olacaq”. Bunu fövqəladə hallar naziri, general-polkovnik (sərhəng-i koll) Kəmaləddin Heydərov deyib.

 Nazir zəlzələ nəticəsində insan itkisinin olmadığını bildirib.

 Azərbaycan prezidentinin ötən gün Zaqatala və Qax rayonlarında (məntəqə, şəhər) olduğunu deyən K. Heydərov dövlət başçısının vəziyyətlə şəxsən tanış olduğunu, müşavirə keçirərək, müvafiq tapşırıqlar verdiyini diqqətə çatdırıb.

 Nazir evləri uçmuş sakinlərinin hamısına çadırlar paylandığını bildirib: “Qadınlara, uşaqlara ilkin yardımlar edilib, uşaq yeməkləri paylanıb. Dövlət başçısının tapşırığı ilə Nazirlər Kabineti zəlzələnin fəsadlarının aradan qaldırılması üçün ilkin olaraq 20 milyon manat vəsait ayırıb. Bu bizə imkan verir ki, təhlil işlər aparaq və ilkin yardımları göstərək. Yəqin ki, evlərin və sosial obyektlərin tikintisi üçün əlavə vəsait də ayrılacaq”. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar