SON XƏBƏRLƏR

İran internet istifadəçilərini daha çox sıxışdırmağa başladı

2021.10.20, 07:36
İran internet istifadəçilərini daha çox sıxışdırmağa başladı

Gunaz.tv

GünAz TV: İran kiberpolisi (sayberipolis) internet məkanı üzərində nəzarətin sərtləşdirilməsi istiqamətində daha bir addım atıb.

Belə ki, ölkədə internet-kafelərdən istifadə qaydaları sərtləşdirilib. 

Yeni qaydalara əsasən internet-kafe ziyarətçilərinin şəxsi məlumatları qeydiyyata alınmalıdır.

 Bura ad, soyad, şəxsiyyət vəsiqəsi və telefon nömrəsi daxildir. İnternet-kafe sahibi istifadəçilərin şəxsi məlumatlarını və əlaqə nömrələrini, həmçinin onların daxil olduğu veb-səhifələrin tarixçələrini altı ay ərzində saxlamalı olacaqlar.

 Çərşənbə axşamı açıqlanan yeni qaydalar, həmçinin internet-kafe sahiblərindən videomüşahidə sistemi qurmağı və lentə alınan yazını 6 ay saxlamağı tələb edir. Bundan sonra internet-kafelərdə qadağan olunmuş saytlara daxil olmaq qanunsuz hesab olunacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar