SON XƏBƏRLƏR

Avropa İttifaqından İrana qarşı çöküş planı!

2021.10.20, 07:36
Avropa İttifaqından İrana qarşı çöküş planı!

Gunaz.tv

GünAz TV: Avropa İttifaqı (Aİ) ölkələri İrandan neft idxalına qadağa qoyulmasına dair önəmli razılaşma əldə edib.

Bu barədə cümə axşamı Avropadan olan diplomatik mənbə məlumat verib.

 “Neft embarqo”sunun (neft təhrimi) tətbiqinə dair qərar Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurasının yanvarın (January) 30-da keçirilməsi nəzərdə tutulan iclasında qəbul edilə bilər.

 “Hələ bir çox texniki detalları (coziyyat) razılaşdırmaq lazımdır, lakin qurumun 27 ölkəsinin səfiri önəmli razılaşma əldə edib”, - deyə mənbə bildirib. Aİ Tehrandan nüvə probleminin nizamlanmasına dair “konstruktiv (yararlı) beynəlxalq dialoq”a qoşulmağı tələb edir. Aİ ölkələri İran İslam Cümhuriyyəti tərəfindən satılan neftin ümumilikdə təqribən 20 faizini idxal edir. İdxal dəniz yolu ilə, başlıca olaraq İspaniya, İtaliya və Yunanıstana edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar