SON XƏBƏRLƏR

Davudoğlu Tehranda türk məktəbinin açılışına qatılıb

2021.10.20, 07:36
Davudoğlu Tehranda türk məktəbinin açılışına qatılıb

Gunaz.tv

GünAz TV: İranın paytaxtı Tehranda türk məktəbinin açılışı olub.

İrana səfərinin ikinci günündə xarici işlər naziri Əhməd Davudoğlu iranlı həmkarı Əli Əkbər Salehi ilə birlikdə Türkiyənin Tehran səfirliyinin nəzdində ibtidai təhsil məktəbinin açılışında iştirak ediblər. Bu barədə APA Türkiyə mətbuatına istinadən xəbər yayıb.

 İranın xarici işlər naziri mərasimdə çıxışı zamanı bildirib ki, Ə. Davudoğlu ilə birlikdə burada olmaq son dərəcə qürur verici bir hadisədir.

 Türkiyəli nazir isə deyib ki, məktəb açılışları, məktəb başlanğıcları hər halda insan həyatında heç unudulmayacaq addımlardır: “Biz illərdir, Tehranda bir türk məktəbinin yoxluğunu hiss edirdik”.

 Qeyd edək ki, məktəbdə təhsil türk dilində aparılacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar