SON XƏBƏRLƏR

Qondarma “Soyqırım” layihəsi bu ay Fransa senatına təqdim olunacaq

2021.10.20, 07:36
Qondarma “Soyqırım” layihəsi bu ay Fransa senatına təqdim olunacaq

Gunaz.tv

GünAz TV: Fransa hökuməti erməni “soyqırımı”nın danılmasını kriminallaşdıran (cinayiləşdirən) qanun layihəsinin yanvarın (January) sonunda Senatın təsdiqinə veriləcəyini bildirib.

Ötən ay sənəd parlamentin aşağı palatası tərəfindən təsdiq edilib ki, Türkiyənin kəskin etirazına səbəb olub.

Ankara öz səfirini geri çağıraraq Fransa ilə iqtisadi əlaqələrin kəsiləcəyi ilə hədələyib.

Yeni qanun layihəsi 1-ci Dünya müharibəsi vaxtı Osmanlı Türkiyəsində ermənilərin öldürülməsini soyqırım kimi tanıyır və bunu inkar edənlərin cəzalandırılmasını nəzərdə tutur.

Müharibə vaxtı itkilərin qarşılıqlı olduğu və ölənlərin sayının şişirdilməsini bildirən Türkiyə məsələnin xüsusi komissiyada araşdırılmasını təklif edir.

Bəzi siyasi şərhçilərin fikrinə görə, Senat aprel və iyun (June) aylarındakı prezident seçkilərinədək qanun layihəsinin təsdiqlənməsi ilə tələsməyəcək.

Sənəd qanun şəklini almaq üçün parlamentin yuxarı palatası ilə prezident tərəfindən təsdiqlənməlidir. BBC

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar