SON XƏBƏRLƏR

Səid Muğanlının məhkəmə iclası keçirilib

2021.10.20, 07:36
Səid Muğanlının məhkəmə iclası keçirilib

Gunaz.tv

GünAz TV: Tanınmış milli-mədəni fəal, azərbaycanlı şair-jurnalist Səid Muğanlının (Beytullah Məhəmmədi) məhkəmə iclası keçirilib.

 

Məhkəmə iclası dünən Təbrizin ümumi məhkəməsinin 105-ci şöbəsində hakim Pudratçının sədrliyi ilə keçirilib.

 

Muğanlı Azərbaycan cümhuriyyətində Qafqaz müxbirlik kurslarında iştirakı üçün qeyri-məşru (qeyri-legitim) yolla mal-dövlət əldə etmək ittihamı ilə mühakimə olunub.

 

Muğanlı 2011-ci il iyunun 8-də (1390-cı il xordadın 18-i) tutuqlanıb, həmin il senyabrın 25-i (mehrin 3-ü) mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

Xatırladaq ki, adını çəkdiyimiz azərbaycanlı fəal bundan öncə Təbrizin inqilab məhkəməsində sistemin əleyhinə təbliğ ittihamı ilə mühakimə olub və 6 ay həbsə məhkum edilib. Qərar Şərqi Azərbaycanın Apelyasiya Məhkəməsi (dadqahe təcdide nəzər) tərəfindən təsdiqlənib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar