SON XƏBƏRLƏR

Vaşinqton Suriyaya qarşı sanksiyaların müddətini daha bir il artırıb

2021.10.20, 07:36
Vaşinqton Suriyaya qarşı sanksiyaların müddətini daha bir il artırıb

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obama Suriya hökumətinin hərəkətlərini əsas gətirərək fövqəladə hal rejimini bir il də artırıb.

Bu qərar ABŞ hökumətinə Suriya hakimiyyətinə qarşı sanksiyaları (təhrimləri) saxlamaq, lazım gələrsə isə sərtləşdirmək üçün imkan verir. Barak Obamanın sözlərinə görə, hazırkı Suriya rəhbərliyinin hərəkətləri ABŞ-ın milli təhlükəsizliyi və siyasi məqsədləri üçün çox böyük təhlükədir. Söhbət Suriya hakimiyyətinin terrorçuluğu dəstəkləməsindən, öz vətəndaşlarına qarşı repressiya (sərkub)  həyata keçirməsindən və insan haqlarını pozmasından gedir. Barak Obama Suriya prezidenti Bəşər Əsədi tutduğu vəzifədən istefa verməyə və Suriyada demokratik islahatlar keçirmək üçün imkan yaratmağa çağırıb.

 N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar