SON XƏBƏRLƏR

Abbas Lisaniyə BAŞSAĞLIĞI…

2021.10.20, 07:36
Abbas Lisaniyə BAŞSAĞLIĞI…

Gunaz.tv

GünAz TV: Dünən (2012-ci il yanvarın 4-ü , 1390-cı il deyin 14-ü) tanınmış azərbaycanlı fəal Abbas Lisaninin Anası dünyasını dəyişib.

 

İllərdir əziz oğlunun həbs və müxtəlif təzyiqlərə məruz qaldığını görən azərbaycanlı Ana ürək krizi keçirib. Mərhum 1 aydır Ərdəbilin İmam Xümeyni xəstəxanasında həkimlərin xüsusi nəzarətı altında olub.

 

Məlumata görə, mərhumun dəfn mərasiminə qatılmaq üçün çoxsaylı azərbaycanlı fəal hazırlaşır. Bu səbəbdən dəfn mərasiminin keçiriləcəyi yerlərdə xüsusi tədbir alınıb və təhlükəsizlik qüvvələrinin sayı artırılıb.

 

GünAz TV rəhbərliyi və kollektivi azərbaycanlı dözümlü Anaya Allahdan rəhmət diləyir və bu acıyı Abbas bəy və onun hörmətli ailəsi ilə paylaşır.

 

Ulu Tanrı ruhunu şad etsin

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar