SON XƏBƏRLƏR

İranın daxili işlər naziri işğalçı ölkə Ermənistana səfər edəcək

2021.10.20, 07:36
İranın daxili işlər naziri işğalçı ölkə Ermənistana səfər edəcək

Gunaz.tv

GünAz TV: İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccar yanvar (January) ayının ortalarında Ermənistana səfər edəcək.

 

Bunu İranın daxili işlər nazirinin beynəlxalq məsələlər üzrə müavini Mehdi Məhəmmədifərd deyib. Bu barədə İranın ISNA agentliyi xəbər verir.

Mehdi Məhəmmədifərd bildirib ki, səfər çərçivəsində İran və Ermənistan arasında təhlükəsizlik məsələləri müzakirə olunacaq. “Səfər çərçivəsində iki ölkə arasında mədəni, ticari və iqtisadi sahələrdə əməkdaşlıq, o cümlədən sərhəddə müştərək yarmarkaların fəaliyyəti ilə bağlı müzakirələr aparılcaq”, - o əlavə edib.

 

Mehdi Məhəmmədifərd daxili işlər nazirinin yaxın gələcəkdə İraqa da səfər edəcəyini deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar