SON XƏBƏRLƏR

Rəsmi Bakı Şuşanın işğalına həsr olunmuş hərbi parad (rejə) keçirməsinə münasibət bildirib

2021.10.20, 07:36
Rəsmi Bakı Şuşanın işğalına həsr olunmuş hərbi parad (rejə) keçirməsinə münasibət bildirib

Gunaz.tv

GünAz TV: Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan prezidenti Serj Sarkisyanın işğal altında olan Azərbaycan torpaqlarında hərbi parad (rejə)  keçirməsini təxribatçı mövqe kimi dəyərləndirir.

 

GünAz TV mətbuat mərkəzinin APA-ya istinadən yaydığı məlumata görə, XİN mətbuat katibi Elman Abdullayev jurnalistlərə nazirliyin bu məsələ ilə bağlı mövqeyini açıqlayarkən bildirib ki, qeyd olunan faktı təxribat və danışıqlar prosesində (sürəc) mənfi addım kimi dəyərləndirmək olar: “Bu cür təxribatçı  mövqe Ermənistan tərəfinin konstruktiv (yararlı) danışıqlar aparmağa hazır olmadığını nümayiş etdirir”.

 

Xatırladaq ki, Ermənistan mətbuatı dünən Azərbaycanın işğal altında olan Xankəndi şəhərində hərbi parad keçirildiyi, Ermənistan prezidenti Serj Sarkisyanın həmin paradda iştirak etdiyini yazıb.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar