SON XƏBƏRLƏR

İran rialı 3 gündə 13 faiz, il ərzində isə 66 faiz dəyərini itirib

2021.10.20, 07:36
İran rialı 3 gündə 13 faiz, il ərzində isə 66 faiz dəyərini itirib

Gunaz.tv

GünAz TV: sanksiyalar (təhrim) İranın durumunu daha pis istiqamətə aparır. İranın milli pulu olan rial son 3 gündə dollara nisbətdə birdən-birə 13 faiz düşüb.

Tehranda 1 ABŞ (Amerika Birləşmiş Ştatları) dolları hardasa 18000 riala qalxıb.

İranın nüvə proqramları ilə əlaqədar həftəsonu ABŞ yeni sanksiyalarını (təhrim) elan edəndə  rial düşməyə başladı.

Şənbə günü Amerika prezidenti Barak Obamanın imzaladığı yeni sanksiyalar İranın maliyyə sektorunu (bəxş, bölüm) və Mərkəzi Bankını hədəfə alır.

Obama  yeni sanksiyalar sənədini imzalayanda 1 dollar 15500 rial idi.

Keçən il rial dollara nisbətən 66 faiz düşüb.  

Avropa Birliyi İrana qarşı əlavə və ayrıca sanksiyalar tətbiq etmək istəyir.

Avropa Birliyinin sanksiyaları İrandan neft alınmasına embarqo (təhrim) qoyulması ilə bağlı  ola bilər. Qərar yanvarın (January) sonunda veriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar